C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Vergilərin müxtəlif növləri və təsnifatı



Yüklə 2,89 Mb.
səhifə47/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   114
C fakepathelave vesait

8.2.Vergilərin müxtəlif növləri və təsnifatı


Müasir bazar münasibətləri iqtisadi sisiemi şə­raitin­də vergilər, birbaşa və dolayı formaları ilə dövlət büd­cəsinin gəlirlər hissəsinin əsas mənbəyinə çevril­miş­dir. Birbaşa vergilərə - mənfəət vergisi, əhalinin gəlir vergisi, torpaq vergisi, əmlak vergisi, birdəfəlik rüsum, təbii sər­vətlərdən istifadəyə görə haqq (renta) və sairə daxildir. Dolayı vergilərə isə əlavə dəyər vergisi, ak­si­z­lər, ixrac vergisi, gömrük rüsumları, patentləşdir­mə­dən daxil olan vəsaitlər daxildir. Dünyanın ayrı-ayrı ölkə­lərində vergilərin sayı, həcmi, dərəcələri müxtə­lif­dir.
Dövlətin vergi siyasəti, onun daxili siyasətinin tər­kib hissəsi olub, bir sistem kimi fəaliyyət göstərir. Vergi sistemi ölkədə məcburi qaydada toplanan və istifadə olu­nan bütün vergi növlərinin məcmusunu əhatə edir. Dünya təcrübəsində əsas 4 vergi sistemindən: a)mütərəqqi (proq­res­siv); b) qeyri-mütərəqqi (reqres­siv); c)qarışıq; ç)mü­tə­­nasib (proporsional) istifadə olu­nur.
Qeyd etmək lazımdır ki, mütərəqqi vergi sis­temi, gəlirlərin artmasına uyğun olaraq vergi dərəcə­si­nin, yəni hər bir vergi ödəyicisinə düşən vergi yükünün (ayırma­la­rının) çoxaldığım nəzərdə tutur. Qeyri-mütə­rəq­qi vergi sisteminə görə vergi ödəyənlərin gə­lir­ləri artdıqca, onlara tətbiq edilən vergi dərəcəsi, müəy­yən nisbətdə aşağı sa­lınır. Qarışıq vergi siste­min­də həm mütərəqqi, həm də qeyri-mütərəqqi sistemin müxtəlif variantlarından, yaxud kombinasiyalarından istifadə olu­nur. Mütanasib vergi sis­teminə görə vergi ödəyi­ci­si­nin gəlirinin artıb-azalma­sın­dan asılı olmayaraq, müəy­yən bir vergi dərəcəsi tətbiq olunur və kəmiyyət etibarilə dəyişməz qalır.
Ümumiyyətlə vergilər müxtəlif dövlətlərin siya­si-­ictimai quruluşlarından və iqtisadi-sosial inkişaf sə­viy­yə­lərindən asılı olaraq, dövlət (mərkəzi) və yerli vergi­lə­rə, yaxud federal (dövlət), regional (ştat) və bələdiyyə (mu­ni­si­palitet) vergilərinə ayrılırlar.
Müxtəlif ölkələrdə vergi dərəcələri bir-birindən xeyli fərqidir. Məsələn, gəlir vergisinin ən yüksək həddi ABŞ-da 34%, Fransada 54%, Almaniyada 53%, İspani­ya­da 48%, Avstraliyada 47%, İsraildə 50%, Flip­pin­də 32%, Rusiya və Azərbaycanda 35%-dir.
Dünya ölkələri üzrə vergi dərəcələrinin müx­tə­lif­liyi, özünü bu vergilərdən formalaşan dövlət büdcəsinin gəlirlər hissəsində aydın göstərir, Hər hansı bir ölkənin ümumi daxili məhsulunun neçə faizinin vergilər vasitə­silə dövlət büdcəsinə cəlb olunması səviyyəsi, bu işin səmə­rəlilik meyarı kimi qiymətləndirilə bilər. Son mə­lu­matlara görə, 5 qrup ölkələr üzrə ümumi daxili məh­sulun hansı hissəsinin vergilər vasitəsilə dövlət büdcə­sinə cəlb olun­ması mənzərəsi belədir.
I qrupa daxil olan - İsveç, Danimarka, Nider­land­da (Hollandiyada) - 55-60 faiz.
II qrupa daxil olan - Norveç, Çexiya, Avstriya, Fransa, Polşa, Finlandiyada - 50 faiz.

  1. qrupa daxil olan ölkələr - Belçika, Almaniya, İtaliya, Kanada, İspaniyada - 41-49 faiz.

  2. qrupa daxil olan ölkələr - İngiltərə, ABŞ, Avstraliya, Türkiyə, Yaponiyada - 32-38 faiz.

V qrupa daxil olan ölkələr - Meksika, Azər­bay­can, Cənubi Koreyada - 21-30 faiz.
Hazırda dünyanın müxtəlif ölkələrində vergilərin ümu­mi sayının azaldılması, onların qruplaşdırılması və daha da sadələşdirilməsi istiqamətində görülən işlər da­vam etdirilməkdədir. Əlamətdar cəhət ondan iba­rət­dir ki, ümumi vergilər siyahısında digər vergi növlərinə nisbətən əhalinin müxtəlif təbəqələrinin gəlirləri və şirkətlərin (kor­porasiyaların) mənfəəti getdikcə həm müt­ləq rəqəm­lərlə, həm də xüsusi çəki (pay) etibarilə üstünlük təşkil etmək­dədir.
Vergi qoyulması sahəsində dövlət siyasəti hazır­la­narkən nəzərə alınır ki, həddindən artıq vergilər ölkədə təkcə sahibkarlıq fəaliyyətini, investisiya qoyuluşlarını, yeni texnika və texnologiyaların istehsal – xidmət dairə­lə­rində tətbiqini məhdudlaşdırmaqla qalmayaraq, eyni za­manda son nəticə etibarilə büdcə gəlirlərinə də mənfi təsir göstərir. Ona görə də vergi dərəcəsinin düzgün müəy­yən­ləşdirilməsi tələb olunur.
Amerikalı iqtisadçı A.Laffer vergi dərəcələrinin kə­miy­yəti ilə dövlət büdcəsinə daxil olan vergi vəsait­ləri ara­sında xətti deyil, daha mürəkkəb bir asılılıq ol­du­ğunu müəyyənləşdirərək, bunu Laffer əyrisi kimi aşa­ğı­dakı qra­fik təs­virdə vermişdir:

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin