C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


VII FƏSİL. MALİYYƏ SİSTEMİ VƏ DÖVLƏT BÜDCƏSİ



Yüklə 2,89 Mb.
səhifə42/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   114
C fakepathelave vesait

VII FƏSİL. MALİYYƏ SİSTEMİ VƏ DÖVLƏT BÜDCƏSİ


7.1.Maliyyə sisteminin mahiyyəti və vəzifələri

Cəmiyyətin ictimai-siyasi, iqtisadi-sosial, mədə­ni-­mənəvi ehtiyaclarını ödəmək və onun gələcək qay­ğılarını uğurla həll etmək üçün, hər hansı bir dövlətin ilk növbədə maddi imkanları, maliyyə vəsaiti olmalıdır. Maliyyə ölkə­də pulun rolu və onunla bağlı formalaşan münasibətləri sə­ciy­yələndirən ümumiləşdirici iqtisadi kateqoriyadır. Döv­lətin maliyyə imkanları isə onun sə­rəncamında olan pul vəsaitləri və bu vəsaitlərin real miqdarı ilə ölçülür.


Bazar iqtisadiyyatı şəraitində cəmiyyətdə baş ve­rən iqtisadi əlaqələr və alqı-satqı əməliyyatları pul for­masında özünü göstərir. Bu münasibətlər isə dövlə­tin maliyyə sis­temi, pul-kredit sistemi, maliyyə siyasəti isə tənzim­lə­nir.
Maliyyə sistemi dedikdə, ölkənin pul vəsaitlə­rinin bölgüsü, yenidən bölgüsü və konkret istifadəsi ilə bağlı münasibətlər başa düşülür. Maliyyə ölkənin iqti­sa­diyya­tı­nın inkişafında, onun milli təhlükəsiz­li­yi­nin təmin edilmə­sində, əhalinin iqtisadi-sosial vəziyyə­tinin yaxşılaşdırıl­ma­sında çox mühüm rol oynayır. Maliyyə münasibətləri döv­lət­lə hüquqi və fiziki şəxslər arasında, hüquqi şəxslərin öz arasında, dövlətlə başqa dövlətlər arasında baş verir.
Maliyyə sistemi və ölkədə yeridilən maliyyə si­ya­səti iqtisadiyyatla sıx bağlı olmaqla yanaşı, eyni za­manda təsərrüfat həyatına güclü təsir göstərir. Pul vəsaitlərinin hərəkəti ilə bağlı olub, zəruri iqtisadi va­sitə və idarəetmə aləti sayılan maliyyə, istehsalın bü­tün mərhələləri ilə sıx əlaqədardır.
Maliyyə, cəmiyyətin normal yaşayıb dinamik inki­şaf etməsi üçün zəruri sayılan təkrar istehsal prose­sini həyata keçirməyin pul mənbəyidir. Bununla yanaşı maliy­yə geniş təkrar istehsal prosesində sahələr arası nisbətlərin formalaşmasında, iqtisadiyyatın üstünlük ve­ri­lən sahələri­nin lazım olan vəsaitlə təmin edil­mə­sin­də, milli gəlirin yı­ğımla istehlak fondu arasında optimal tarazlıq yaradıl­ma­sında böyük rol oynayır.
Müasir şəraitdə maliyyə sisteminə - müxtəlif müəs­sisə, idarə və təşkilatların maliyyəsi; dövlət maliy­yəsi; sı­ğorta maliyyəsi; kreditləşmə sisteminin maliy­yəsi daxildir. Maliyyə sisteminə bütövlükdə, bir tam halında tərif verər­kən qeyd olunur ki, bu sistem dövlə­tin və təsərrüfat sub­yekt­lə­rinin pul fondlarının yaran­ması, bölgüsü və istifa­dəsi ilə bağlı tətbiq olunan for­malar, metodlar toplusudur.
Maliyyənin mahiyyəti və məzmunu, onun həyata keçirdiyi vəzifə (funksiya), habelə tədbirlərdə özünü gös­tərir. Həmin vəzifələr aşağıdakılardır: ^
1   ...   38   39   40   41   42   43   44   45   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin