C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə44/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   114
C fakepathelave vesait

7.2.Dövlət büdcəsi və onun quruluşu


Ölkənin makroiqtisadi səviyyədə maliyyə-pul sis­te­minin və ümumiyyətlə iqtisadi münasibətlərinin zə­ruri tərkib hissəsi kimi formalaşan dövlət büdcəsi, bu sistemin mərkəzi həlqəsi sayılaraq, milli iqtisadiyyatın inkişafında mühüm rol oynayır. O, dövlətin iqtisadi-so­sial vəzifələrini həyata keçirir, cəmiyyətin iqtisadi və hərbi təhlükəsizliyi, əhalinin sosial-mədəni qayğıları ilə bağlı problemlərin həl­lini reallaşdırır. Tanınmış iqti­sadçı Jozef Şampeter (Avs­tri­ya) yazır ki, dövlətin həyata keçirdiyi büdcə siya­sə­tin­də millətin ruhu, onun mədəni səviyyəsi, ictimai quru­luşu və bütün nailiy­yət­ləri öz əksini tapır. Bu mənada döv­lət büd­cəsi, hakimiy­yə­tin öz üzərinə düşən vəzifələri ardı­cıllıqla reallaşdır­maq üçün mərkəzləşdirilmiş pul və­saiti fondu­nun yaradılmasının və ondan istifadə edil­mə­sinin sınan­mış formasıdır. Başqa sözlə, dövlət büdcəsi-maliyyə siste­mi­nin hökumətin sərəncamında olan ən mühüm mərkəz­ləş­diril­miş pul fondudur. Büdcə ölkə maliyyəsinin bü­tün əsas cəhətlərini özündə əks etdirir.
Bazar münasibətləri iqtisadi sistemi və müxtəlif mülkiyyət formalarının təsərrüfatçılıq fəaliyyəti şə­raitin­də, dövlət büdcəsinin əhatə dairəsi xeyli genişlə­nir, onun imkanları artır, yeni formalaşan müxtəlif tə­yinatlı istehsal-xidmət sahəsi subyektləri ilə iqtisadi münasibətləri nizama salınır.
Ümumiyyətlə, dövlət büdcəsi, dövlətlə şirkət və kor­po­­rasiyalar, müəssisə və təşkilatlar, ev təsərrüfatları və ayrı-ayrı fiziki, habelə hüquqi şəxslər arasındakı iqtisadi münasibətləri ifadə edir. Hər bir dövlətin ma­liyyə planı və proqramı kimi xarakterizə olunan dövlət büdcəsi, ölkənin ümumi daxili məhsulunun, milli gəli­rinin yenidən (təkrar) bölgüsünü həyata keçirir, iqtisa­diy­yatın dövlət tənzimlən­məsi prosesinə, habelə çoxsa­həli təsərrüfat həyatının so­sial-iqtisadi obyektlərinin inkişafının stimullaşdırıl­ma­sına bir maliyyə mənbəyi təminatçısı rolunda xidmət gös­tə­rir. Büdcə özündə vergilər, gəlirlər, xərclər, borclar, kimi iqtisadi kate­qoriyaları əlaqələndirib birləşdirir.
Dövlət büdcəsinin vəzifələri sırasına, onun nəzarət funk­siyası da daxildir. Bu o deməkdir ki, dövlət öz büdcə­si vasitəsilə, ölkənin pul vəsaitlərinin formalaş­ması və ondan necə istifadə olunması gedişini izləyib, nəzarətdə saxlayır. Təsadüfi deyildir ki, mütəxəssislər dövlət büd­cə­sini iqtisadi siyasət və idarəetmə vasitəsi kimi səciy­yə­lən­dirirlər. Hər bir ölkənin büdcə sistemi konkret şəraitdən asılı olaraq, mərkəzi (federal, respub­lika), regional (ştat, kanton, əyalət) və yerli (bələdiyyə) büdcələrindən ibarət ola bilər.
Dövlət büdcəsi öz quruluşuna, mənbələrinə və tə­yi­natına görə gəlir (mədaxil), xərc (məxaric) kimi hissələrə ayrılır. Büdcənin gəlirləri, müxtəlif vergilər­dən, aksizlər­dən, gömrük rüsumlarından, xarici dövlət­lər­dən və beynəl­xalq maliyyə təşkilatlarından alınan kredit, habelə qrant­lar­­dan, pul-şey lotereyaları satışın­dan daxil olmalardan, kreditlər üzrə faizlərdən və digər mənbələrdən formalaşır. Büdcənin xərcləri isə dövlət, hakimiyyət orqanları və ida­rə­­etmə aparatının saxlanılma­sı­na; ölkənin hərbi-müda­fiəsi və milli təhlükəsizliyinin qorunmasına; dövlət investisiya­la­rına, elmə, təhsilə, sə­hiy­yəyə, mədəniyyətə, incəsənətə, idmana, mənzil-kom­munal obyektlərinə; ekologiya və ət­raf mühitin qo­runmasına; əhalinin sosial müdafiəsi və tə­mi­natına; döv­lətin xarici borclarının ödənilməsinə, bey­nəl­xalq təşkilatlara üzvlük haqlarına; xarici ölkələrdəki səfir­liklərin, konsulluqların, müvafiq rəsmi qurumların, bəzi qeyri-dövlət təşkilatlarının fəaliyyət göstərməsinə yö­nəl­dilir.
Dünyanın müxtəlif ölkələrində əsas etibarilə ver­gilər hesabına formalaşan dövlət büdcəsinin gəlirləri, ümumi daxili məhsulun (ÜDM) 15-20 faizindən baş­la­yaraq, 45-55 faizinə qədər dəyişən bir rəqəm təşkil edir. Bu ölkənin ümumi iqtisadi-sosial inkişaf səviyyəsindən, vergi dərəcə­lə­­rindən, gömrük rüsumlarından və işin təşkili səviyyə­sin­dən asılıdır. Müasir dünya ölkələrinin təsərrüfat həyatı əsa­sən sərbəst bazar prinsipləri əsa­sında formalaşıb fəaliy­yət gös­tər­sə də, lakin həmin iqtisadi sistemin dövlət tənzimlən­mə­sinin alətləri (vasi­tə­ləri) sayılan büdcənin, vergilərin, pul-kredit münasi­bət­lərinin mərkəzləşdirilmiş qaydada və­sait­lərin top­lan­ması, bölüşdürülməsi, nəzarət olunması, istehsal-xidmət dairəsi üçün müəyyən stimullar yaratması və­zifələrindən geniş istifadə olunur.
Müstəqillik illərinə formalaşan Azərbaycan Res­pub­likasının dövlət büdcəsi, təşkilatı quruluşuna görə respub­lika (dövlət) büdcəsindən, Naxçıvan Respub­likasının döv­lət büdcəsindən və yerli (bələdiyyə, şəhər, rayon) büdcələ­rindən ibarətdir. Bu büdcələr öz maliyyə mənbələrinə, miq­­yas­larına, formalarına, istifadə mexa­niz­minə və təyi­nat­larına görə fərqlidirlər. Həmin müx­təlif büdcələr birlik­də Azərbaycan Respublikasının va­hid büdcə sistemini təşkil edir. Büdcə sistemi haq­qında Azərbaycan Respubli­ka­sının Qanunununda deyi­lir: “Büdcə dövlətin funksiyala­rını həyata keçirmək üçün mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradıl­ma­sı­nın və ondan istifadə olunmasının for­masıdır”. Mü­hüm dövlət sənədi olan büdcə, onun for­ma­laş­ması prosesi, həyata keçirilməsi gedişi, hökumətin ictimai – siyasi və iqtisadi – sosial siyasət xətti ilə bila­va­sitə, yaxud dolayı yollarla bağlıdır.
Ölkə iqtisadiyyatının dinamik yüksəlişi və milli iqti­sa­diyyatın beynəlxalq inteqrasiya proseslərində ge­niş­lənən iştirakı sayəsində, respublikanın dövlət büdcə­sinin ümumi həcmi sürətlə artaraq, XXI əsrin birinci onilliyində 15 milyard manat təşkil etmişdir. Dövlət büd­cəsi gəlirlərinin ölkənin ümumi daxili məhsulunda (ÜDM) xüsusi çəkisi son illərdə xeyli artaraq, 30 faizi ötür.
Tədricən, milli iqtisadiyyatın müxtəlif sahələrinə, xü­­susilə də qeyri-neft bölməsinə yönəldilən vəsaitin qu­ru­luşunda nisbət, büdcədən maliyyələşdirilən dövlət ka­pi­tal qoyuluşlarının hesabına artmaqdadır. Bu meyl, res­­publika­nın cari və perspektiv inkişafı yolunda mü­hüm addım kimi dövlət büdcəsi vəsaitlərindən daha sə­mərəli istifadə olun­masına xidmət edir.
Azərbaycan Respublikasının maliyyə sistemində döv­­lət büdcəsi ilə yanaşı, büdcədən kənar xüsusi məq­sədli fondlar (Dövlət Yol Fondu, Sahibkarlığa Kömək Milli Fondu, Təbiəti Mühafizə Ehtiyat Fondu, Əhalinin Sosial Təminat Fondu) fəaliyyət göstərirlər. Sosial – iqtisadi xa­rak­ter daşıyan bu fondlar, infrastruktur sahə­lərinin inkişa­fın­da və əhalinin sosial müdafiəsində mü­hüm rol oyna­yırlar.
Müasir mərhələdə milli iqtisadiyyatların büdcə sis­­te­minin tarazlaşdırılması prosesi 2 istiqamətdə apa­rı­lır: bi­rin­cisi, dövlət büdcəsi gəlirlərinin və xərclərinin tarazlaş­dırılması; ikincisi, büdcənin gəlir və xərclə­ri­nin bazar iqtisa­diy­yatının tələblərindən irəli gələn cə­hət­­lərə uyğun­laşdırılmasıdır. Bu istiqamətləri uğurla hə­yata keçirmək üçün aşağıdakı şərtlər gözlənilməlidir:
- büdcə proqnozları iqtisadi baxımdan əsaslan-dı­rılmalıdır;
- büdcə kəsiri ÜDM-un 3-4 faizini ötməməlidir;

  • büdcə kəsirinin xarici borc mənbələri hesa­bı­na ödənilməsi xətti məhdudlaşdırılmalıdır;

  • büdcə gəlirlərinin artmasına imkan yaradan is­teh­sal və xidmət dairələri obyektlərinin inkişafına daha ciddi diqqət yetir­mə­li­dir;

  • müəssisələrin öz borclarını qarşılıqlı hesablaş­ma­lar, bank kreditləri hesabına ödənişi əməliyyatları prosesi məhdudlaş­ma­lı­dır;

  • müflisləşmə Qanununun tələbləri məqsədyönlü şə­kildə tətbiq olunmalıdır;

  • qiymətli kağızlar bazarının formalaşıb geniş fəaliy­yət göstərməsinə əlverişli şərait yaradılmalıdır;

- hakimiyyət və idarəetmə orqanlarının quruluşunun (strukturunun) təkmilləş­di­rilməsi yolu ilə onlara sərf olu­nan büdcə xərcləri azal­dılmalıdır;
- sosial dairəyə və əhalinin real həyat səviyyəsinin yüksəldilməsinə büdcədən ayrılan xərclər artırılmalıdır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin