Göyük Xanın möhürü
Buradakı kəlmələrin çağdaş Azərbaycan türkcəsindəki anlamı budur:
Mengü - əbədi
Tenqri – Tanrı
Gücündə - gücündə, qüdrətində
Kuralıq – quraqlıq, quru sahələrin (yəni Yer üzündəki bütün quru sahələri əharə edən)
Ulusununq – ölkənin
Taluynunq – okeanın, bütün dəmizlərin
Xan – xan
Yarlığımız – sərəncamımız, fərmanımız.
Ümumilikdə isə möhürdə, eləcə də məktubun əvvəlində yazılmış türkcə bu sözləri aşağıdakı kimi anlamaq lazımdır: “Əbədi olan Tanrının gücündən güc alan, Yer üzünün bütün torpaqlarına sahib olan ölkənin və okeanın (bütün dənizlərin) xanının sərəncamı (Маленина А. И., 2002).
Belə hesab edilir ki, Kubilay Xan 1260-cı ildə Uluq Ulus (Turan) dövlətinin xaqanı seçildikdən və tez bir zamanda Çinin tamamını, eləcə də Vyetnam və Koreyanı Sakit okeandan Qara dənizə qədər, Şimal buzlu okeandan Hind okenına qədər uzanan türk-tatar dövlətinin tərkibinə qatdıqdan sonra fəth edilmiş bütün ölkələrin gəmilərini də əlindəki gəmilərə qataraq və vahid komandanlıq altında birləşdirərək ən azı 900 hərbi gəmidən və syı-hesabı bilinməyən ticarət gəmilərindən ibarət möhtəşəm bir donanma qurmağı bacarmışdı (Кадырбаев А. Ш., 2009, s. 56-75).
Tarixi qaynaqlardan belə aydın olur ki, Kubilay Xan Çinin tamamının fəthindən sonra Yaponiyanı da fəth etməyi düşünməkdə idi və bu səbəbdən də 1277-ci ildə 900 hərbi gəmi və 40 min qoşunla Tatar boğazından keçərək Yaponiyaya hücum təşkil etdi. Hücumu gözləməyən yaponlar məğlubiyytlə barışmağa tam hazı ikən dənizdə gözlənilmədən baş qaldıran fırtına tatarların gəmilərinin üçdə birinin və 15 minə yaxın əsgərin batmasına səbəb oldu. Beləcə, ilk Yaponiya səfəri uğursuzluqla nəticələndi.
Dostları ilə paylaş: |