Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin


إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ



Yüklə 16,72 Mb.
səhifə86/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   79   80   81   82   83   84   85   86   87
إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ» «Hər hansı bir tayfa öz canlarında olanı dəyişdirməyincə (yəni, öz gözəl xislətlərini çirkin xislətlərə çevirməyincə) Allah onlarda olanı dəyişdirmirHəmçinin Nəhl surəsinin 112-ci ayəsindədə buyurulur: «وَضَرَبَ اللّهُ مَثَلاً قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّهِ فَأَذَاقَهَا اللّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ» «Allah bir kəndi misal gətirir. Onun əhalisi çətinliklərdən xatircəm arxayın idi hər tərəfdən onlara bol-bol ruzi gəlirdi. Amma onlar Allahın nemətlərinin şükrünü yerinə yetirmədilər. Allah da onlara aclıq qorxu libası geydirərək onlara çətinlik bəlanın dadını daddırdı etdiklərinə görə onları hər cür çətinlik aclığa düçar etdi».

2 İmam əleyhis-salamın kəlamından məqsəd budur ki, çox vaxt nemətin zavala uğramasına səbəb, insanların günah etmələridir, amma bu, həmişə mütləq şəkildə belə deyil. Çünki Allah bəzən bəzi bəndələrini sınayaraq imtahan etmək, yaxud kiçik günahlarının bağışlanması, yaxud da onların məqam dərəcələrini yüksəltmək üçün neməti onlardan alır rahatlıqlarını çətinliklərə düçar etməklə əvəz edir. Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 155-157-ci ayələrində buyurulur: «وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمَوَالِ وَالْأنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ» «Biz sizi qorxu, aclıq, mal, can məhsul qıtlığı ilə imtahan edərik. Bu imtahanda səbrli olanlara müjdə ver. O kəslərə ki, onlara qəm-qüssə üz tutan zaman deyərlər: Biz Allahınıq (Onun razılığı olan şeyə razıyıq) Ona tərəf qayıdacağıq. Rəbblərindən onlara salam, rəhmət mehribançılıq olsun ki, onlar doğru yolda olanlardır».

1 Çünki qərara gəlmək bir işi görmək istəməyin müqəddiməsi olan istəkdən ibarətdir o, işin yerinə yetirilməsi barəsində tərəddüddə olan cismə məxsusdur onun zərurətlərindəndir. Amma elmi zatının eyni olan Allah-təala barəsində qərara gəlməyin təsəvvür edilməsi düz deyil. Ona görə ki, O, tərəddüddə deyil.

1 Müaviyə tək-tək insanlara bir şey vermirdi. Ərəb qəbilələrinin ancaq başçılarına çoxlu bəxşiş verərək onları öz tərəfdarı edirdi digər adamlar qohumluq təəssübü səbəbindən, yaxud qəbilə başçılarından aldıqları az bəxşişə görə, yaxud qəbilə adət-ənənələrinə görə, ya da Osmanın intiqamını almaq hiyləsinə aldandıqları üçün həmin başçılara tabe olurdular. Əmirəl-möminin əleyhis-salam isə həm başçılara, həm onlara tabe olanlara bərabər miqdarda kömək edir, bəxşiş verirdi. Buna görə başçılar o Həzrətdən elə razı deyildilər. Tabe olanlar da onların yolu ilə gedirdilər.

1 Mənim işlərimdə həmişə riyakarlıq ikiüzlülük edirsiniz. itaət edərək tabe olmaqda qədəminiz sabitdir, müxalifət etməkdə birüzlü yekdil! Kaş ki, bir yol ilə gedəydiniz məni bu dərd kədərin çəkişməsindən xilas edəydiniz.

2 Mən doğru yol göstərmək ona istiqamətləndirməyin şərtlərini yerinə yetirdim. İndi əgər kor görməsə yatan oyanmasa, mənim günahım deyil.

3 Əmr ibn Asın anasının əhvalatı yetmiş üçüncü kəlamın şərhində bəyan edilib.


1 Xirrit ibn Raşidin onun tərəfdarlarının qəl ibn Qeysin əli ilə öldürülməsi əhvalatı qırx dördüncü kəlamın şərhində deyildi.

2 Nauf İmam əleyhis-salamın xas ən yaxın səhabələrindən olub. Yəmənin Səna şəhərinin qərb tərəfində Himyər adlı bir yer var Bikal orada məskunlaşmış qəbilənin adıdır.

1 Lütf kərəmi ilə bizim layiq olmayan şükrümüzü qəbul etsin. Onsuz da əslində bəndələrin Onun haqqını əda etmək şükrünü yerinə yetirmək gücləri yoxdur.

2Çünki doğmaq, məhv olmaq başqasını canişin etmək cismin xüsusiyyətlərindəndir.

3 Çünki artmaq azalmaq dəyişməyə səbəb olur dəyişmək hadis olmağı tələb edir. Hadis olmaq isə mümkün varlığın xüsusiyyətlərindəndir. Xülasə, Onu yaranmışlar kimi vəsf edə bilmərik, çünki Onda cismin sonradan əmələ gələn xassələrin heç birinin heç bir sifəti yoxdur.

1 Cahiliyyət dövrünün bədəvi ərəbləri, səhv əqidələrinə əsaslanaraq külək, yağış, soyuq isti kimi səma hadisələrini ulduzların düşməsinə nisbət verirdilər onlarda ulduzları təsirli bilirdilər. Buna görə İmam əleyhis-salam burada onların əqidələrinə işarə edib.

1 Əmaliqə İmliq ibn Lavəz ibn İrəm ibn Sam ibn Nuhun övladlarından ibarət bir dəstə olublar onlar çox böyük bir dövlətlə Yəmən Hicazda padşahlıq ediblər. Sonralar onların kökü kəsilib.

2 Rəss böyük bir quyunun adı idi ki, insanlar onun ətrafına toplaşaraq «şah ağac» dedikləri Yafis ibn Nuhun əkdiyi küknar ağacına ibadət edirdilər. Allah onları məhv etdi.

1 Onun fikri həmişə ona yönəlib ondan başqasına baxmır, necə ki, İmam əleyhis-salam bu kitabın sonunda buyurub: «الْحِكْمَةُ ضآلَّةُ المُؤمِنِ» «Hikmət möminin itiyidir ki, o, həmişə onu əldə etmək fikrindədir».

2 Xülasə, İslamı elə bir zəiflik bürüyər ki, o əldən düşərək yerindən qalxa bilməz. Bu cümlə Həzrət Peyğəmbərin bu buyuruğuna işarədir ki: «بَدَءَ الْإِسْلامُ غَرِيباً و سَيَعُودُ غَرِيباً» «İslam qərib tək zühur etdi tezliklə yenə tək qalarYəni, onun həqiqi davamçısı olmaz.

1 O, Əbu Umarə Xuzəymə ibn Sabit əl-Ənsaridir ki, Həzrət Peyğəmbər onun şahidliyini iki kişinin şahidliyinin yerinə qəbul edib. Həzrət Peyğəmbər bir ərəbdən at alıbmış ərəb bunu inkar edirmiş. Həzrət buyurub: Ey Xuzəymə, şahidlik edirsən? Deyir: Xeyr, ey Allahın Peyğəmbəri, amma atı almağını bilirəm. Necə ola bilər ki, səni Allah tərəfindən gətirdiyin şeydə təsdiqləyim, amma bir ərəblə etdiyin alverdə təsdiqləməyim? Sonra o Həzrət buyurdu: Sənin şahidliyin iki kişinin şahidliyi kimidir.

1 Deyiblər ki: Bu xütbə Əmirəl-möminin əleyhis-salamın ayaq üstə buyurduğu son xütbədir.


1 Onun hökmləri qiyamətə kimi dəyişməyəcək, bəlkə hər bir məsələnin hökmü Həzrət Peyğəmbərin dövründə Quran sünnədə bəyan olunan kimidir. Bu cümlə «Müxəttəə»dən olan doğru fikir sahiblərinin nəzərlərinin düzlüyünə bir dəlildir. Onlar deyirlər ki, eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın hər bir məsələdə müəyyən bəlli bir hökmü var. Onu elmi əsaslar çərçivəsində kəşf edərək üzə çıxaran müctəhid haqdır. Elmi çərçivədə həmin hökmü kəşf edərək üzə çıxarmaq istiqamətində çalışmış, amma həqiqi hökmü əldə etməmiş müctəhid isə səhvə düçar olub. Amma bununla belə bu işə görə ona heç bir zərər-ziyan dəyməz. «Müsəvvəbə»dən olan səhv düşüncə tərəfdarlarının nəzəri isə yuxarıda deyilənlərin əksinədir. Onlar deyirlər ki, Allahın hər bir məsələdə müctəhidlərin fərqli nəzərlərinə əsasən müxtəlif hökmləri vardır.

1 Allahın Peyğəmbərinin zamanında haram olan şey sizə gələcək nəsillərə haramdır eləcə vaciblər vacibdir. Çünki Məhəmmə-din (səlləllahu əleyhi alih) şəriəti qiyamətə kimi davam edəcək onun bir nəfər barəsindəki hökmü hamıya aiddir. Buna görə hər bir məsələnin hökmü birinci günündə müəyyənləşdirildiyi, Kitab sünnədə bəyan edildiyi kimidir hökmlər heç bir kəs zamanla bağlı olaraq dəyişdirilməzdir. Heç kəsin öz rəy ictihadı ilə onu dəyişdirmək icazəsi yoxdur. Əgər kimsə belə bir görsə, dində bidət qoyub.

2 Gərək özünüzdən qabaqkıların yoluna qədəm qoyasınız, onların davranış üsulları ilə davranasınız, yoxsa özbaşına bir söz deyib başqa yol ilə getməyəsiniz.

3 Sizi ruzi əldə etməyin qəm-qüssəsindən nicat verir, necə ki, Zariyat surəsinin 22-23- ayələrində buyurulur:«وَفِي السَّمَاء رِزْقُكُمْ وَمَا تُوعَدُونَ فَوَرَبِّ السَّمَاء وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ» «Sizin ruziniz vəd olunduğunuz şey göydədir. Buna görə göyün yerin Rəbbinə and olsun ki, bu, sizin danışığınız kimi düz həqiqətdirYəni, sizin danışığınızda şəkk tərəddüd olmadığı kimi, deyilənlərin düz doğru olmasında heç bir şəkk-şübhə yoxdur.

4 Necə ki, Qurani-Kərimin Bəqərə surəsinin 152-ci ayəsində buyurulur: «فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ» «Məni yada salın ki, Mən sizi yada salım. Mənim nemətlərimin şükrünü yerinə yetirin, nankorluq etməyin

5 Necə ki, Qurani-Kərimin Nisa surəsinin 131-ci ayəsində buyurulur: «
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin