1.1.6. Sair vergilər kateqoriyasına təsnifatda göstərilməyən digər vergilər üzrə daxilolmalar aid edilir.
1.1.6.1. Kommersiya qurumları tərəfindən ödənilən digər vergilərə kommersiya qurumları tərəfindən yuxarıda qeyd olunan kateqoriyalara aid edilməyən vergilər şamil edilir.
1.1.6.2. Qeyri-kommersiya qurumları tərəfindən ödənilən digər vergilərə qeyri-kommersiya qurumları tərəfindən yuxarıda qeyd olunan kateqoriyalara aid edilməyən vergilər şamil edilir.
1.2. Sosial ayırmalar
Sosial ayırmalar dövlətin həyata keçirdiyi sosial proqramlardan asılı olaraq sosial təminata və sosial ehtiyaclara ayırmalara bölünür. Sosial təminata ayırmalar məcburi xarakter daşıyır və xüsusi fondun yaradılmasını nəzərdə tutur.