Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat



Yüklə 1,21 Mb.
səhifə44/66
tarix10.08.2022
ölçüsü1,21 Mb.
#117518
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
Budce Hesablar plani ve telimat (1)

Bölmə 6. Xərclər

    200 №-li «İdarələrin saxlanılması və başqa tədbirlər üçün büdcə vəsaitləri üzrə xərclər» subhesabında hesabat dövrü ərzində büdcə təxsisatları hesabına xərc məbləğləri, yeni ilin təxsisatları hesabına işçilərə ödəniləcək dekabr ayının ikinci yarısına görə hesablanılmış əmək haqqı məbləğləri, həmçinin maliyyə vəsaitləri ilə bağlanmamış sair xərc məbləğləri əks etdirilir.

    • 202 №-li «Başqa büdcələr hesabına xərclər» subhesabında başqa büdcə vəsaitləri hesabına müəssisənin smetasında nəzərdə tutulmayan tədbirlərə sərf edilən xərclər göstərilir. İlin axırında 202 №-li subhesab üzrə xərclər baş kredit sərəncamçıları tərəfindən 232 №-li və aşağı kredit sərəncamçıları tərəfindən isə 142 №-li subhesabların debetinə silinir.

    • 203 №-li «Kapital qoyuluşuna büdcə üzrə xərclər» subhesabında tikinti-montaj işlərinin üsulundan asılı olmayaraq büdcə vəsaitləri hesabına yeni tikintilərə, binaların və qurğuların yenidən qurulmasına (rekonstruksiyasına) sərf olunan məsrəflər əks etdirilir.

    • 210 №-li «Bölüşdürüləsi xərclər» subhesabında hesabat dövrünün sonunda konkret növ işlərə (obyektlərə), məhsul və məmulatların maya dəyərinə daxil edilməsi mümkün olmayan məsrəflərin qalıq məbləğləri əks etdirilir.

    • 211 №-li «Xüsusi vəsaitlər üzrə xərclər» subhesabında rüblük hesabatlarda xüsusi vəsaitlər üzrə xərclərin, illik hesabatlarda isə xüsusi vəsaitlər üzrə gəlirlərdən artıq xərclərin məbləği, həmçinin yardımçı kənd təsərrüfatı və istehsalat (tədris) emalatxanalarının bitməmiş istehsalatı üzrə məsrəfləri əks etdirilir.

    • 212 №-li «Xüsusi vəsaitlər hesabına kapital qoyuluşu və avadanlıq alınması üzrə xərclər» subhesabında elmi-tədqiqat idarələrinin istehsalat və sosial inkişaf fondu vəsaitləri hesabına yeni tikintilərə, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilən məsrəflər əks etdirilir.

    • 213 №-li «Sair vəsaitlər üzrə xərclər» subhesabında büdcədənkənar vəsaitlər hesabına xərclər, həmçinin keçmiş illərdə smeta üzrə edilən qənaət hesabına faktiki xərclər əks etdirilir. Bu xərclər ilin axırında müvafiq fondlara silinərək göstərilən hesab bağlanılır.

    • 214 №-li «Yeni təsərrüfatçılıq şəraitində idarələrin saxlanması xərcləri» subhesabında büdcə və müvafiq fondlar hesabına icra olunmuş xərclər, material və ona bərabər tutulan məsrəflər əks etdirilir. İlin sonunda göstərilən maliyyələşmə mənbələri hesabına bağlanılması mümkün olmayan qalıqlar növbəti ilin balansına keçirilir.

    • 215 №-li «Büdcədən kənar fondlar hesabına xərclər» subhesabında nazirliklər, baş idarələr və İcra hakimiyyəti orqanları tərəfindən qəbul olunmuş qaydada yaradılmış büdcədənkənar fondlar hesabına xərclər əks etdirilir.

    • 217 №-li «İstehsal fəaliyyəti üçün vəsaitlər hesabına xərclər» subhesabında ancaq rüblər ərzində tədris müəssisələrinin istehsalat fəaliyyəti üçün gəlirlərindən ayırmalar hesabına xərclər göstərilir. Bir qayda olaraq bu hesabda ilin əvvəlinə və axırına qalıq olmamalıdır.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin