Bölmə 11. Məhsul satışı 28 №-li «Məhsulların, malların, məmulatların və görülən işlərin (xidmətlərin) satışı» hesabı
28 №-li «Məhsulların, malların, məmulatların və görülən işlərin (xidmətlərin) satışı» hesabında istehsalat (tədris) emalatxanalarının, yardımçı kənd təsərrüfatının, tədris-təcrübə (sınaq) təsərrüfatlarının hazır məhsulları, malları və məmulatları, çap məhsulları və yuxarıda göstərilən bu sahələr üzrə görülən işlərin (xidmətlərin) satışı, həmçinin müqavilələr əsasında işlənmiş elmi-tədqiqat işlərinin və göstərilən xidmətlərin satışı uçota alınır.
280 №-li subhesabdan istifadə etməyən yardımçı təsərrüfatlar satışdan gələn gəliri 400 №-li «Xüsusi vəsaitlər üzrə gəlirlər» subhesabında uçota alırlar.
28 №-li hesaba aşağıdakı subhesablar açıla bilər:
281 «Yardımçı kənd təsərrüfatı (tədris) məhsullarının satışı»;
282 «Müqavilələr üzrə elmi-tədqiqat işlərinin satışı» və başqaları.
280 №-li «İstehsalat (tədris) emalatxanalarının məmulatlarının satışı» subhesabında istehsalat (tədris) emalatxanaları üzrə buraxılan hazır məhsulların, malların, məmulatların və görülmüş işlərin, göstərilmiş xidmətlərin satışı, həmçinin çap məhsullarının (işlərin, xidmətlərinin) satışı uçota alınır.
Satılmış hazır məhsulların, malların, məmulatların, görülmüş işlərin və göstərilmiş xidmətlərin məbləğləri 280 №-li subhesabın kreditində, 111, 113 və ya 120 №-li subhesabların debetində əks etdirilir.
Satılmış məmulatların və hazır məhsulların faktiki maya dəyəri 280 №-li subhesabın debetində, 030 №-li subhesabın kreditində əks etdirilir. Görülən iş və göstərilən xidmətlərin faktiki maya dəyəri isə 280 №-li subhesabın debetində, 080 №-li subhesabın kreditində əks etdirilir.
Məmulatların, hazır məhsulların, görülən iş və göstərilən xidmətlərin satışının 280 №-li subhesab üzrə kredit qalığı mənfəəti; debet qalığı isə zərəri əks etdirir.
Hesabat ili başa çatdıqda satışın nəticələri 410 №-li subhesaba aid edilir.
280 №-li subhesabın analitik uçotu əmlakın (qiymətlilərin) uçot kartı forma № 1Q-də və ya çoxsütunlu kartlarda aparılır.
281 «Yardımçı kənd təsərrüfatı (tədris) məhsullarının satışı» subhesabında tədris-təcrübə (sınaq) və yardımçı kənd təsərrüfatı məhsullarının satışı uçota alınır.
Satılmış məhsulların məbləği 281 №-li subhesabın kreditində və 111, 113,120 №-li subhesabların debetində əks etdirilir.
Satılmış məhsulun plan maya dəyəri 281 №-li subhesabın debetinə yazılmaqla 031 №-li subhesab kreditləşdirilir.
İlin sonunda satılmış məhsulların plan maya dəyəri 081 №-li subhesabda toplanmış faktiki xərclərə bərabər həcmdə düzəldilərək 281 №-li subhesabın debetinə silinir. Plan maya dəyəri ilə faktiki maya dəyəri arasındakı kənarlaşmalar istehsal prosesində əmələ gələn mənfəət, yaxud zərər adlanır. Satılmış məhsulların faktiki maya dəyəri plan maya dəyərindən çox olduqda zərər, az olduqda isə mənfəət əmələ gətirir. Müqayisə edilən hesablarda mənfəət qırmızı qələmlə, yaxud (—) işarəsi ilə, zərər isə adi qələmlə, yaxud (+) işarəsi ilə əks etdirilir.
Satış subhesabının kredit qalığı mənfəəti, debet qalığı isə dəyəri göstərir.
Nəticələr ilin sonunda 410 №-li subhesaba aid edilir. 281 №-li subhesab üzrə analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı və ya çoxsütunlu kartalarda aparılır.
282 «Müqavilələr üzrə elmi-tədqiqat işlərinin satışı» subhesabında müqavilələr üzrə yerinə yetirilmiş və sifarişçilərə təhvil verilmiş elmi-tədqiqat və layihə-konstruksiya işləri uçota alınır.
Müqavilədə nəzərdə tutulmuş elmi-tədqiqat və konstruksiya işləri yerinə yetirildikdən sonra sifarişçiyə faktiki qiymətlə təqdim edilmiş hesab-faktura əsasında dəyəri ödənildikdə 282 №-li subhesabın kreditində və 154 №-li subhesabın debetində əks etdirilir.
Mövzu üzrə yerinə yetirilmiş və sifarişçilərə təhvil verilmiş elmi-tədqiqat və layihə-konstruksiya işlərinin faktiki dəyəri 282 №-li subhesabın debetinə aid edilir və bu zaman 082 №-li subhesab kreditləşdirilir.
Müqavilələr üzrə yerinə yetirilmiş elmi-tədqiqat və layihə-konstruksiya işlərinin satışının nəticələrinin başa çatdırılmış və sifarişçilərə akt vasitəsilə təhvil verilmiş mövzular üzrə ayrı-ayrılıqda aparılaraq hesabdan silinir.
Alınmış gəlir 282 №-li subhesabın debetində və 246, 173 №-li subhesabların kreditində əks etdirilməklə müəyyən edilmiş qaydada bölüşdürülür.
282 №-li subhesab üzrə analitik uçot əmlakın (qiymətlilərin) uçot kartı forma 1Q-də və ya çoxsütunlu kartalarda aparılır.