Vergitutma obyekti Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün bütün gəlirlərlə həmin dövr üçün müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarətdir. Bu fərq vergiyə cəlb edilən gəlir adlanır.
Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.
Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentin vergiyə cəlb olunan gəliri Azərbaycan mənbələrindən daimi nüma-yəndəliklə bağlı əldə etdiyi ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkdiyi və gəlirdən çıxılan məbləğ arasındakı fərqə bərabərdir.
Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxı-lan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir.
Gəlir vergisinin dərəcəsi Fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı cədvəldəki dərəcələrlə vergi tutulur:
Cədvəl 9.1. Fiziki şəxslərin aylıq gəlirinin hesablanma qaydası108
Vergi tutulan aylıq gəlirin məbləği
Verginin məbləği
2500 manatadək
14 faiz
2500 manatdan çox olduqda
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
Fiziki şəxslərin muzdlu işlə əlaqədar aldıqları və vergi tutulmalı olan aylıq gəlirindən yuxarıda göstərilən dərəcələrlə ödənmə mənbəyində gəlir vergisi tutulur.
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir ver-gisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etmə-yən və ödəmə mənbəyində vergiyə cəlb olunan gəlirləri olan fiziki şəxslərə haqq ödəyən fərdi sahibkarlar yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödənmə mən-bəyində gəlir vergisi tutmalı və dövlət büdcəsinə ödəməlidirlər.
Fiziki şəxslərin illik gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:
Cədvəl 9.2. Fiziki şəxslərin illik gəlirinin hesablanma qaydası 109
Vergi tutulan illik gəlirin məbləği
Verginin məbləği
30000 manatadək
14 faiz
30000 manatdan çox olduqda
4200 manat +30000 manatdan çox olan məbləğin 25 faizi
Gəlir vergisi üçün hesabat dövrü təqvim ili sayılır.
Fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmə-ləri dövlət büdcəsinə ödəməlidirlər. Rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən, digər şəxslər isə hesabat ilindən sonrakı ilin matr ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Fiziki şəxsin gəlirləri haqqında bəyan-namə” verir və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödə-mələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.Vergi və cari vergi ödəməsi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddə-tindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu faiz cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.