C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Davamlı inkişaf və insan potensialından səmə­rə­li istifadə



Yüklə 2,89 Mb.
səhifə111/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   114
C fakepathelave vesait

Davamlı inkişaf və insan potensialından səmə­rə­li istifadə, hazırda bəşəriyyətin qarşılaşdığı və həll etməyə çalışdığı mühüm sosial-iqtisadi problemlərdən biridir. Iqti­sadi inkişafın davamlı yaxud dayanıqlı inkişafı dedik­də, onun bütün istehsal və sosial dairələrinin kompleks ha­lın­da ahəngdar, habelə tarazlı yüksəlişi nəzərdə tutulur. Bu iq­ti­sadi inkişaf konsepsiyasının seçimində yanaşma­la­rın fərq­li cəhətlərinə baxmayaraq, həmin konsepsiya özündə - iqtisadi, sosial, ekologiya kimi 3 mühüm istiqaməti bir­ləş­­dirir.
«Davamlı inkişaf» anlayışı ilk dəfə 1987-ci ildə «Ətraf mühit və inkişafa dair Beynəlxalq Komissiya»-nın hesabatında işlədilmişdir. Bu hesabatda aydın və birmə­nalı şəkildə qeyd olunmuşdu ki, «davamlı inkişaf yalnız uğurlu və rəqabət qabiliyyətli iqtisadiyyatda mümkün­dür». Müasir dünyanın tanınmış iqtisadçı alim və mütə­xəs­sisləri isə iqtisadiyyatın davamlı inkişafını, cəmiyyət­də əhalinin yoxsulluğunun, sosial ədalətsizliyin, işsiz­liyin aradan qal­dırılmasında görürlər.
Lakin, təəssüflə qeyd etmək lazımdır ki, bəşəriy­yə­tin tarixi inkişaf yolunun müxtəlif mərhələlərində əhalinin maddi-mədəni vəziyyətinin yaxşılaşdırılması, sosial əda­lət­­sizlik meyllərinin aradan qaldırılması, işsizliyin azal­dıl­ması və məşğulluğun səviyyəsinin yüksəldilməsi yolunda rəsmi, habelə qeyri-rəsmi qurumların fəaliyyətinə baxma­yaraq, bu problemlər hələlik öz tam həllini tapmamışdır.
Davamlı inkişaf konsepsiyasının əsas prinsiplə­rin­dən biri, hakimiyyət və onun idarəetmə orqanlarının sosial siyasət məsələlərini irəli sürüb əsaslandırması, habelə on­ların ardıcıllıqla həyata keçirilməsi xətti ilə bağlıdır. Ey­ni zamanda davamlı iqtisadi inkişaf konsepsiyası insan­ların normal tələbatlarının, xüsusilə cəmiyyətin yoxsul tə­bə­qələrinin yaşayışının təmin olunması ilə yanaşı, mövcud texnika və texnologiyanın ətraf mühitlə ahəngdar tarazlıq şəraitində yüksəlişini nəzərdə tutur. Başqa sözlə, «davamlı inkişaf indiki nəslin ehtiyaclarını ödəməklə» yanaşı, gələ­cək nəsillərin də öz tələbatlarını ödəmək qabiliyyətini təh­lükə altında qoymamalıdır. Bu müddəa insan cəmiyyəti ilə onun həmişə təmasda olduğu iqtisadi, sosial və ətraf mühit arasında düzgün münasibətlərin formalaşması, bü­töv­lükdə bəşəriyyətin müasir mərhələdə qarşılaşdığı qlo­bal iqtisadi-sosial problemlərin həllində mühüm rol oyna­malıdır.
Təsadüfi deyildir ki, son illərdə dünyanın bütün öl­kə­ləri öz iqtisadi siyasət xətlərini məhz bu istiqamətdə qu­rub, həyata keçirməyə çalışırlar. Həmin siyasətdə isə insan kapitalı və onun potensial imkanlarına çox böyük diqqət yetirilir. Müasir dünyanın iqtisadi inkişaf və sosial-mədəni yüksəlişinin əsasında insan amili, onun fiziki - intellektual imkanlarının nə dərəcədə səfərbərliyə alınması, həmin potensial qüvvələrin özünü real şəkildə göstərməsinə necə şərait yaradılması, nəhayət hərtərəfli qayğı göstərilməsi bacarığı həll edir. İnsan amilinin yetişməsinə, təhsilinə, ixtisasının təkmilləşdirilməsinə, mədəni-əxlaqi tərbiyəsinə yönəldilmiş xərclər, gələcəkdə özünün sosial-iqtisadi sə­mərəliliyi baxımından, başqa sahələrə nisbətən dəfələrlə sə­mərəli olduğunu, dünya ölkələrinin keçdiyi enişli-yo­xuş­lu ümumi inkişaf yolu, habelə ayrı-ayrı milli iqtisadiy­yatların tarixi yüksəliş təcrübəsi təsdiq edir.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin