Bu fəsildə Əmirəl-möminin əleyhis-salamın xütbələri, fərmanları seçilib və bura o böyük şəxsiyyətin



Yüklə 16,72 Mb.
səhifə58/87
tarix22.10.2017
ölçüsü16,72 Mb.
#10982
1   ...   54   55   56   57   58   59   60   61   ...   87

174- cü xütbə
İmam Əli əleyhis-salamın (dinləyənlərə öyüd-nəsihət verdiyi öz fəzilətlərinə toxunduğu) xütbələrindəndir.

Ey (qiyamət, hesab sorğu-sualdan) qafil olan, amma (söz əməl dəftərində heç bir artırma azaltma olmadan qeyd olunmaqla) nəzərdən qaçırılmayanlar!1 Ey (dünyaya aldanmaq nəticəsində eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın əmr qadağalarını) kənara qoymuş və (dünyanın mal, zinət bər-bəzəkləri, eləcə ürək bağladıqları şeylər tezliklə) geri alınacaq kəslər! Nə olub ki, sizi Allahdan uzaqlaşmış və Ondan başqasına üz tutaraq dostluq edən görürəm? Siz çobanın vəbalı otlaq və dərd verən çeşməyə tərəf apardığı (hara aparıldıqlarını bilməyən) dördayaqlılar kimisiniz. O qoyun kimi ki, bıçaqlar (başını kəsmək) üçün hazırlamağa görə ona ot verilir və o, bu yaxşılığın edilməsindən və yetişdirilməsindən məqsədin nə olmasını bilmir, gününü həyatı və işini yeyib doymaq güman edir.2 And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam. Amma mənim barəmdə Allahın Peyğəmbərinə (səlləllahu əleyhi alih) kafir olmağınızdan (məni ondan üstün hesab etməyinizdən) qorxuram (halbuki mən keçmiş, gələcək indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr və mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam. And olsun Həzrət Peyğəmbəri haqq və doğru olaraq göndərmiş və onu yaranmışlardan üstün etmiş Allaha ki, (bu sözü) doğru deyirəm. O Həzrət bu xəbərlərin hamısını, həlak olacaq (əzaba düçar olacaq) şəxsin məhvini, nicat tapanın (yeri Cənnət olanın) qurtuluşunu və xilafətin işinin sonunu mənə xəbər verib. Başıma gələcək (işlərin hamısını) heç bir şeyi saxlamadan istisnasız olaraq iki qulağıma deyərək mənə çatdırıb. (Xülasə, mənə keçmiş, gələcək indiki zamandan xəbər verib.)

Camaat! Vallah sizi bir itaətə həvəsləndirirəmsə, onda özüm sizdən qabağa keçirəm. Həmçinin sizi hər hansı bir günahdan çəkindirməmişdən qabaq özüm ondan çəkinirəm.1


175- ci xütbə
İmam Əli əleyhis-salamın (xalqa öyüd-nəsihət verdiyi Qurani-Kərimin fəzilətləri barəsindəki) xütbələrindəndir (ki, onu öz xilafətinin əvvəllərində buyurub).

Allahın (Qurani-Kərimdəki dünya axirət barəsindəki) söhbətindən faydalanın (ki, o, fayda mənfəətlərin ən yaxşısıdır). Allahın (Həzrət Peyğəmbərin dili ilə olan) öyüdlərindən bəhrələnin (ki, nicat tapasınız). Allahın nəsihətini qəbul edin (ki, əzabın çətinliklərindən qurtulasınız). Çünki Allah (hamıya) aşkar olan dəlillərlə sizə (günahkarlarınıza görə) əzab vermək üçün bəhanə yeri qoymayıb (onlar «biz bilmirdik, bizə üçün əzab verirsəndeyə bilməyəcəklər)(bütün) dəlilləri sizə çatdıraraq tamamlayıb.1 Həmçinin əməllərdən hansını sevdiyini (yerinə yetirilməsini əmr etdiyini) və pis hesab etdiyini (yerinə yetirilməsini qadağan etdiyini Qurani-Kərimdə Həzrət Peyğəmbərin sünnəsində) sizin üçün bəyan edib ki, Onun sevdiyinə tabe olub pis hesab etdiyindən uzaqlaşasınız. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) buyurardı ki: «Cənnət çətinliklərə (narahatçılıq əziyyətlərə dözmək, itaətdə səbrli olmaq günahlardan çəkinməyə), od isə (nəfsi) istəklərə ( günah itaətsizliklərə) bürünüb.» Bilin ki, Allahın itaəti olan şeylərin hər birinin yerinə yetirilməsi (insana) ağır gəlir və Allaha itaətsizlik olan hər bir şey meyl və istəyə müvafiqdir. (Çünki nəfsin şəhvət qüvvəsinə tabe olması ağıl qüvvəsinə tabeçiliyindən çoxdur.) Buna görə də Allah o şəxsi bağışlasın ki, şəhvəti özündən uzaqlaşdıraraq nəfsin istək və arzularına tabe olmur. Çünki nəfs, (şəhvətpərəstliyinin) cilovlanması ən çətin şeydir və o, həmişə istək və arzuları nəticəsində itaətsizliyə meyllidir. Ey Allahın bəndələri, bilin ki, mömin öz nəfsinə qarşı bədbin olmayınca, ona həmişə nöqsan tutmayınca və ondan yerinə yetirdiyindən (ibadət bəndəlikdən) daha artıq tələb etməyincə gecəni səhər etməz və səhərini axşama çatdırmaz. (Odur ki, nəfs möminə hakim ola onu aldada bilmir.) Belə isə (Allahın rəhmətinə qovuşmaqda) sizdən qabağa düşmüş və önünüzdən keçmiş o kəslər kimi olun ki, dünyadan çadırlarını köçən adamın öz çadırını sökməsi kimi sökdülər və onu (onun yaşayış müddətini) mənzillərin qət edilməsi kimi sona çatdırdılar (dünyaya onun malına qətiyyən bağlılıqları olmadı). Bilin ki, bu Qur’an (düz yola istiqamətləndirməsində) xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi və (söhbətində) yalan deməyən natiqdir. Bu Qur’anla oturan (onu oxuyaraq barəsində fikrə dalıb düşünən) elə bir kəs yoxdur ki, onun yanından duranda hidayət və qurtuluşu artmamış və ya korluq və azğınlığı azalmamış olsun. Heç kəs Qur’andan (onu öyrənəndən, mənalarında düşünəndən hökmlərinə əməl edəndən) sonra (öz dünya axirəti üçün bir şey öyrənməyə) möhtac olmaz. Və (həmçinin) heç kəs Qur’andan (onunla tanış olandan) qabaq (öz xeyir ziyan yolunu müxtəlif elm kitablar vasitəsi ilə tapacağını güman edib ondan) ehtiyacsız olmaz. Buna görə də (zahiri batini, ruhi cismani) xəstəlik və dərdlərinizin sağalmasını ondan istəyin və çətinliklərdə,bəlalara məruz qalanda ondan kömək diləyin. Çünki Qur’anda ən böyük xəstəlik olan küfr, nifaq (ikiüzlülük), həlakət və azğınlıq üçün şəfa və əlac mövcuddur. Odur ki, onun vasitəsi ilə (Qurana tabe olmaqla şəfanı) Allahdan istəyin və onu sevməklə (Qurana əməl etməklə) Allaha üz tutun. Onu (Allahın) bəndələrindən bir şey istəmək vasitəsi etməyin. Çünki bəndələr Qur’an kimi heç bir şeylə Allaha üz tutmayıblar. (Allahdan bir şey istəmək Ona yaxınlaşmaq üçün Quranı ən yaxşı vasitə hesab ediblər.) Bilin ki, Qur’an (qiyamətdə) şəfaəti qəbul ediləcək şəfaətçi və sözü təsdiq ediləcək doğruçudur. Qur’an qiyamət günü kimə şəfaət etsə (kimin söz əməlinin doğruluğuna şəhadət versə), onun həmin şəxs barəsindəki şəfaəti qəbul olunar. Həmçinin Qur’an qiyamət günü (eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın hüzurunda) kimi çirkin və nalayiq bilsə (küfr, ikiüzlülük, pis davranış şəhvətpərəstliyi barəsində şəhadət versə), sözü həmin şəxsin ziyanına təsdiqlənər. Çünki qiyamət günü bir carçı belə fəryad qoparar ki: «Bilin! Qur’an əkinçilərindən başqa hər bir əkinçi öz əməlinin və əkdiyi şeyin nəticəsinin əsiridir». Belə isə siz onun əkinçisi və arxasınca gedənlərdən olaraq onu Rəbbinizə tərəf bələdçi edin, ondan öyüd-nəsihət götürün, ona zidd düşüncələrinizi ittiham edin (söz əməldə düşüncələrə etimad etməyin) və nəfsi istəklərinizi onun qarşısında xəyanətkar bilin (onu nəfsi istəklər əsasında yozub təfsir etməyin ki, əzaba düçar olarsınız).

Yaxşı əməl, yaxşı əməl! (Allaha çox ibadət bəndəlik edin onun azı ilə kifayətlənməyin.) Sonra onu sona çatdırın, sona çatdırın! Möhkəm və mətin olun, möhkəm və mətin olun! (Din işində möhkəm mətanətli olun ayağınızı doğru yoldan kənara qoyub hara gəldi üz tutmayın. Günahlar qarşısında) səbrli olun, səbrli olun ( nəfsi istəklərə tabe olmaqdan çəkinin)! Çəkinin, çəkinin (Allahın çəkindirdiklərindən uzaq olun)! Sizin üçün son və axır var, özünüzü ona (əbədi Cənnətə) çatdırın. Sizin üçün bayraq və əlamət (Həzrət Peyğəmbər o Həzrətin haqq canişinləri) var. Buna görə də (gözəl son nəticəyə çatmaq üçün) öz əlamətinizlə hidayət olunun və nicat tapın. İslamın fayda və mənfəəti (əbədi ağalıq xoşbəxtliyi) var, onu əldə edin. Allaha üz tutun və sizə vacib etdiyi haqqını və (Quran sünnədə) bəyan etdiyi hökmlərini yerinə yetirin. Mən qiyamət günü sizin üçün şahidlik edəcəyəm və (əzabdan qurtularaq nicat tapmağınız üçün) sizin tərəfinizdən dəlil-sübut gətirəcəyəm.

Bilin! Bundan qabaq təqdir edilmiş şey (xəlifələrin xilafəti onun o Həzrətə keçməsi) baş verdi. Həmçinin barəsində Allahın hökm və istəyi olan şey (fitnələr qan tökülməsi bundan sonra) bir-birinin ardınca qarşıya çıxacaqdır. Mən (sizinlə) Allahın vədi və Onun dəlili (Qurani-Kərim) əsasında danışıram. Allah-təala (Fussilət surəsinin 30-cu ayəsində) buyurur:



«إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَنْ لاّ تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ» «Rəbbimiz Allahdır-deyən (Onun Rəbb olmaqda təkliyini iqrar edən), sonra (həmin sözün üstündə) duran (Allahın əmrlərini yerinə yetirərək qadağan etdiklərindən uzaq olan) kəslərə (ölüm zamanı) mələklər nazil olacaq ( deyəcəklər) ki, (çətinliklərdən) qorxmayın və (əlinizdən çıxanlara) kədərlənməyin. (Dünyada) vəd olunduğunuz Cənnətlə gözünüz aydın olsun». Siz «Rəbbimiz Allahdır» demisiniz. Odur ki, (öz etirafınıza əsasən) Onun Kitabına, aydın yol olan hökm və göstərişinə və layiqli ibadət və bəndəlik yoluna əməl etməkdə sabitqədəm olun. Ondan xaric olmayın, onda bid’ət qoymayın və onunla müxalifət etməyin. Çünki ayaqlarını həmin yoldan kənara qoymuş kimsələr qiyamət günü Allahın rəhminə yol tapa bilməzlər. Buna görə də xasiyyətlərin dəyişməsindən və əvəz olunmasından çəkinin (doğruçuluq, yalançılıq, söz gəzdirmə islahatçılıqda ikiüzlülükdən uzaq olun). Dilinizi bir edin (bir cür söz danışın). Kişi gərək öz dilini qorusun (yersiz danışmasın). Çünki dil, sahibinə qarşı itaətsizdir. (Əgər cilovunu buraxsa, onu təhlükəli yerə ataraq məhv edər.) Allaha and olsun ki, pərhizkar bəndə dilini (yalan, töhmət, qeybət, söyüş, dedi-qodu bu kimi şeylərdən) saxlamayınca pərhizkarlığının ona bir xeyir verməsini görmürəm. (Pərhizkar əgər dilini saxlamasa, pərhizkarlığının heç bir xeyri olmaz. Çünki pərhizkar ancaq bütün günahlardan uzaq olub çəkinmək nəticəsində öz əməllərindən bəhrələnə bilər.) Doğrudan da möminin dili qəlbinin arxasındadır (sözü qəlbindən gəlir etiqadına əsaslanır), münafiqin qəlbi isə dilinin arxasındadır (dediyinə etiqadı yoxdur). Çünki mömin bir söz demək istəyəndə fikrə dalar və düşünər. Əgər yaxşı və məsləhət olsa, onu deyər, pis və nalayiq olsa isə, gizlədər (onu deməkdən çəkinər). Münafiq isə dilinə gələni deyər və hansı sözün ona xeyirli və hansının ziyanlı olmasını bilməz. Həmçinin Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) buyurub: «Bəndənin qəlbi möhkəmlənməyincə imanı möhkəmlənməz. Onun qəlbi isə dili möhkəm olmayınca möhkəmlənməz». (Çünki dil qəlbin dilmancıdır onun möhkəmlik səbatı dildən asılıdır.) Buna görə də sizlərdən əli müsəlmanların qan və malından pak, dili isə onların abırlarını tökmək və şərəflərinə hörmətsizlikdən uzaq halda, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahla görüşməyə (Onun rəhminə layiq olmağa) qadir olan kəs gərək elə etsin. (İslamın şərtləri imanın zərurətlərindən biri müsəlmanın digər bir müsəlmanın əlindən dilindən əmin-amanlıqda olmasıdır.)

Ey Allahın bəndələri! Bilin ki, mömin keçən il halal bildiyini bu il də halal bilir və keçən il haram hesab etdiyini bu il də haram hesab edir.1 İnsanların yaratdıqları (xəlifələrin əsasını qoyduqları) bid’ətlər (hökmlər) sizə haram olan şeyi halal etmir, bəlkə halal yalnız Allahın halal buyurduğu və haram ancaq Allahın haram etdiyidir.2 Təcrübə və sınaq ilə işləri möhkəmləndirmisiniz (fikrinizi işə salmısınız nəticədə sizin üçün yaxşı pisdən haqq batildən ayrılıb). Özünüzdən qabaqkılarla öyüd-nəsihət verilmisiniz (eyb nöqsan sifətlərdən pak uzaq olan Allah Qurani-Kərimdə yaxşı əməl sahiblərinin xoşbəxt, pis əməl sahiblərinin isə əzaba düçar olacaqlarını buyurub). Sizə misallar çəkilib (Qurani-Kərimdə haqqın batildən seçilməsi üçün misallar çəkilib). (Düzlüyü hamıya bəlli olan) aydın işə (İslam dininə) tərəf dəvət olunmusunuz. Buna görə də (qəlbinin qulağı) kar olandan başqa heç kəs ona (münasibətdə) kar qalmaz (qulaqlarını tutmaz)(qəlbinin gözü) kor olan kəsdən başqa heç kəs ona (münasibətdə) kor qalmaz (gözlərini yummaz). Allahın çətinliklərə düçar etmək və işlərdə sınamaq ilə fayda çatdıra bilmədiyi kəs moizə və öyüddən bəhrələnməz (çünki bəlanın hiss olunan işlərdə edilən sınağın təsiri öyüd-nəsihətin təsirindən daha çoxdur). Ona qarşısından (bir-birinin ardınca) nöqsan və ziyan dəyər və nəticədə (nadanlıq azğınlığının artması nəticəsində) nalayiq və çirkini yaxşı, bəyənilən və yaxşını isə çirkin bilər. İnsanlar iki dəstədirlər: (Birincisi) şəriətə tabe olan (söz əməli Quran sünnə əsasında olan) kəs və (ikincisi) bid’ət yaradan ki, (pis işlərə əmr edən nəfsə şeytana tabe olar ) əlində nə Allahdan aşkar bir dəlil olar, nə sünnədən (Həzrət Peyğəmbərin sünnəsindən) və nə də Qur’ani-Kərimdən. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (keçmiş peyğəmbərlərin davamçılarından) heç kəsə bu Qur’an kimi (onda olan öyüdlər kimi) öyüd verməyib.1 O, Allahın (heç vaxt qırılmayan) möhkəm ipidir ( hər kim ondan yapışsa, dünyanın bədbəxtliyindən axirət əzabından qurtular). O, Allahın (qədəm basana) xəyanət etməyən yoludur. Qəlbin baharı və elm və bilik çeşmələri ondadır. (Çünki ayələri oxumaq onların mənalarında fikirləşərək düşünmək müxtəlif elm mərifət çiçəklərini bitirir. Həmçinin onun ayələrinin hər biri elm hikmət mənbəyidir ki, ruhların həyatı onlara bağlıdır.) Qəlbin ondan başqa cilası yoxdur.2 (Quranı) yada salanların ( ona əməl edənlərin) getmələrinə və unutqanların və ya özlərini unutqanlığa vuranların qalmalarına baxmayaraq, (öyüdün sizə heç bir təsiri olmasa da hər halda mən deyirəm): Xeyir və yaxşılıq görəndə ona kömək edin (onu yerinə yetirin), şər və pislik görəndə isə ondan keçin (uzaqlaşın. Yəni, İmam əleyhis-salamın əmr qadağalarına tabe olaraq onun müxaliflərindən beyətlərini pozanlardan üz döndərin). Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) buyurardı: «Ey Adəm övladı! Yaxşılıq et və pisliyi burax (tərk et). Belə edəndən sonra sən xoşrəftarlı və orta yol ilə gedənsən (haqq yolun ortasına qədəm qoymusan heç vaxt azmazsan).

Bilin ki, zülm üç qisimdir: Bağışlanmayan zülm, məsuliyyətə alınacaq zülm və məsuliyyətə alınmadan bağışlanmış zülm. Bağışlanmayan zülmə gəldikdə, o, Allaha şərik qoşmaqdır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Nisa surəsinin 48-ci ayəsində) buyurur: «إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ » «Allah Ona şərik qoşanları bağışlamır». Bağışlanan zülmə gəldikdə, o, bəndənin bəzi kiçik günahlar etməklə özünə olan zülmüdür.1 Məsuliyyətə alınan zülm isə bəndənin digər bəndəyə olan zülmüdür. Axirətdə olan qisas və əvəzçıxma çətin və ağırdır. Orada qisas bıçaq yarası və qamçı vurmaqla deyil, yara və qamçı onun yanında kiçik sayılan bir qisasdır.2 Odur ki, Allahın dinində ikirəngli və ikiüzlü olmaqdan çəkinin.3 Çünki meyl və rəğbətiniz olmayan haqq barəsində bir yerə toplaşmaq (əl-ələ verərək bir olmaq) sevdiyiniz batilə görə parçalanmaqdan daha yaxşıdır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah təfriqə və parçalanmaya görə keçmişlərdən və qalanlardan heç kəsə xeyir əta etməyib.



Camaat! Xoş o adamın halına ki, öz nöqsan və eybləri onu xalqın nöqsanlarından saxlayır. Həmçinin xoş o adamın halına ki, evində oturar (fitnə-fəsad yaratmaz, əmr be ruf nəhy əz münkər etmək, eləcə pozğunluqların qarşısını almağa hazır olar), öz ruzisini yeyər (başqalarının malında gözü olmaz), Rəbbinə itaətlə məşğul olaraq öz günahına ağlayar (tövbə edərək qayıdar) və nəticədə başı öz işlərinə qarışar və xalq ondan (onun əlindən) rahat olar.
Yüklə 16,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin