Tatarların Yaponiyaya hərbi dəniz səfəri və fırtına (Yapon miniatürü)
Tatarların bu uğursuzluqla barışmayacağını və elə ilk imkandaca ölkəlrinə növbəti dəfə hücum təşkil edəcəklərini bilən yaponlar bütün sahil boyu, ilk növbədə də Xokaydo adasında qala və qüllələr tikməyə başladılar. Lakin onların ağlına belə gəlməzdi ki, tatarlar sadəcə dörd il ərzində hərbi donanmalarının sayın 4,5 min gəmiyə qədər genişlətməyi bacaracaq və 4 il sonra daha böyük bir qüvvə ilə hücuma keçəcəklər. Bu, həmin dövr üçün dünyanın ən böyük hərbi donanması idi. Ticarət donanması baxımından da Uluq Ulus (Turan) dövləti ilə bütün dünyada müqayisə edilə biləcək ikinci bir donanma yox idi.
Yapaoniyanın imperatoru Kameyama paytaxtı düşməndən qorumaq məqsədilə Çin səddinə bənzər böyük və möhkəm sədd tikdirməyi əmr etmişdi. Əlbəttə, Çindəki səddin tatarların qarşısını ala bilmədiyini bilirdi, amma yenə də nə isə heç nədən daha yaxşı idi. Bu dəfə Yaponiya sahillərinə 4 mindən artıq gəmi və 150 minlik qoşunla hücuma keçən türk-tatar bahadırları 1281-ci ildə İki və Taksima adalarını ələ keçirib, Küsü adasına çatdılar, Ada sahildən başlayaraq, gözlə görülə bilən uzaqlığa qədər hər tərəfdən saysız-hesabsız gəmilərlə mühasirəyə alınmışdı. Yaponların ümidi yenə də, ilk yürüş zamanı olduğu kimi, hansı isə bir möcüzəyə qalmışdı, fəqət bu dəfə heç bir möcüzə baş vermədi (Монгольский флот, 2020).
Birinci gün əsgərlərini adaya çıxartmağa nail olmayan tatarlar müvəqqəti olaraq ərəfədə ələ keçirmiş olduqları Xiradodzima adasına çəkildilərvə səhəri günü yenidən Küsü adasını mühasirəyə aldılar və əsgərlərini sahilə çıxartmağı bacardılar. Tatar əsgərləri yapon qalalrınə aşmaqda heç bir çətinlik çəkmədilər. Bu işdə onlara uyğur ustalarının düzəltdikləri toplar kömək etdi. Ada alınsa da qopan fırtına yenə də yaponları xilas etdi. Çox sayda gəmi və əsgər itirən tatarlar digər adaları tutmadan geri qayıtmalı oldular. Nəticədə ölkənin paytaxtı və bir çox ada xilas ola bildi (История Востока, 1997).
Kubilay Xan bir neçə il sonra o biri yapon adalarını və paytaxtı ələ keçirmək üçün daha bir hərbi ekspedisiyaya baş vurmaq istəsə də, uyğur məsləhətçilərinin məsləhəti ilə bu fikrindən əl çəkdi. Yeni ekspedisiya üçün külli miqdarda vəsait xərcləmək lazım idi. Dövlətin isə pul tələb edən sahələri çox idi. Və bu sahələr Uluq Ulus dövlətinin strateji hədəfləri baxımından Yapaniyanın tamamının ələ keçirilməsindən daha vacib və önəmli idi.
Dostları ilə paylaş: |