Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm


Norman (vikinq) gəmisi. Orta əsrlər miniatürü



Yüklə 6,76 Mb.
səhifə13/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   9   10   11   12   13   14   15   16   ...   87
Norman (vikinq) gəmisi. Orta əsrlər miniatürü
Çaylarda daxili nəqliyyat məqsədilə “daxabye” adlandırdıqları yelkənli - avarlı gəmilərdən istifadə edən ərəblər dəniz ticarətində “dhau” adlı yelkənli gəmilərinin müxtəlif modifikasiyalarından istifadə edirdilər. Aralıq dənizdə dolaşan “şəbək” adlı gəmilərsə ilk növbədə hərbi məqsədlərə xidmət edirdi. Bütün bu gəmilərin hər bində yeni texnologiyaların tətbiq edildiyi bilinməkdədir. Bu, ilk növbədə gəmilərin hərəkətliliyini yüksəldən və əvvəlki gəmilərdəkindən daha böyük sahəyə malik üçbucaq formalı yelkənlər və arxa tərəfə yerləşdirən, əlava hərəkətverici vasitə və sükan rolunu oynayan avarlar idi (Шебека, 1907).

Belə fərz edilir ki, ərəblər bu yenilikləri Cənub-Şərqi Asiya xalqlarından əxz etmişdilər. Fəqət sözügedən ehtimalı sübut edən təkzibedilməz dəlil və sübut yoxdur. Hətta bu fikir doğru isə belə, fakt budur ki, həmin yeniliklərin sonradan Avropaya qədər geniş coğrafiyada yayılması və tətbiqi bilavasitə ərəblərin adı ilə bağlı idi. Təsadüfi deyil ki, bir çox dənizçiliklə bağlı termin Avropa dillərinə məhz ərəb dilindən keçmişdir. Bu baxımdan ərəbcədə “dənizlərin əmiri” anlamına gələn “əmir əl-bəhr” kəlməsindən qaynaqlanan “admiral” (Фасмер М., 1986, s. 62) və “istiqamət” anlamında işlədilən “əs-səmt” kəlməsindən törəmə olan “azimut” (Баранов Х. К.,1944 , s. 372) və s. kimi terminləri misal çəkmək olar.


Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin