CəMİYYƏt və tarix ustad Şəhid Mütəhhəri


MAHİYYƏT BAXIMINDAN CƏMİYYƏTLƏRİN NECƏLİYİ



Yüklə 1,57 Mb.
səhifə14/68
tarix10.01.2022
ölçüsü1,57 Mb.
#109754
1   ...   10   11   12   13   14   15   16   17   ...   68

MAHİYYƏT BAXIMINDAN CƏMİYYƏTLƏRİN NECƏLİYİ


Bu məsələnin qoyuluşu da hər bir məktəb üçün vacibdir. Çünki məhz bu məsələnin araşdırılması ilə bütün insan cəmiyyətlərinin bir ideologiyaya tabe ola bilməsi, ya onların, cəmiyyətlərin sayına uyğun olmasının zəruriliyi və ya hər bir cəmiyyət və millətin özünəməxsus ideologiyaya sahib olması aydınlaşır. İdeologiyalar adətən cəmiyyətləri xoşbəxtlik və kamilliyə aparan yolların yekun mərhələsidir. Digər tərəfdən də bilirik ki, hər bir növün özünəməxsus kamillik və səadət proqramı vardır. Heç vaxt atın səadət və kamalı, qoyunun, yaxud insanın səadət və kamalı ilə eyni ola bilməz.

Deməli, əgər cəmiyyətlərin hamısı eyni mahiyyətə, eyni xüsusiyyətlərə və eyni zata malik olarlarsa, vahid ideologiyaya yiyələnmək ehtimalı çoxalır. Onların ixtilafı fərdi səviyyədə olur, hər bir ideologiya isə fərd və növlər səviyyəsində dəyişmək və islahat qabiliyyətinə malikdirlər. Amma əgər, cəmiyyətlər müxtəlif zat və xüsusiyyətlərə malik olsalar, təbii olaraq onlar müxtəlif ideya və planlara sahib olacaq və bu da, vahid ideologiyanın onları ümumi şəkildə əhatə etməsinə ya birləşdirməsinə imkan verməyəcək.

Cəmiyyətlərin dəyişilməsi haqda – müəyyən zaman çərçivəsində – misallar çoxdur. Görəsən, cəmiyyətlər öz dəyişmə proseslərində mahiyyətlərini də dəyişdirirlərmi və bununla da növlərin dəyişilməsi qaydası – cəmiyyətlər səviyyəsində – baş verirmiş, ya ictimai dəyişikliklər də daxil olmaqla onlar eyni növə aiddirlər və onun mahiyyət və xüsusiyyəti bütün islahatlara baxmayaraq olduğu kimi qalır?

Birinci məsələ cəmiyyətə, ikinci məsələ isə tarixə aiddir. Hal hazırda biz yalnız birinci məsələdən danışmaq istəyirik və ikinci məsələni, tarix bəhsinə saxlayırıq.

Sosiologiya elmi, «cəmiyyətlər arasında bir sıra müştərək zati və fitri xüsusiyyətlər var ya yox?» məsələsinə aid nəzər söyləyə bilər. Cəmiyyətlərin bir-biri ilə ixtilafları yalnız səthi və ikinci dərəcəli işlərdəndirmi – bu ikinci dərəcəli işlər cəmiyyətin fitrətindən xaricdədir – və cəmiyyətin zatına aid olan məsələlər müştərəkdirmi? Ya cəmiyyətlər fitri olaraq müxtəlifdirlər və hətta xarici şəraitləri eyni olmasına baxmayaraq, müxtəlif cür hərəkət edirlər?

Bu sualı araşdırmaq üçün ən yaxşı vasitə insanın özüdür. İnsanın müstəqil bir növ olduğu aydın məsələdir. Bioloji xüsusiyyətlərə əsasən, insan yarandığı andan heç bir dəyişikliyə məruz qalmayıb. Bəzi alimlərin fikrincə, təbiət canlıların təkamülünü insan mərhələsinə çatdırdıqdan sonra yolunu dəyişib öz təkamülünü bioloji mərhələdən ictimai mərhələyə keçirdir və bununla da o, bədən formasını dəyişməklə mənəviyyat və ruhun təkamülü istiqamətində hərəkətə başlayır. İnsanın ictimai olması barəsindəki bəhslərdə bu nəticəyə gəldik ki, insan öz fitrətinin hökmünə əsasən və öz xüsusiyyətlərinə uyğun olaraq ictimai bir varlıqdır. Yəni, insanın ictimai olması, cəmiyyət şəklində yaşaması və ictimai ruha malik olması onun zati xüsusiyyətlərindən irəli gəlir. İnsan növü özünün layiq olduğu kamilliyə çatmaq üçün – buna, onun həm istedadı, həm də bacarığı çatır – ictimaiyyətə və cəmiyyətə doğru meyl edir və bununla da ictimai ruhun yaranması üçün zəminə yaradır. İctimai ruh isə öz növbəsində insan növünü kamilliyə çatdırmaq üçün bir vasitədir. Deməli, insan fitrəti və növü ictimai ruhun istiqamətini təyin edir. Başqa sözlə desək, ictimai ruh da insan fitrətinin xidmətində durur. Fitri xüsusiyyətlər insan yaşadıqca öz fəaliyyətini davam etdirir və qeyd etdiyimiz kimi, ictimai ruhun əsaslandığı şey, fərdi ruh və insan fitrətidir. İnsan isə vahid növ olduğuna görə, öz cəmiyyətində yeganə mahiyyət, təbiət və zata malikdir.

Əlbəttə, bir fərdin bəzən öz fitri yolundan azması və formasını dəyişməsi mümkün olduğu kimi, cəmiyyətin də öz həqiqi istiqamətini dəyişməsi mümkündür. Cəmiyyətlərin çoxluğu və müxtəlifliyi eyni növə aid olan insanların əxlaq müxtəlifliyinə bənzəyir. Deməli cəmiyyətlər, mədəniyyət və ictimai ruhlar bir-birindən fərqlənmələrinə baxmayaraq, ümumilikdə insana bənzəyirlər və onlarda qeyri-insani bir mahiyyət yoxdur.

Bəli, əgər cəmiyyət haqqında söylənilən dördüncü nəzəriyyəni qəbul etsək və fərdləri boş qaba və qəbuledici maddələrə bənzətməsək və nəhayət, fitrəti danmasaq, cəmiyyətlərin növdən asılı olan müxtəliflik nəzəriyyəsini bəyan edə bilərik. Ancaq bu nəzəriyyə, Durkeymin söylədiyi formada heç cür qəbul oluna bilməz. Çünki, elə birinci cavabsız sual bu olacaq ki, əgər ictimai ruhun ilk özülü insanların yaşayış və təbii xüsusiyyətlərindən yaranmırsa, bəs haradan meydana gəlir? İctimai ruhu aydınlaşdırmaq üçün «insan yaranan anda, cəmiyyət də yaranıb» deməyimiz kifayət edərmi? Bundan əlavə, Durkeym özü də bu əqidədədir ki, ictimai proseslər, yəni cəmiyyətə aid olan işləri ictimai ruh yaradır. Məsələn, din, əxlaq, incəsənət və s. bütün cəmiyyətlərdə olub və olacaq da. Onun öz sözü ilə desək, qeyd olunan şeylər «zaman davamiyyətinə» və «məkan artımına» malikdirlər və bunun özü də, Durkeymin ictimai ruhun vahid mahiyyətə malik olmasını qəbul etməsinə bir sübutdur.

Dinin növ vahidliyini mütləq şəkildə qəbul edən islam təlimləri, şəriətlərin müxtəlifliyini mahiyyət ixtilafı deyil, ikinci dərəcəli ixtilaf sayır. Digər cəhətdən də bilirik ki, din fərdi və ictimai təkamül proqramının bir hissəsi deyil. Bütün bunlar onu aydınlaşdırır ki, bu təlimlərin əsası cəmiyyətlərin növcə eyni olması üzərində qurulub. Əgər, cəmiyyətlər müxtəlif növlü olsaydılar, kamillik hədəfləri, bu hədəfə çatmaq yolları və təbii olaraq dinlərin də mahiyyəti müxtəlif və çoxsaylı olardı. Qurani-kərim dinin bütün məntəqələrdə, cəmiyyət və zamanlarda yeganə olduğunu israrla bəyan edir. Quranın nəzərinə əsasən, dünyada dinlər deyil, vahid din mövcud olub. Peyğəmbərlərin hamısı insanları bir dinə, bir yola və yeganə məqsədə dəvət edirdilər:

«(Ya Peyğəmbər!) Allah: «Dini qoruyub saxlayın, ona düzgün riayət edin, dində ayrılığa düşməyin!» – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi.» (Şura-13).

Quranda, dinin bütün zamanlarda, bütün yerlərdə və bütün peyğəmbərlərin dilində yeganə olmasını və şəri ixtilafların fərqlərdən, kamillik səviyyəsindən asılı olduğunu sübut edən ayələr çoxdur. Dinin mahiyyətcə yeganə olması məntiqi, insanın vahid növ olması üzərində formalaşan dünyagörüşündən irəli gəlir. İnsan vahid növdən olduğuna görə, onun cəmiyyətləri də vahid növə malikdir.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin