##book id=682//book name=Kimyanın tədrisi metodikası // ##fk=103//ks=03//fn=682// sumalltest= 500 // ##Fakültənin adı: Kimya və biologiya


##num= 28// level= 1// sumtest=15 // name=Oksigenli üzvi birləşmələrə aid mövzuların tədrisinin mühüm məsələləri. //



Yüklə 2,84 Mb.
səhifə31/35
tarix05.02.2020
ölçüsü2,84 Mb.
#101990
1   ...   27   28   29   30   31   32   33   34   35

##num= 28// level= 1// sumtest=15 // name=Oksigenli üzvi birləşmələrə aid mövzuların tədrisinin mühüm məsələləri. //



1. Aldehid → spirt və spirt → aldehid keçidləri hansı proseslər adlanır?

A) Oksidləşmə, reduksiya

B) Reduksiya, ayrılma

C) Birləşmə, oksidləşmə

D) Oksidləşmə, birləşmə

E) Oksidləşmə, parçalanma

2. Hansı ifadələri fenola aid etmək olar?

A) Xlorla reaksiyaya daxil olmur, formaldehidlə reaksiyaya daxil olmur

B) Formaldehidlə reaksiyaya daxil olmur, zəif turşuluq xassəsi göstərir

C) Natrium-hidroksidlə reaksiyaya daxil olur, zəif turşuluq xassəsi göstərir

D) Natrium-hidroksidlə reaksiyaya daxil olur, formaldehidlə reaksiyaya daxil olmur

E) Natrium-hidroksidlə reaksiyaya daxil olur, xlorla reaksiyaya daxil olmur

3. Karbohidratların tədrisində hansı anlayışların inkişaf etdirilməsi və hansı anlayışlar haqqında təsəvvür yaradılması mümkündür?

A) Efirləşmə reaksiyası, hidroliz, izomerləşmə, parçalanma, dehidrogenləşmə haqqında təsəvvür yaradılması

B) Hidroliz, təbii liflər haqqında təsəvvür yaradılması

C) Hidroliz, efirləşmə reaksiyası, funksional qrup haqqında anlayışların inkişaf etdirilməsi, təbii və süni liflər haqqında təsəvvür yaradılması

D) Funksional qrup, hidroliz haqqında anlayışların yaradılması

E) Təbii və süni liflər haqqında anlayışların inkişaf etdirilməsi

4. Hansı reaksiya vasitəsilə aldehidlər karbon turşularına çevrilir?

A) Birləşmə

B) Polimerləşmə

C) Hidrogenləşmə

D) Hidratlaşma

E) Oksidləşmə

5. Molekulunda π rabitəsi olan üzvi birləşmələrdən ibarət sıranı göstərin

1 – Etil spirti

2 – Sirkə aldehidi

3 – Propan

4 – Etilen

5 – Butan

6 – Sirkə turşusu

7 – Butin

8 – Dimetil efiri

9 – İzopren

10 – Aseton

A) 2, 9, 5, 8, 10

B) 1, 3, 5, 8, 10

C) 2, 3, 5, 6, 10

D) 6, 7, 1, 3, 5

E) 2, 4, 6, 7, 9

6. Doymamış turşularıdan ibarət sira hansıdır?

1 – Sirkə turşusu

2 – Olein turşusu

3 – Qarışqa turşusu

4 – Akril turşusu

5 – Linol turşusu

6 – Stearin turşusu

7 – Oksalat turşusu

A) 3, 6, 7

B) 1, 3, 6

C) 2, 6, 7

D) 1, 6, 7

E) 2, 4, 5

7. Hansı üzvi maddələr karbohidratlara aid edilir? Düzgün cavabları seçin

1 - Qlükoza

2 – Butadien

3 – Riboza

4 – İzopren

5 – Nişasta

6 - Sellüloza

7 - Anilin

8– Lavsan

9 – Fruktoza

10 - Saxaroza

A) 1, 3, 5, 6, 9, 10

B) 1, 3, 5

C) 2, 4, 7, 8

D) 2, 4, 5, 6, 7, 8

E) 2, 5, 7

8. Qlükozanın qıcqırması məhsulları hansılardır? Düzgün cavabları seçin

1 - Etil spirti

2 – Sirkə aldehidi

3 – Süd turşusu

4 – Oksalat turşusu

5 – Yağ turşusu

6 - Sirkə turşusu

A) 1, 3, 5

B) 2, 4, 6

C) 1, 4, 6

D) 3, 4, 6

E) 1, 2, 3

9. Hidrogen rabitəsi hansı maddə molekulları arasında yaranır? Düzgün cavabları seçin

1 – Aldehidlərdə

2 – Spirtlərdə

3 – Spirtlə su arasında

4 – Ketonlarda

5 – Üzvi turşularda

6 – Alkinlərdə

7 – Su molekulları arasında

8 – Tsikloparafinlərdə

A) 2, 3, 5, 7

B) 1, 4, 6, 8

C) 2, 4, 6

D) 1, 3, 5

E) 5, 6, 8

10. Aşağıda verilmiş turşuları turşuluq xassəsinin artması ardıcıllığı ilə düzün

1 - Qarışqa turşusu

2 – Propan turşusu

3 – Xlor sirkə turşusu

4 – Flüor sirkə turşusu

5 – Etan turşusu

A) 3, 2, 1, 5, 4

B) 4, 3, 1, 5, 2

C) 5, 1, 3, 2, 4

D) 2, 5, 1, 3, 4

E) 1, 3, 5, 4, 2

11. Turşuları ikiqat rabitələrinin sayının artması ardıcıllığı ilə düzün

1 – Akril turşusu

2 – Sirkə turşusu

3 – Linolen turşusu

4 - Linol turşusu

A) 4, 3, 2, 1

B) 4, 3, 1, 2

C) 3, 4, 1, 2

D) 2, 1, 4, 3

E) 1, 2, 3, 4

12. Hansı ardıcıllıqdan istifadə etməklə karbon turşusu almaq olar?

1 – Birli spirt

2 – Doymuş karbohidrogen

3 – Karbon turşusu

4 - Aldehid

A) 1, 2, 4, 3

B) 4, 1, 2, 3

C) 1, 4, 2, 3

D) 2, 1, 4, 3

E) 4, 2, 1, 3

13. Uyğunluğu müəyyən edin

I – Aldehidlərin sənayedə alınmasına aid olanlar

II – Aldehidlərin laboratoriyada alınmasına aid olanlar

1 - birli spirtlərin oksidləşməsi

2 - ikili spirtlərin oksidləşməsi

3 - metanın oksidləşməsi

4 - etilenin oksidləşməsi

A) I - 2; II - 3

B) I - 3, 4; II - 1

C) I - 1, 3; II - 2, 4

D) I - 1, 4; II - 3

E) I - 1, 2; II - 3, 4

14. Uyğunluğu müəyyən edin

Turşu molekulunun karbohidrogen radikalında π rabitələrin sayı

I – 2

II – 3

III – 1

1 – yağ turşusu

2 – metaakril turşusu

3 – linolen turşusu

4 – linol turşusu

5 – stearin turşusu

A) I - 3; II - 2; III - 4

B) I - 4; II - 3; III - 2

C) I - 1; II - 5; III - 3

D) I - 2; II - 1; III - 5

E) I - 5; II - 4; III - 1

15. Uyğunluğu müəyyən edin

I – Bir əsaslı turşular

II – İki əsaslı turşular

Ona aid olanlar:

1 – sirkə turşusu

2 – oksalat turşusu

3 – qarışqa turşusu

4 – tereftal turşusu

5 – yağ turşusu

6 – adipin turşusu

A) I - 2, 4, 6; II - 1, 3, 5

B) I - 1, 3, 5; II - 2, 4, 6

C) I - 1, 4, 6; II - 2, 3, 5

D) I - 4, 6; II - 3, 5

E) I - 2, 4; II - 1, 3

Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin