Bütün həyatlarını elmin sirlərinə dərindən yiyələnməmə və bir Vətənsevər kimi yetişməmə həsr etmiş mərhum valideynlərim – Adil Şıxəli oğlu və Sura Səfər qızının əziz xatirələrinə ithaf edirəm



Yüklə 6,76 Mb.
səhifə11/87
tarix11.01.2022
ölçüsü6,76 Mb.
#110699
1   ...   7   8   9   10   11   12   13   14   ...   87
Roma gəmisi. Vergilius Romanusun əlyazmasından bir miniatür. V əsr. Vatikan kitabxanası
Gəmi nə qədər ağır idisə, bir o qədər ləng hərəkət rdir və manevr imkanları məhdud olurdu. Triremeslər sürət baxımından daha cəld idilər. Onların sürəti, 1987-ci ildə keçirilmiş hesablama və sınaqlara görə, sükanı qaldırılmış halda qaldırılmış 9.3 düyünə tam batmış halda isə 8.6 düyünə çatırdı ki, bu da müxtəlif manevrlər etmək üçün önəmli idi. Bunula belə, bəzi mütəxəssilər hesab edirlər ki, onların sürəti 7 düyündən yuxarı deyildi (Хлевов А. А., 2017).

Əldə olan tarixi qaynaqlara görə, respublika dövründə (e.ə. V-I əsrlər) Roma gəmilərinin ekipajı, o cümlədən avarçəkənlər muzdlulardan ibarət olardı II Pun savaşından (e.ə. 218-201) etibarən isə muzdlulardan istifadəyə məhdudiyyət qoyuldu, daha sonralar isə muzdlu avarçəkənləri bütünlüklə hərbi əsirlər və qullar əvəzlədilər (D’Amato, 2015).

Aparılan genetik təhlillərin nəticəsindən (Alinei M., 2003, 2005), əski german qaynaqlarında söylənilənlərdən, eləcə də dil materiallarının təhlillərindən (Ayda A., 1985, 1987, 1992; Firudin Ağasıoğlu, 2010) türk olduqları anlaşılan etrusklar da qədim dünyanın mahir dənizçi xalqlarından olmuşdur. Fəqət onların gəmiləri haqqında bu gün elmə çox az şey məlumdur. Onlar haqqında əsas məlumatları Mərkəzi İtaliyada bulunan, e.ə. VI-I əsrlərə aid edilən etrusk məzarlarından tapılmış freska və barelyeflərdən, eləcə də vazalrdakı rəsmlərdən ala bilirik (Дыгало В.А., Нарбеков Н., 1986).


Etrusk gəmiləri
Belə hesab edilir ki, romalılar dəniz hərb sənətini və ümumiyyətlə dənizçilik və liman şəhərlər mədəniyyətini etrusklardan öyrənmişlər.

Əldə olan məlumatlardan belə aydın olur ki, Sasanilər dövründə (224-651) farslar da öz donanmasına sahib olmuşlar. Bu barədə tarixi mənbələr həddən artıq az olsa da, e.ə. 480-ci ildə baş vermiş Salamis döyüşündə farsların öz donanmasından istifadə etdikləri bilinməkdədir.

Məlumat üçün qeyd edək ki, tarixə adı “Salamis döyüşü” kimi düşən bu dəniz savaşı yunanlarla farslar arasında Afina yaxınlığında, Ege dənizinin Saronik körfəzindəki Salamis adası ətrafında baş vermişdir. Döyüşdən əvvəl müharibənin sonrakı gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək bir sıra hadisələr olmuşdu. Daha dəqiq desək, fars ordusu Afinanı işğal edib məhv etmiş, şəhər sakinləri şəhərə ən yaxın Salamis adasına təxliyə edilmişdilər. Yunan donanması ada ilə materik arasındakı dar boğazlarda cəmləşmişdi. Esxilə görə, burada 311, Herodot a görə isə, təxminən 380 yunan gəmisi vardı (Эсхил, 2012; Геродот VIII. 46). Yunanlar arasında ciddi fikir ayrılığı mövcud idi. Hərbi komandanların əksəriyyəti Salamisdən ayrılmaq və bütün qüvvələri Korint İstfasını müdafiə etmək üçün istiqamətləndirməyi təklif edirdilər. Afinalı strateq Themistocles yalnız dar boğazlar şəraitində yunanların həm gəmi sayına, həm də dənizçilərin hazırlıq səviyyəsinə görə üstün durumda olan fars donanmasını məğlub edə biləcəyini söylədi (Holland, 2006, s. 222-224; Виппер Р. Ю., 1993, s. 40). O, digər komandanların qərarına təsir göstərməyin mümkünsüzlüyünü görüb, hiyləyə əl atdı, etibar etdiyi bir elçisini fars şahıı Kserksin yanına göndərərək, yunanların qaçacağını və əgər şah yunan donanmasını məhv etmək istəyirsə, onun dərhal döyüşə başlamalı olduğunu söyləməsini əmr etdi.

Tarixi qaynaqlardan belə görünür ki, bu hiyləyə uyan fars şahı dərhal hücum əmri verdi və bu da farslar üçün dəhşətli bir məğlubiyyətlə nəticələndi. Belə ki, çoxsaylı fars gəmiləri dar məkana girərək manevr qabiliyyətlərini itirdilər və çox asanlıqla yunan gəmilərinin ovuna çevrildilər (Holland, 2006, s. 302-303, 318; Lazenby J. F., 1993, s. 248-253).




Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin