1. Real xərclərin təsirləri Dövlət sektorunun reallaşdırdığı bu növ xərclər: müdafiə silahları, kompüterlər, nəqliyyat vasitələri kimi konkret mallar üçün reallaşdırılmış xərclər ola bildiyi kimi təhlükəsizlik, təhsil, poçtamt, nəqliyyat kimi dövlət şöbələrində işləyənlər tərəfindən təqdim olunan xidmətlərə çəkilən xərclər də ola bilər. Yenə Türk büdcə terminləri ilə ifadə etsək: faydası edildiyi dövrdə görünən cari xərclər şəklində ola bildiyi kimi, faydası edildiyi dövrdən sonra görünən investisiya xərcləri şəklində də ola bilər.
Dövlət sektorunun reallaşdırdığı bu xərclər üçün yaranan mal və xidmət tələbi, milli istehsal həcmi üzərində təsirli olmaqdadır. Dövlət xərcləri mövcud istehsal resurslarına və ya istehsal resurslarının istifadə edildiyi məhsullara tələbi artırdı-ğından, tam işsizlik halında özəl sektor mal və xidmət birləşmələrinə təsir edə bilə-cəyi kimi, özəl sektorun yerinə keçərək onun kənarlaşdırılmasına (crowding-out) da səbəb ola bilər. Dövlət xərclərində istehsal resursları yerinə məhsul tələbi olarsa, özəl sektor istehsal fəaliyyətlərini bu tələb yönündə reallaşdıraraq mal və xidmət istehsalı miqdarının yönünü dəyişdirəcəkdir. Lakin dövlət xərclərində tam işsizlik halında istehsal resursları tələbi varsa, özəl sektor tərəfindən işlədilən istehsal resursları dövlət tərəfindən istifadə olunacağından, dövlət sektoru özəl sektorun yerini alacaqdır. Beləliklə, özəl sektorun istehsal miqdarında bir azalma olarkən döv-lətin istehsal etdiyi mal və xidmət istehsalında bir artım olacaqdır.
Dövlət xərclərindəki bu artım əskik işsizlik vəziyyətində reallaşdığında, istifa-də edilməyən istehsal resurslarının istifadə edilməsinə səbəb olacaqdır. Bu yeni məşğulluq hadisəsi istifadə edilə bilən gəlir səviyyəsini artırmağın yanında istehlak-investisiya-milli gəlirdə olan artımların reallaşmasına səbəb olmaqdadır. Beləliklə, başlanğıcdakı dövlət xərclərinə görə milli gəlirdə daha yüksək artımlar reallaşmaq-dadır. Bu hadisəyə “multiplikasiya” mexanizmi deyilir. Yəni dövlət xərclərindəki artım nəticəsində milli gəlirin bu xərclərin neçə qat artacağını göstərən əmsala dövlət xərcləri vuruğu deyilməkdədir. Bu deyim: