Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN VERGİ SİSTEMİNİN ÜMUMİ PRİNSİPLƏRİ



Yüklə 0,73 Mb.
səhifə118/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   114   115   116   117   118   119   120   121   ...   171
DovletMaliyesiEnSonHali2015

8.16. İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN VERGİ SİSTEMİNİN ÜMUMİ PRİNSİPLƏRİ


Vergi ödəyənlər “sakinlər” və “qeyri-sakinlər” adı ilə iki yerə təsnif olunur. Sakinlər, ölkədə 6 aydan artıq yaşayan fiziki şəxslərdir, onlar bütün gəlirlərindən vergi ödəməlidirlər, qlobal masştabda vergi məsuliyyəti daşıyırlar.
Qeyri-sakinlər məhdud vergi məsuliyyəti daşıyır və yalnız həmin ölkədəkı gəlir mənbələrindən vergi ödəməlidirlər.
Vergi təyin edilməsi üçün vergi ödəyənin məcmu gəliri əsas götürülür (əmək haqqı, natura ilə ödəmələr).
Gəlir vergisi təyin edərkən məcmu gəlir, vergiyə cəlb edilən gəlirlə uyğun gəl-mir. Vergiyə cəlb edilən gəlirlərin məbləği güzəştlərə görə azalır (vergi tutulmayan minimum gəlir, peşə xərcləri, ailə və uşaqlara görə əlavə güzəştlər, sosial sığorta fondlarına ödəmələr balansına). Belə güzəştlər daha çox Fransa, Almaniya və Yaponiyadadır. İtaliyada məcmu gəlir vergiyə cəlb edilən gəlirə bərabədir, yəni, bu ölkədə güzəştlər yoxdur.
Məcmu gəlirdən vergi güzəştləri inkişaf etmiş ölkələrdə vergitutmanın bir nö-vüdür. Vergi güzəştləri olmayan İtaliyada bunun əvəzində başqa güzəşt nəzərdə tutulur: ailədəki uşaqların sayının artmasını, himayədə olanları və s. halları nəzərdə tutan güzəştlər.
Uşaqlara dövlət tərəfindən verilən birbaşa ödəmələrdən güzəştli vergi tutulur.
İşləyən ər-arvad, vergini birlikdə-ailənin məcmu gəlirindən, ya da ayrı-ayrı-lıqda ödəyə bilərlər.
İnkişaf etmiş ölkələrdə vergi sisteminin təkmilləşdirilməsi obyektiv amillərlə- istehsalat münasibətlərinin formalaşdırılması prosesinə dövlət müdaxiləsinin zəru-riliyi və vergi təyin edilməsinin sosial-iqtisadi sərhədləri ilə bağlıdır. Vergi siste-minin formalaşdırılmasında vergi gəlirlərinə olan tələbat və onları yığmaq imkan-ları arasındakı ziddiyyət əsas rol oynayır. İnkişaf etmiş ölkələrdə, bir tərəfdən dövlət xərclərini necə azaltmaq, bununla da vergi gəlirlərinə olan tələbatı saxla-maq, o biri tərəfdən isə, vergi sisteminin səmərəliliyini artırmaq yolları öyrənilir.
İnkişaf etmiş ölkələr ümumi vergi problemləri ilə qarşılaşırlar:

  • Müasir vergi sistemləri həm vergi ödəyənlər üçün, həm də vergi orqanları üçün mürəkkəbdir;

  • Şəxsi vergitutmalar çox vaxt ədalətli olmur – bəzən eyni gəlirlərdən müxtəlif məbləğdə vergi tutulur;

  • Yüksək vergilər iqtisadi qərarlara təsir edir, ona görə də vergi ödəyənlər gizli istehsala üstünlük verirlər;

İnvestisiyaların qoyulmasında iqtisadi səbəblər deyil, vergi səbəbləri rol oy-nayır. Məntiqə görə, dövlətin inkişafı üçün verginin artırılması gərəkdir, amma bəzi ölkələrdə verginin müvəqqəti olaraq dayandırılması və ya aşağı salınması hal-ları müşahidə olunur. Lakin, ümumiyyətlə, vergilər, gələcək inkişaf üçün istehsalata adekvativ olan maliyyə mənbəyidir.
Hazırda ölkəmizdə beynəlxalq standartlara uyğun, sivil vergi sistemi qurulsa da dünya ölkələrinin bu sahədəki təcrübələrinin təhlili və öyrənilməsi, mövcud ver-gi sistemlərinin müqayisəsi respublikamızda aparılan islahatları daha dəqiq qiymət-ləndirməyə əsas verir. İnkişaf etmiş dövlətlərin bir çoxu vergitutma sahəsində uzun tarixi yol keçmiş və hər biri özünəməxsus, səmərəli vergi sistemi formalaşdırmış-dır. ABŞ, Kanada, Yaponiya, eləcə də bir sıra digər ölkələrdə üç səviyyədə: fede-ral (dövlət), regional və yerli büdcələr təsdiq edilir102 və bu sistemə uyğun olaraq vergilər müəyyənləşdirilir. Güclü iqtisadi bazaya malik olan ABŞ, həm də sivil bazar münasibətlərinə uyğun çevik vergi sisteminə malikdir. İnkişaf etmiş Avropa ölkələrinin vergi sistemi də ABŞ-da olduğu kimi çoxşaxəli və müxtəlifdir.103

8.16.1. ABŞ Vergi Sistemi


Büdcə-vergi tənzimlənməsi hökumət tərəfindən iqtisadiyyatın böhranlı vaxtla-rında, yaxud iqtisadiyyatın inkişaf tempinin aşağı düşməsinin qarşısını almaq üçün tətbiq olunur.
ABŞ`ın maliyyə sistemi dövlət hakimiyyətinin üçpilləli sistemini əks etdirir. Buna müvafiq olaraq, ölkədə üç səviyyədə maliyyə strukturları fəaliyyət göstərir:

  • Federal büdcə;

  • Ştatların büdcəsi;

  • Yerli hakimiyyət orqanlarının büdcəsi.

Növbəti maliyyə ili üçün (1 oktyabrdan başlanır) federal büdcənin layihəsi bütün federal nazirlik və idarələrin iştirakı ilə adminstrativ-büdcə idarəsi tərəfin-dən hazırlanır və təqvim ilinin başlanğıcında Prezident tərəfindən, baxılmaq və yeni maliyyə ilinə qədər təsdiq olunmaq üçün konqresə təqdim edilir. İqtisadi tən-zimləmələr üçün federal büdcənin həm xərclər üçün nəzərdə tutulmuş hissəsindən, həm də gəlir hissəsindən istifadə edilə bilər. Xərclər hissəsi 20 büdcə kateqoriya-sına (milli müdafiə, beynəlxalq fəaliyyət, kənd təsərrüfatı, nəqliyyat, energetikanın inkişafı, səhiyyə, sosial sığorta və s.) ayrılır.
Federal xərclər ümumdövlət xərclərinin 60 faizini təşkil edir. Dövlət xərcləri-nin 40 faizi ştatlar və yerli hakimiyyət orqanları vasitəsi ilə xərclənir.
ABŞ`ın iqtisadi siyasətinin tərkib hissəsi olan yeni vergi məcəlləsi 1986-cı ildə qəbul olunmuşdur.
Yeni vergi qanununun məqsədi federal vergitutma sistemini sadələşdirmək, ədalətli vergilər müəyyənləşdirmək və bunun vasitəsilə ölkədə iqtisadi yüksəliş tempini sürətləndirməkdir.
Yeni qanun fərdi gəlir vergisinin yalnız iki stavkasını nəzərdə tutur: 15 və 28 faiz, korporasiyalardan tutulan gəlir vergisi də 34 faizə endirilmişdir. Bir çox vergi güzəştləri ləğv edilmişdir.
ABŞ gəlir vergisi ödəyiciləri bəyannaməyə əsasən dörd ayrıayrı kateqoriyaya ayrılmaqdadır. Bəyan ödəyicinin yaşa, mədəni hala və şəxsi xüsusiyyətlərə görə də-yişdiyi (Ayırma İlkesi) ölkədə vergiyə cəlb olunan gəlir müəyyən edilərkən, ilkin olaraq hansı gəlirlərin vergiyə cəlb ediləcəyinin müəyyən edilməsi vacibdir. Vergi ödəyiciləri vergiyə cəlb edilən gəlirlərini bəyan edərkən əvvəldən qanunvericiliklə müəyyən edilmiş məcmu gəlirlərindən güzəştlər məbləğini endirməkdədirlər. Bu məbləğ, müəyyənləşdirilmiş məcmu gəlirin müəyyən bir miqdarı aşması durumunda aşa bilməyərək azaldılmaqda və sıfırlanmaqdadır. Güzəşt məbləği, ödəyicinin subay olması durumunda özü üçün; evli və ortaq bəyanda özü və yoldaşı üçün ayrı - ayrı hesab edilməkdədir.104
Mədaxil vergilərinə aşağıdakı müxtəlifliklər edilmişdir:

  • Maksimum vergi stavkası 46 faizdən 34 faizə, minimum stavka 20 faizdən 15 faizə endirilmişdir. İldə 75 min dollara qədər gəliri olan kiçik biznes müəssi-sələrinə bəzi güzəştlər verilir;

  • Aksiyaların müştərək sahibləri olan korporasiyalar arasındakı hesablaşmalara görə dividendlərin yekun məbləğinin gəlirə daxil olan hissəsindən tutulan vergi 85 faizdən 80 faizə endirilmişdir;

  • Əlavə gəlirlərin müəyyən edilməsinə, bölünməmiş mənfəətdən itkilərə və ya-rarsız əmək vasitələrinin hesabdan silinməsi üçün onların uçota alınması yol-larına yenidən baxılır;

  • Aktivlərin bazar qiymətinin artması nəticəsində baş verən kapital artımı gə-lirindən tutulan vergi stavkaları dəyişdirilmişdir.;

  • Ammortizasiya silinmələrinin müddəti uzadılmışdır və s.

Yeni qanuna görə, vergiyə cəlb olunan ümumi gəlirin həcmindən asılı olma-yaraq, 50 min dollar gəlirdən 15 faiz, hər sonrakı 25 min dollardan 25 faiz, 75 min dollardan yuxarı olan gəlirlərdən 34 faiz vergi tutulur. Korporasiya gəlirlərinin 85 faizinə ən yüksək stavkada vergi qoyulur. 100 min dollardan 335 min dollara qədər olan gəlirlərdən 5 faiz əlavə gəlir tutulur.

8.16.2. Yaponiya vergi sistemi


1989-cu ildə Yaponiyada yeni vergi sistemi tətbiq olunandan sonra birbaşa vergilər azalmış, dolayı vergilər çoxalmışdır.
Yaponiyada vergi islahatları nəticəsində əlavə dəyər vergisini xatırladan vergi növü – dolayı yolla tutulan istehlak vergisi tətbiq olunmuşdur. Bu vergi, praktiki olaraq, ilk dəfə Yaponiyada tətbiq edilmişdir.
Yaponiyada hüquqi şəxslərdən gəlir vergisi və ya korporasiya vergisi kompa-niyanın xalis gəlirindən tutulur. Kompaniyanın gəliri iki hissədən ibarət ola bilər: bölünən və bölünməz. Yaponiyada bu vergi növləri vardır:
Kompaniya səviyyəsində müxtəlif stavkalarla tutulan gəlir vergisi; bu zaman bölünən gəlirdən nisbətən aşağı stavka ilə vergi tutulur.
Səhmdarlar səviyyəsində, bölünən gəlirdən korporasiya vergisinin tutulub-tutulmamasından asılı olmayaraq, dividendlər vergidən nisbətən azad edilir.
Yaponiyada korporasiyadan tutulan gəlir vergisi bölünən gəlirin 42 faizini təş-kil edir. 1990-cı ildən bəri ümummilli korporasiya vergilərinin stavkaları aşağı düşmüşdür. Gəliri 8 milyon yendən aşağı olan kiçik və orta müəssisələr üçün ver-ginin güzəşt stavkası tətbiq edilir.

8.16.3. Avropa Birliyində vergi sistemi


Avstriya gəlir vergisi qanununda, gəlir kateqoriyaları: əkin və meşəçilik, ticari qazanclar, əmək haqqı gəlirləri, sərmayə qazancları, kirayə gəlirləri və digər gəlir-lər olaraq sayılmışdır.
Danimarka gəlir vergisi qanunu, vergiləndiriləcək gəlir növlərini tək-tək saymamış, vergi mövzusunu vergi borclularının pul və pul ilə ifadə edilə bilən hər növ qazancları olduğunu müəyyən etmişdir. Qanunda gösdərilməsə də Danimarka gəlir vergisi sistemi üç gəlir kateqoriyasını əsas alarak gəliri qavramaqdadır. Bun-lar: şəxsin sərmayə qazancları xaricindəki hər növ gəliri, sərmayədən əldə edilən gəlirlər ilə Danimarka şirkətlərindən əldə edilən mənfəət payları, hissə sənədlərinin satışından və dövlət investisiya qurumlarından əldə edilən gəlirlərdir.
Finlandiyada, bir qayda olaraq, Danimarkadakı sistemə bənzər bir şəkildə şəxs-lərin pul və pul ilə ifadə edilə bilən hər növ gəliri gəlir vergisinin mövzusu olaraq bildirilir. Sərmayə qazancları digər gəlirlərdən ayrı olaraq birbaşa tarif ilə vergi-ləndirilir.
Belçika gəlir vergisi qanunu vergiyə cəlb edilən gəlirləri dörd kateqoriyada ələ almışdır. Bunlar: daşınmaz sərmayə iradları, daşınan sərmayə iradları, əmək haq-ları və müxtəlif gəlirlərdir.
Fransa gəlir vergisi sistemində gəlirin tanımı edilməmişdir. Ancaq, vergiləndi-riləcək gəlir, şəxsin müxtəlif gəlir kateqoriyalarından əldə etdiyi məbləğlərin məcmuından ibarət olmaqdadır. Bu gəlir kateqoriyaları: daşınmaz sərmayə iradları, ticari qazanclar, kənd təsərrüfatı qazancları, ticari olmayan sərbəst peşə qismindəki (məsələn, vəkil və həkim xidmətləri kimi ) qazanclar, əmək haqqları, daşınan sərmayə iradları və müəyyən sərmayə qazanclarıdır.
İspaniya gəlir vergisi sistemində gəlir, əmək haqqı gəlirləri, daşınan sərmayə iradı, ticari qazanc, əmsal gəliri və mali şəffaflıq (fiscal transparency) əsasına görə fəaliyyət göstərən təşkilatlardan əldə edilən gəlirlərdən ibarət olmaqdadır.
İsveç gəlir vergisi sistemində gəlirin tanımına yer verilməmişdir. Qayda olaraq, ən geniş anlamı ilə, şəxslərin bir təqvim ili içərisində əldə etdikləri pul və pul ilə ifadə edilə bilən hər növ gəlir, gəlir vergisinin mövzusunu ortaya qoymaqdadır. İsveç gəlir vergisi, gəlir növlərini fərqli vergiləndirə bilmək üçün əldə edilən gəliri üç kateqoriyada incələmişdir: Əmək haqqı, ticari qazanc və sərmayə iradları.
Lüksemburq gəlir vergisi, bir təqvim ilində əldə edilən pul və pul ilə ifadə edilə bilən hər növ gəliri anlatmaqdadır. Gəlir: ticari qazanc, kənd təsərrüfatı qazancı, sərbəst peşə qazancı, əmək haqqı, pensiya və düzənli ödəmələr, daşınan sərmayə iradı ilə müxtəlif gəlirlərdən ibarət olmaqdadır.
Portuqaliya gəlir vergisi qanunu, gəlir vergisinin mövzusunu meydana gətirən gəlir növlərini tək-tək sayaraq müəyyən etmişdir. Buna görə əmək haqqı, sərbəst peşə qazancı, ticari qazanc, kənd təsərrüfatı qazancı, yatırım qazancları, daşınmaz sərmayə iradları, daşınan sərmayə iradları, pensiya və digər gəlirlərdir. 105
Almaniyada vergilər ölkə iqtisadiyyatının inkişafı üçün dövlətin əlində əsas vasitədir və büdcədə yüksək yer tutur. Bir qayda olaraq, büdcə gəlirinin 80 faizini vergilər təşkil edir. Büdcənin gəlir mənbələrini təyin et-mək üçün “Vergi tarifləri üzrə işçi qrup” federasiyanın büdcə layihəsini hazırlayır. Qrupun tərkibinə federasiya, torpaq və icma ekspertləri daxil olur. Qrup, ümumi iqtisadi inkişaf proqnozlarını nəzərə alaraq, vergi daxilolmalarını müəyyənləşdirir. Məhz buradan Maliyyə Nazirliyinin böyük planlaşdırma işi başlayır. Torpaq və icma gəlirləri üçün müəyyən ərazidə adambaşına düşən gəlir büdcə layihəsinin tərtibində əsas götürülür. Yüksək gəlirli torpaqlar balansına az rentabelli torpaqlara investisiya qoyulur.
Almaniyada gəlir vergisi birbaşa vergilərdən olub, fiziki şəxslərdən tutulur. Bu vergi əmək haqqından, muzdla işləyən şəxslərdən, qonorar və kapitaldan, bank əmanətlərinin faizindən, kirayə və fərdi əmək fəaliyyətindən gələn gəlirlərdən tutulur.
Brüt maaş vergiləndirilir. Vergi dərəcəsi maaş miqdarına bağlıdır (artan miq-darda vergi). Digər tərəfdən, mədəni duruma bağlı olaraq birdən altıya qədər (I–VI) vergi sinifləndirilməsi edilir. Vergi sinifi subay və ya evli durumda olmaya, uşaq sahibi olmaya və ya ‘ikiqat qazanca’ görə müəyyən edilir. Əgər ər-arvadın hər ikisinin də qazancları vergiyə cəlb edilirsə, vergi sinifləndirməsindəki bəzi birləşimlər yararlı olabilər.106
Subaylar üçün gəlirin minimum həddi 4752 marka, evlilər üçün 9504 marka olsa, vergi tutulur. 4753 markadan 18056 markaya qədər olan gəlirlərdən 22 faiz vergi tutulur. Bu, ən aşağı stavkadır. 18056-36071 markadan 130031-260063 mar-kaya qədər gəliri olan subay və evlilərdən 22-56 faiz arasında vergi tutulur. Bu məbləğdən yuxarı gəlirlər üçün 56 faiz vergi tutulur.
Müəssisələrin bütün hesabları maliyyə orqanları ilə razılaşdırılmış proqram əsasında EHM-ə verilir.
Verginin həcmi onu ödəyənin deklarasiyası ilə tutuşdurulur və vergi bildirişi ilə təsdiq olunur.
Əmək haqqına vergi təyin olunarkən “vergi dərəcələri”ndən, “vergi kartları”n-dan və “vergi cədvəlləri”ndən istifadə olunur.
Fəhlə və qulluqçuların ailə vəziyyətindən asılı olaraq (ər və arvadın gəlirlərinin ayrıca hesablanması, uşaqların sayı və s.) 6 vergi dərəcəsi müəyyən edilmişdir.
Birinci dərəcəyə uşaqsız, subay fəhlələr, dul və boşanmış işçilər aiddir.
İkinci dərəcəyə subay, boşanmış və dul, amma öhdəsində bir uşaq olan, ailə büdcəsi üçün ildə 4752 marka hesablanandan sonra vergi tutulan işçilər daxildir.
Üçüncü dərəcəyə, ailədə ər və arvaddan yalnız biri işləyən işçilər daxildir.
Dördüncü dərəcə ər və arvadın hər ikisinin işləməsini, onlardan ayrı-ayrılıqda vergi tutulan halları nəzərdə tutur.
Beşinci dərəcəyə evli işçilər, hər ikisi işləyən ər və arvad, ər və arvaddan biri üçüncü dərəcəyə daxil edilən hallar aiddir.
Altıncı dərəcəyə bir neçə yerdə işləyən işçilər daxildir.
Vergi cədvəlləri həm vergi dərəcələrini, həm də ailədə olan uşaqları, onların kimin öhdəsində olmasını, ailə gəlirlərinin birlikdə və ya ayrıca hesablanmasını nəzərdə tutur. Vergi cədvəllərində vergidən azad edilmiş gəlirlər də göstərilir.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin