Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


لا تَنْقُشُ الشَّوْكَةَ بِالشَّوْكَةِ فَإِنَّ ضَلْعَهَا مَعَهَا



Yüklə 16,72 Mb.
səhifə79/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   75   76   77   78   79   80   81   82   ...   87
لا تَنْقُشُ الشَّوْكَةَ بِالشَّوْكَةِ فَإِنَّ ضَلْعَهَا مَعَهَا Yəni: «Tikanı tikanla çıxarma, çünki tikanın meyli tikanladır». Burada İmam əleyhis-salam səhabələrindən çox incidiyinə görə Allah-təalaya şikayət edərək Həmzə, fər, Salman, Əbuzər, Miqdad Əmmar kimi din başçılarının xidmətlərini bəyənilmiş sifətlərini xatırlamış, kömək yardım üçün onların olmamasından təəssüflənmişdir. Sonda öyüd-nəsihət verərək sözünü davam etmişdir.

3 Übeydə ibn Harisin «Bədr» döyüşündə, Həmzə ibn Əbdülmüttəlibin «Ühüd» döyüşündə fər ibn Əbu Talibin «Mu» döyüşündə şəhid olmaları kimi.

4 İmam əleyhis-salam kimi. Qurani-Kərimin Əhzab surəsinin 23- ayəsində belə buyurulur: مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا «Möminlər içərisində elələri vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (kafir münafiqlərlə döyüşüb) şəhid olmuş, kimisi şəhid olmasını gözləyir. Onlar əhd-peymanı əsla dəyişməz, dönməzlikdən əl çəkməzlər.

1 «Filankəs döyüşdə həlak oldu» desəydilər, kədərlənməzdilər ki, onlara təskinlik versinlər. Çünki Allah yolunda ölməyi əbədi səadət bilirdilər.

1 İndi məğlub olduqlarına görə dostluq birliklərini göstərirlər. Üstün gələn kimi sizə zülm, sitəm edəcəklər onda onlara ürəyiniz yandığına görə peşman olacaqsınız. Bununsa heç bir xeyri olmayacaq.

1 Həzrət Peyğəmbərə iman gətirəndən Qurana zidd olan görməmişəm. Ona görə sizin birinə vacib, təhkim digərinə haram dediyiniz iki dəstəyə bölünməniz yersizdir. Çünki mənim rəftarım Qurana uyğundur, vacibi yerinə yetirirəm haram görmürəm.

2 Qısası, bu gün İslamın olduğu kimi qalması cahiliyyət dövründəkinə qayıtmaması naminə vuruşuruq.

3Çünki məqsədimiz qan tökmək deyil, doğru yol göstərməkdir. Əlli dördüncü xütbədə buna işarə olunmuşdur.

1 Deməli, əgər onu igid yaradıbsa, bu böyük nemətin şükrü olaraq öz vəzifəsiniyəni, düşmənin aciz qorxaq şəxsə hücumunun qarşısını almağı - yerinə yetirməli, bu yolda ölümə əhəmiyyət verməməlidir.

2 Çünki qılıncın ağrısı yox olub gedən dünyəvi ağrıdır, belə bir yataqda can vermək isə əbədi əzab gətirər.

1 Deməli, səadət əbədi cənnət istəyən Allah yolunda döyüşdən ölməkdən qaçmamalıdır.

1 «Allahın səni təyin etdiyi İmamətə camaatı hakim qıldığına görə küfr azğınlıq baş verdi» dedikləri vaxt nəzərdə tutulur.

1 Çünki Qurani-Kərimin Yunus surəsinin 35-ci ayəsində buyurulur: أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّي إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ «Doğru yola yönəldən kəs ardınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə olub ki, hər ikisini eyni bilirsiniz bu işdə necə hökm verirsiniz?». Zumər surəsinin 9-cu ayəsində buyurulur: هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ «Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ağıl sahibləri bundan agahdır». Deməli, Quranın hökmünə əsasən biz haqq yolunu göstərən onun bütün biliklərinə sahib olduğumuza görə İmam, rəhbər olmalıyıq.

2 Çünki Həzrət Peyğəbmər «Qədir-Xumda» başqa vaxtlarda da İmamlığa xəlifəliyə məni təyin etmişdir. Qısası, biz iki hakimin qəzavəti ilə öz nəfslərinə uyğun söz deyib istədikləri hər bir işi görmək üçün deyil, yalnız Qurana sünnəyə uyğun hökm çıxarmaları üçün razılaşdıq.


1 Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) adəti yolu bu idi ki, beytülmalı bölərkən müsəlmanlar arasında fərq qoymazdı. Əbu Bəkr xəlifəliyi dövründə bu yolla getdi. Lakin Ömər xəlifə olduqda Həzrətin yolunu dəyişərək bəzilərini başqalarından üstün tutdu. Osman da xəlifəliyi illərində Ömərin bu üsulunu daha da genişləndirərək ürəyi istədiyinə nəyi istəyirdisə verirdi. İmam əleyhis-salam xəlifəliyə təyin olunanda Həzrət Peyğəmbərin sünnəsinə uyğun rəftar etdi. Bu yol fitnəkarların adətlərinə, istəklərinə zidd idi. Bu səbəbdən Təlhə Zübeyr beyəti pozaraq o böyük insandan uzaqlaşdılar bir dəstə Müaviyəyə qoşuldu. Sonra bir dəstə səhabəsi Həzrətin qulluğuna gələrək beytülmalın bölünməsində bəzilərinə üstünlük verməsini ondan xahiş etdilər. İmam əleyhis-salam bunları buyurdu.

1 Allahın Peyğəmbərinin sünnəsinə uyğun rəftar etməyib tabeçiliyimdə olanlara zülmü rəva görməklə Allahın qəzəbini qazanım?

2Allah-təala Qurani-Kərimin İsra surəsinin 26-27-ci ayələrində buyurur: إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا «İsraf etmə malını Allah rizasından qeyri sağa-sola səpələmə. Həqiqətən israfçılar şeytanların qardaşları dostlarıdırlar.

1 Çünki Nəhrəvan xəvaricinin əqidələrinə, məzhəbinə görə xəta edib günah törədən hər kimsə kafirdir. Qəzavət olunması ilə razılaşmağı günah saydıqlarına görə Əmirəl-möminin əleyhis-salam səhabələrininəuzu billah- kafir olduqlarını deyir, oranı «darül-küfr» adlandırırdılar. Onlardan əl çəkməyərək bacardıqları hər şeyləriniuşaqlarını, heyvanlarınıöldürürdülər. İmam əleyhis-salam onların sözlərini ifşa etmək üçün buyurmuşdur.

2 Böyük günahlardan olan zina, oğurluq qətl küfrə səbəb olsaydı, Həzrət Peyğəmbər zinakarın namazına durmaz, onun qatilin mirasını yaxınlarına verməz, arvadı olmayan zinakara əli kəsilmiş oğruya qənimətdən pay ayırmaz, onlar da müsəlman qadınlarla nigah bağlamazdılar. Çünki kafirə namaz qılmaq caiz deyil. Küfr miras sahibi olmağa müsəlman qadınla nigaha, qənimətdən yararlanmağa mane olan səbəblərdəndir.

1 Belə ki, siz özünüzü müsəlman bu Peyğəmbərin davamçısı sayırsınızsa, nəyə görə günah təsəvvürünüzə görə müsəlmanı kafir hesab edərək canını, malını halal sanırsınız?

2 O böyük şəxsi İmam rəhbərləri, Həzrət Peyğəbmərin vəsisi, onu on bir övladını sum, hər bir günahdan uzaq sayan, ilahiləşdirən, düşmən kəsilən İmamilər kimi.

1 Təbiidir ki, Quran onları bizə tabe edəcək. Lakin iki hakim müxalif çıxaraq Quranın diriltdiklərini dirildib öldürdüklərini basdırmadılar.

2 Burada sahibi zənci, yəni, zəncilərin əmiri Əli ibn Məhəmməd Borğeyinin qiyamına toxunur. Onun həmsöhbəti Əhnəfdir. Ləqəbi Sənhir ibn Qeys ibn Müaviyə, künyəsi Əbu Bəhr olan bu şəxs Bəni-Təmim qəbiləsindən, Bəsrə əhlindən, Əmirəl-mömininin böyük səhabələrindən Bəni-Təmim qəbiləsinin başçısı olmuşdur. Bəni-Təmim qəbiləsi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) dəvətini qəbul etməmiş, tayfadan ilk dəfə o, İslama gəlmiş, başqalarını da müsəlman etmişdir. Bu xəbər Həzrət Peyğəmbərə çatdıqda onun haqqında dua etmişdir. Qısası, öz elmi, hikməti bəyənilmiş mərifət keyfiyyətləri ilə Siffeyn döyüşünə qoşulmuşdu. İmam əleyhis-salamdan sonra da Məsəb ibn Zübeyrin hakimiyyəti dövrünə qədər İraqda həyat sürmüş hicrətin altmış yeddi ilində Kufədə vəfat etmişdir.

1 Tarixçilərin yazdığına görə Rey şəhərinin əhlindən olan bu şəxs özünü Ələvi adlandıraraq atasının Məhəmməd ibn Əhməd ibn İsa ibn Zeyd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib olduğunu iddia edirdi. Əbu Talibin nəslindən olanlar onun bu əsl-nəsəbinə ilə yanaşaraq onu düzgün saymırdılar. Belə ki, əsl-nəsəb biliciləri olan üləmalar onun özünün Əli ibn Məhəmməd ibn Əbdürrəhim, anasının babasının isə Zeyd ibn Əli ibn Hüseynlə birgə Hişam ibn Əbdülməlikə qarşı qiyam edən kufəli Məhəmməd ibn Həkim Əsədi olması haqda yekdil rəyə malikdirlər. O, Zeyd öldürüldükdən sonra Rey şəhərinə qaçmış Vərzənin adlanan kənddə qalmışdır. Bu kənddə zəncilərin başçısı Əli ibn Məhəmməd dünyaya gəlmiş, onun babası Əbdürrəhim isə Taleqanda anadan olmuşdur. Əbdürrəhim İraqa getdikdən sonra bir kənizi satın almış ondan Əlinin atası Məhəmməd olmuşdur. Qısası, iki yüz əlli beşinci ildə Bəsrəni hədəfə götürmüş Bəsrə əhlinin işçilərindən olan zənci qullardan kömək istəmişdir. Onun göstərişi ilə bir gün qullar hamılıqla öz sahiblərini öldürərək onun ətrafına toplaşmış, Kufə əhlinə qarşı cürbəcür fitnələr törətmişlər. O isə üzünə örtdüyü niqaba (ərəbcə «borğe») görə «borğeyi» kimi məşhurlaşmışdır.

2 Onlardan biri öldükdə daş ürəkli olduqlarına görə ölən barədə soruşmadan başqa birisi onun yerini tuturdu.

1 Buna işarə olunur ki, Peyğəmbərə vəhylə çatan onun da mənə öyrətdiyi belə elmləri aça bilmərəm. Buna görə bilməmiş kimiyəm.

2 Ancaq xütbədə bu barədə bir şey deyilməmişdir. Səbəbi bəlkə bu ola bilər ki, Seyyid Rəzi əleyhir-rəhmənin metodu İmam əleyhis-salamın bütün buyurduqlarını deyil, ondan seçmələri qeyd etmək olduğu üçün bu başlığa aid hissəni ixtisara salmışdır. Bəlkə heç Seyyid Rəzi mətnə toxunmayıb xütbənin başlığı «haradadırlar öz ticarət alış-verişlərində pərhizkarlar, öz əməllərini bəzəyən paklar»
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin