Artırma yolu ilə iqtisadiyyata müdaxilə edilməsi. Bu yolun mahiyyəti ondan ibarətdir ki, dolayı və ya bir başqa vergilər bütövlükdə artırılıb - azaldılmır, dolayı və birbaşa vergilərin bir qismi azaldılaraq və ya artırılaraq iqtisadiyyata müdaxilə olunur. İndi vergi sistemində ayırma, fərqləndirmə siyasətindən istifadə olunması çox geniş yayılmışdır. Yəni dövlət hansısa məhsula və ya istehsal sahəsinə təsir etmək məqsədilə müvafiq vergi növünü artırır və ya azaldır.
Yenidən bölgü yolu ilə iqtisadi və sosial həyata müdaxilə edilməsi. Bu müda-xilə, dövlətin daha yüksək gəlirləri vergi yolu ilə ələ gətirmək, aşağı gəlirlilərə maliyyə yardımları göstərmək, subsidiyalar və ya eyni yardımlarla müdaxilə etmək yolu ilə həyata keçirilir. Bu müdaxilədə yüksək gəlirlilərin səmərəli şəkildə istifadə edə bilmədikləri vasitələr onların əlindən alınaraq, dövlət xərcləri yolu ilə səmərəli şəkildə istifadə olunur.
Ümumiyyətlə, vergilərin ödənilməsinin üç əsas vasitəsi var:
1. deklarasiya üzrə vergilərin ödənilməsi;
2. gəlir mənbəyindən verginin ödənilməsi;
3. verginin ödənilməsinin kadastr vasitəsi.
8.15. VERGİ NƏZARƏTİ VƏ VERGİDƏN YAYINMA HALLARINA QARŞI DÖVLƏT TƏDBİRLƏRİ
Vergi nəzarəti və onun formalarına aşağıdakılar daxildir:
- Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir;
- Vergi nəzarətini nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiy-yəti orqanları həyata keçirirlər;
- Vergi nəzarəti vergi və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səla-hiyyətləri hədlərində qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir;
- Vergi oqranları nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uço-tunu aparmaqla, uçot və hesabat mə’lumatlarını yoxlamaqla, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan bina-lara baxış keçirməklə və digər formalarda həyata keçirirlər.
Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət problemi aktual problem olmaqla həm hüquqşunaslar, həm də iqtisadçılar tərəfindən tədqiq edilir. Hüquqi məsuliyyət vergi qanunvericiliyinin pozulması hallarını aradan qaldırmağa, vergi münasibətləri subyektlərinin vergi qanunlarına riayət etmələrini stimullaşdır-mağa yönəldilmişdir.
Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət aşağıdakı hallar-da baş verir:
vergi sahəsində pozuntulara cavab olaraq dövlət tərəfindən tədbirlər görüldükdə;
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin aşağıdakı xüsusiyyət-lərini qeyd etmək olar:
Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət müxtəlif hüquq normalarının pozulması ilə əlaqədardır. Bunlar büdcəyə bu və ya digər ödəmələrin düzgün və vaxtında edilməməsi ilə bağlıdır;
Vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyət obyektləri kimi vergi ödəyiciləri, vergilərin ödənilməsində iştirak edən şəxslər (burada vergi müfət-tişləri, vergi köçürmələri ilə məşğul olan banklar və digər təşkilatlar nəzərdə tutu-lur), uyğun vergi orqanları və onların rəhbərləri, bir sözlə, həm hüquqi, həm də fizi-ki şəxslər çıxış edir;
Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən sanksiyalar əsasən əm-lak xarakterli olur. Lakin bəzi hallarda bu, cinayət (yəni iqtisadi cinayət) məsuliy-yəti ilə də nəticələnə bilər;
Vergi qanunvericiliyini pozan şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə hüquqi məsuliyyətə dövlət vergi orqanları, qanunla qəbul edildiyi şəraitdə gömrük orqanları cəlb edirlər. Əgər lazım olarsa, məsuliyyətə cəlb etmə məhkəmə xarakterli də ola bilər.
Yuxarıda deyilənləri və Azərbaycan Respublikası vergi qanunvericiliyinin əsasnaməsini nəzərə alaraq, vergi qanunvericiliyinin pozulmasına görə aşağıdakı məsuliyyət növlərini göstərmək olar:
Vergi qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət;
Vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyəti;
Vergi qanunvericiliyinin pozulmasına görə maddi və inzibati məsuliyyət.
Vergi qanunvericiliyinin pozulmasına görə şəxslərin inzibati cinayət və maddi məsuliyyətini nəzərə alan Azərbaycan Respublikasının aşağıdakı qanunverici akt sistemi mövcuddur: