Çaqa bəy
1081-ci ildə Bizansdakı siyasi qarışıqlıqlardan istifadə edərək qaçmağı bacaran Çaqa bəy bəyliyinin əskərləri ilə yenidən bir araya gələrək, İzmiri ələ keçirmiş və müstəqil bir bəy olaraq əlində olan torpaqlarının sınırlarını genişləndirməyə başlatmışdır. Onun gördüyü ilk işlərdən biri İzmirdə dövrünün ən modern tərsanələrindən birini qurdurmaq və tərsanənin ətrafındakı bölgəni dəniz liman-baza kompleksinə çevirmək oldu. Bundan sonra gəmi inşası fəaliyyətlərinə keçildi, Anadoluda kürəkli və yelkənli gəmilərdən ibarət olan 50 gəmidən ibarət ilk Türk donanması quruldu. Həmin donanmanın qurulma tarixi kimi 1081-ci il qəbul edilir. Həmin il Türkiyə Dəniz Qüvvələrinin də quruluş ili kimi qəbul edilməkdədir. Məhz həmin il Əmir Çaqa bəy Anadoludakı ilk Türk donanması ilə Ege dənizinə yelkən açmışdır.
1089-cu ildə Səlcuqlu donanması Midillini fəth etdi. 19 may 1090-cu il tarixində isə tarixin ən məşhur dəniz savaşlarından biri baş verdi. Söhbət Karaburun ile Saqqız adası arasında yerləşən Qoyun adaları ətrafında Çaqa bəyin donanması ilə Bizans donanması arasında baş verən savaşdan gedir. Həmin savaş zamanı Çaqa bəy 50 savaş gəmisindən oluşan donanmasını bir sıra taktiki manevrlərlə ustalıqla sövq və idarə etmiş, düşmənə ən zəif yerlərindən ard-arda zərbələr endirmişdi. Bizans donanması ağır itkilər verərək geri çəkilmək məcburiyyətində qalmışdı. Sonralar Əmir Çaqa bəy dənizlərdəki hakimiyyət genişləndirmiş, donanması ilə Çanaqqalaya qədər böyük bir ərazini nəzarəti altına ala bilmişdi. 1096-cı ildən etibarən, yəni xaçlı səfərlərinin Anadoluya yönəldiyi dövrlərdə türklər böyük basqı altında qaldılar. Bu hadisələr Anadolu Səlçuqlu dövlətinin dənizlərə yönəlik fəaliyyətlərini böyük ölçüdə əngəllədi. Bununla belə, həmin dönəmdə “İki dənizin sultanı” (Sultan-ül Bəhreyn) ünvanı verilən Anadolu Səlçuqlu sultanı I Əlaəddin Keyqubad Antalya (1207), Sinop (1214) və Alanya (1221-1222) tərsanələrində inşa eedilən gəmiləri yenidən donanma halına gətirə bildi (Kurat Akdes Nimet, 1966). Onun dövründə Kipr krallığı və Venesiya respublikası ilə dəniz ticarətinin aparıldığı bilinməkdədir (Соколов Н. П., 1963, s. 436-437).
I Əlaəddin Keyqubaddan öncə, daha dəqiq desək, 1214-cü ildə Kipr krallığı, 1216-cı ildə isə Venesiya respublikası arasında ticarət anlaşmasının imzalandığı bilinmikdədir. Eyni zamanda, Misir ilə də dəniz ticarəti vardı. Həmin dövrdə baş verən xaçlı səfərləri Səlçuqlu ticarətinə mənfi təsir etməkdəydi. Antalya müvəqqəti olaraq itirilsə də, Səlçuqlular onu 1216-sı ildə geri almağı bacarmışdılar.
1220-ci ildə taxta çıxan I Əlaəddin Keyqubad, o dönəmdə “Kalonoros” kimi tanınan Alaniyanı fəth etdi və ona “Alaiyə” adını verdi. Orada yeni bir tərsanə quruldu. Bu tərsanə tarixə ilk və ən mükəmməl Səlcuqlu tersansi olaraq görülmektedir. Sultan 1225-ci ilə qədər Alanya ilə Silifkə arasındaki bir çox sahil qalasinı da ələ keçirdi (Hasan Geyikoğlu, 2003). Bundan başqa, 1224-cü ildə Xüsaməddin Çoban başçılığında bir Qara dəniz donanması hazırlandı və səfərə yollanıldı, Kırımın Sudak şəhəri ələ keçirildi (Büyük Larousse, 1986; Sudak tarihi, 2012). Sudakdakı Səlçuqlu hakimiyyətinin 1239-cu ilə, yəni tatarların şəhəri ələ keçirməsinə qədər davam etdiyi hesab edilməkdədir. Keyqubadın ölümündən sonra taxta çıxan II Qiyasəddin Keyxosrov dövründə tatar istilaları başladı və Kösədağ müharibəsindən sonra dövlət zəiflədi, Anadolu Səlcuqlu dövləti tatarlardan asılı vəziyyətə düşdü. Nəticədə Sinopda daxil olmaqla, bir çox bölgə Trabzon dövləti tərəfindən işğal edildi. Bununla belə, Sinop 1266-cı ildə geri qaytarıldı (Hasan Geyikoğlu, 2003).
Bundan sonra, artıq qeyd etdiyimiz kimi, Anadoluda bir çox uc bəylikləri qurulmuş, onlardan Karesioğulları, Aydınoğulları, Məntəşəoğulları və Saruxanoğulları kimi bəzi bəyliklər dənizçiliyə maraq göstərmiş və tərsanələr quraraq, gəmilər inşa etmişlər. Aydınoğlu Qazi Umur bəyin Ege dənizində çox fəal olduğu, Canqqala ilə Rodos arasında əsas nüfuz sahiblərindən birinə çevrildiyi məlumdur (Donald MacGillivray Nicol, 1993, s. 114).
Türk gəmiçilik tarixində Türk-Məmlük dövlətinin (1250-1517) də rolu az olmamışdır. Bu dövlətin ərazisi Misir, Suriya və Hicazı əhatə etmişdir. Dövlətin Əyyubilər zamanında Misirə gətirilən və “məmlük” adlandırılan türk-qıpçaq əsilli əmirlər tərəfindən qurulduğu, bu əmirlərin Əs-Saleh Əyyubinin ölümündən dərhal sonra müsəlman ölkələrinə hücuma keçən Fransa kralı IX Lüdoviqin rəhbərliyindəki xaçlı ordusunu Mənsurə ətrafında darmadağın etdikləri, kralla birlikdə bir çox xaçlı komandirinin əsir aldıqları, eləcə də Fariskur döyüşlərində (7 aprel 1250) ən böyük rolu oynadıqları bilinməkdədir. Ancaq yeni Əyyubi sultanı Turan Şah onların qazandığı nüfuzu öz taxtına təhlükə hesab etmiş və məmlüklər arasındakı güclü komandirləri vəzifədən almağa başlamışdı. Bundan başqa taxta çıxarkən dəstəyini aldığı ögey anası Şəcərəddür Xatunu atasının xəzinəsini gizlətməklə günahlandıraraq nəzarət altına almışdı. Nəticədə məmlük əmirlərindən Baybars Əl-Bunduqdari və yaxın adamları sui-qəsd tərtibləyərək Turan Şahı öldürdülər. Onun ölümüylə Misirdə Əyyubilər dövrü başa çatmış, yerinə Məmlüklər adıyla tanınan yeni bir türk dövləti qurulmuş oldu.
Məmlüklər dövlətinin də sələfləri olan digər Türk dövlətləri kimi donanma quruculuğuna xüsusi önəm verdikləri məlumdur. Bu barədə bir çox elmi əsər yazılmışdır ki, həmin əsərlər içərisində Mesut Ağır və Kürşat Solakın birlikdə qələmə aldıqları “Məmlük dövlətinin Doğu Ağ dənizdəki önəmli siyasi fəaliyyətləri” adlı məqalə çox böyük önəm kəsb edir (Mesut Ağır ve Kürşat Solak, 2013).
Məqalə müəllifləri Əlaəddin Ata Məlik Cüveyniyə istinadən bildirilər ki, Misir, Suriya və Hicazdakı (Ərəbistan yarımadasındakı) torpaqları ilə dənizlərə qonşu olan Məmlük dövləti əsasən bu özəlliyi ilə ciddi mənada dənizşi bir dövlət olmaya namizəd idilər. Bu o dövr idi ki, Uluq Ulus (Turan) dövlətinə hakim olan Mengü Xan (1251-ci il) taxta oturar-oturmaz kiçik qardaşı Kubilayı bugünkü Cin ərazisinə, çox güvəndiyi diğər qardaşı Hülanü isə Ön Asiyaya göndərmişdi (1252–1253) (Alaeddin Ata Melik Cuveyni, 1988, s. 56).
Tatarlar daha oncə Asiyanın qərbinə gələrək 1243-cü ildə Kösedağ Savaşından sonra Anadolunu hakimiyyətləri altına almışdılar, ancaq tam bir uğur əldə edə bilməmişdilər. Onların məqsədi Suriya sahillərindən dənizə çıxmaq idi. Tatarlar Əlamut qalasında fəaliyyət göstərən Həşşaşilər ilə Bağdatdakı İslam xəlifəsini dənizə ulaşmaq yolunda əngəl olaraq görürdülər.
Hülakü əmrindəki tatar ordusuyla hərəkətə keçdi. Bu ordunun onundən isə Ketbuğanın başçılıq etdiyi öncü birliklər 1253-cü ilin avqustunda yola çıxmışdı. Məqsəd Suriyanı, hətta Misiri almaq, dənizə ulaşmaqdı. Nülakünün qarşısında qoyulmuş əsas vəzifələrdən biri məhz bu idi (Bertold Spüler, 1987).
Məmlüklərin mərkəzi durumunda olan Misir təkcə Şərqi Ağ dəniz ticarəti baxımından deyil, qitələrarası nəqliyyat və ticarət yönündən də eə önəmli ölkələrdən və kilid nöqtələrdən biriydi. Çünki bu ölkə Avropadan Hindistana və Cinə uzanan ən qısa dəniz yolu uzərində yerləşirdi (Mesut Ağır ve Kürşat Solak, 2013). Bu səbəbdən də Uzaq Şərq məhsullarının Misir üzərindən Avropaya sövqü Suriya yoluna görə daha ucuza mal olurdu (Şerafettin Turan, 2000, s. 70). Bir sözlə, Misir Şərq və Qərb dünyasının bazarı durumundaydı (Wilhelm Von Heyd, 2000, s. 422). Ticarətin önəmli hissəsi dənizlər vasitəsilə həyata keçirilirdi.
Dənizlər eyni zamanda siyasi nüfuz dairəsi yarada bilmək baxımından da çox önəmliydi.
Məlum olduğu kimi, I Xaçlı Səfərindən (1095-1099) sonra İslam torpaqları içində xaçlı dövlətləri qurulmuşdu. Bu dövlətlərlə münasibətlər tədricən, müvəqqəti də olsa, düşmənlik və qarşıdurmalardan yerini ticarət əlaqələrinə vermişdi. Bu, vaxtaşırı elan edilən və vaxtları uzadılan atəşkəslər sayəsində mümkün idi (Peter M. Holt, 1999, s.156,168).
XII-XIII əsrlərdə Şərq dunyasının hökmdarları xaçlı dövlətlərlə, o cümlədən Kilikiya Alban Məlikliyi, Bizans İmperatorluğu və Qərbi Avropa dövlətləriylə istər diplomatik, istərsə də ticari əlaqələr icindəydilər. Avropa dövlətlərindən Venesiya, Genuya və Araqon respublikaları ilə manasibətlər daha yaxın idi. Bununla belə, bu vəziyyətin Məmlüklərin xaçlıları Suriyadan çıxarmasından sonra (1292–1293) yarandığını da xüsusi qeyd etmək lazımdır. Çünki məhz bundan sonra sözügedən dövlətlərlə ticari və diplomatik əlaqələr qurula bilmişdi. Mesut Ağır ve Kürşat Solakın yazdıqlarına görə, XIV əsrdən etibarənsə qarşıdurmalara səbəb olan əski ideyalar önəmli dərəcə də zəifləmişdi.
Belə hesab edilir ki, Məmlük donanması da eynən sələfi olan Əyyubi donanması kimi Suriya və Fələstindəki xaçlı dövlətləri üçün çox da böyük təhlükə yarada bilməmişdilər. Əldə edilən bütün uğurlar əsasən quru qüvvələrinin əzmi hesabına qazanılmışdı. Bununla belə, Əyyubilər dönəmində, 1247-ci ildə Fələstindəki Askalona və Məmlük sultanı Baybars dönəmində, yəni 1270-ci ildə Kiprə dəniz səfərinin düzənləndiyi məlumdur. Ancaq bu səfərlər zəfərlə nəticələnməmişdir. Təsadüfi deyil ki, Baybars bu uğursuzluqdan sonra Kipr kralına yazdığı məktubda belə deməkdəydi:
“Sizə görə sizin atlarınız donanmanız, bizə görə də bizim donanmamız süvarilərimizdir”.
Xaçlı donanmalarının daha güclü olması müsəlmanların Akka, Trablusşam, Lazkiyə və Ayas kimi şəhərləri qurudan fəth etməsini önləyə bilməmişdir. Bununla belə, müsəlmanlar düşmən donanmalarının gücünün fərqində idilər və onların qarşısını almaq üçün müxtəlif tədbirlər görürdülər. Məsələn, Məmlük dövləti Akkanı xaçlıların qalıntılarından təmizlədikdən sonra şəhəri bir daha itirməmək üçün Akka limanını təxrib etmiş,limanı istifadə edilməsi mümkün olmayan hala gətirmişdi. Dimyat da xaçlı xaçlıların əlinə keçməsin deyə, başqa yerə köçürülmüşdü. Sultan Baybars Nil uzərindən hər hansı bir xaçlı hücumuna uğramamaq məqsədiylə çayın ağzını daraltmış, bundan başqa, xaçlı gəmilərinin yaxınlaşdığını görə bilmək üçün Rəşid limanına bir minarə qurdurmuşdu (Mesut Ağır ve Kürşat Solak, 2013).
Əldə olan məlumatlara görə, Məmlüklərlə eyni dövrdə mövcud olan Batı Anadolu bəylikləri də öz kiçik donanmalarına sahib idilər və bu bəyliklərlə Məmlük dövləti arasında sıx əlaqələr olmuşldur (Çetin Altan, 2011, s. 329-330). Anadolu türkləri 1266-cı ildə Batı Anadolu fəth edilərkən bu bölgəyə yerləşmişdilər, 1300-cü ildə bir-iki yer dışında hər yer onların hakimiyyəti altında idi (Mikhael Doukas, 2008, s. 4-5; Mukrimin Halil Yinanc, 1929, s. 20) Bunlardan biri də Məntəşə bəyliyi idi (Paul Wittek, 1944, s. 65-67, 160-171; Oluş Arık, 1987, s. 504). Bu bəylik öz ərazilərini Milet ve Balat adalarına qədər genişləndirməyi bacarmış (Əl-Qalqaşandi, Əhməd b. Əli, 1913-1920, s. 348), bir çox fəthlər gerçəkləşdirərək Rodos adasına ve onun ətrafındaki adalara dəniz hücumları təşkil etmişdi. Həmin dövrdə Məntəşeoğullarının donanması Adalar (Ege) dənizində ən güclü Turk dəniz qüvvəsi idi (Wittek, P., 1944, s. 111).
Üstün gücləri sayəsində 1300-cü ildə Rodos adasını fəth edən Məntəşəoğulları bu adanı 10 il əllərində tutdular. Donanmaları sayəsində Aydınoğullarına və daha sonraki dönəmlərdə, daha dəqiq desək, 1364-cü ildə Məmlük Sultanlığına yardım etmişdilər (Heyd Wilhelm V., 2000, s. 145). Məmlük dövlətinin bu tarihdən təqribən 140 il sonra Rodos adasını almaya calışması (Kanat, 1999, s. 392-406) Məntəşə bəyliyinin dənizlərdəki ileri görüşlülüyünü ortaya qoymaqdadır (Mesut Ağır ve Kürşat Solak, 2013).
Deyilənlərə onu da əlavə edək ki, Rodosun fəthi ilə türk donanmasının gücünü ortaya qoyan, 1306-cı ildə Katalon donanmasının ən önəmli dəniz bazası sayılan Saqqız adasına hücum edən Məntəşəoğulları donanması buyuk bir zəfər və gənimətlərlə geri dünmüşdü (Heyd Wilhelm V., 2000, s. 556). Məmlük sultanı Xəlil tərəfindən Akkadan çıxarılan (1291-ci il) Saint-Jean ordeninə məxsus cəngavərlər öncə Kıprə yerləşmiş, ardından da Rodosa hücum təşkil etmişdilər (Baybars əl-Mənsuri əd-Dəvadar, 1998, s. 278). Çünki Akkanın əldən çıxması Avropalı işğalçıların gözlərini başda Kıpr olmaqla Adalar (Ege) dənizinə və Anadolu sahillərinə dikmələrinə səbəb olmuşdu (Şihabeddin Tekindağ, 1971, s. 26). Nəticədə Papanın və Fransa kralının dəstəyi ilə Saint-Jean cəngavərləri 15 avqust 1310-cu il tarixində Rodosun mərkəzini və dörd il içində tamamını ələ keçirdilər. Saqqız adası da eyni aqibətə uğrayaraq Məntəşə bəyliyinin əlindən çıxdı. Məntəşəoğlu Orxan bəy Rodosu geri ala bilmək üçün çox çalışdı, hətta Genuyalıların dəstəyini əldə etdi. Fəqət 1312-ci ildə Papa V Klementin müdaxiləsiylə səyləri nəticəsiz qaldı. Buna 1320-ci ildə yenidən səy edildi, ancaq yenə uğur əldə edilə bilmədi (Ahmed b. Ali el-Kalkaşandi, 1913-1920, s. 348, 367).
Batı Anadolunun dənizçilik sahəsində fəaliyyətləri ilə tarixə düşən başqa bir bəyliyi də Aydınoğulları bəyliyi olub. XIV əsrə aid mənbələrdə bu bəyliyin adı dənizlə bağlı yad edilməkdədir. Onun 1330-cu ildə İzmir və Ayasuluqda özünün limanlarına və donanmasına sahib olduğu bilinməkdədir. Xüsusən də Umur bəy dönəmində (1334–1348) Egenin qorxulu röyası halına gəldiyi məlumdur. Mənbələr Umur bəylə Kipr kralı IV Huqa (IV Quqa) arasında baş vermiş dəniz savaşısavaşından söz açmaqdadırlar (Ebru Altan, 2002, s. 699).
Adı çəkilən bəyliklər dışında Antalyada Təkəoğulları, Alaiyədə Qaramanoğulları bəylikləri, eləcə də şimalda Saruxanoğulları Foca sahillərində,
Qarəsioğulları Edremitdə öz liman və donanmalarına sahib idilər ki, bu bəyliklərin sahib olduqları gəmilər Qara dəniz və Kritdən Ağ dənizə hərəkət edən Bizans gəmilərini asanlıqla vura bilirdilər (Mesut Ağır ve Kürşat Solak, 2013).
Türk donanması tarixindən söz açarkən Uluq Ulus (Turan) dövlətinin sahib olduğu donanmaya toxunmadan keçmək qətiyyən mümkün deyildir. Bu barədə əlimizdə nisbətən daha çox məlumat bulunmaqdadır.
Uluq Ulus (Turan) və ya başqa sözlə, türk-tatar donanması barədə ilk məlumatlar böyük türk-tatar xaqanı Kubilay (Xubilay) Xanın dövrünə aiddir. O, türk-tatar donanmasının qurucusu kimi gözdən keçirilir. Lakin ondan daha öncə Uluq Ulusun (Turanın) xaqanı olan Göyük xanın özünü “Yer üzünün bütün torpaqlarına sahib olan ölkənin və okeanın (bütün dənizlərin) xanı” adlandırdığı məlumdur. Söhbət sözügedən xanın Roma Papası IV İnnokentiyə göndərdiyi cavab məktubunun (yarlığının) möhüründə və əvvəlində yazılmış sözlərdən gedir.
Tarixi mənbələrdən Göyük Xanın Roma Papası IV İnnokentiyə cavab məktubu (yarlıq) göndərdiyi, həmin yarlığı fars dilinə çevirtdirərək orijinalı ilə birlikdə yola saldığı məlumdur. Fəqət məktubun uyğur əlifbası ilə xaqaniyyə türkcəsi ilə yazılmış orijinalı bugünə qədər tapılmamışdır. Əldə yalnız mətnin fars dilinə tərcüməsi var. Bu məktubu bizim üçün maraqlı edən təkcə onun məzmunu deyil, eyni zamanda həmin yarlığa Göyük xana məxsus, üzərində türkcə yazı olan qırmızı möhürün vurulmuş olmasıdır.
Möhürdəki yazı uyğur əlifbası ilə xaqaniyyə türkcəsində qələmə alınmışdır ki, bu da Çingizoğulları sarayında dövlət dilinin Türk dili olduğunu sübut etmək baxımından çox böyük önəm daşıyır. Məsələ burasındadır ki, sözügedən yarlığın tərcüməsi Çingizoğulları dövrünə aid olan ən qədim sənəddir.
Möhürdə bu sözlər yazılıb:
Mengü Tenqri gücündə Kuralığ ulusununq taluynunq Xan yarlığımız.
Maraqlıdır ki, farsca yazılmış məktubun əvvəlində də türkcə eyni sözlər yazılmışdır.
Dostları ilə paylaş: |