Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə129/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   125   126   127   128   129   130   131   132   ...   171
DovletMaliyesiEnSonHali2015

9.4. AKSİZ VERGİSİ


Aksiz – aksizli malların satış qiymətinə daxil edilən vergidir.
Vergi ödəyiciləri
Azərbaycan Respublikası ərazisində aksizli malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr və fiziki şəxslər aksizin ödəyiciləridir.
Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri aksizin ödəyiciləridir.
Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.
Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması, idxal mallar üçün isə aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması vergitutma obyekti sayılır.
İstehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.
Aksizdən azadolmalar
Aşağıdakılar aksizdən azad edilir:

  • fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkaqollu içkinin və 3 blok siqaretin id-xalı, həmçinin Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş bakındakı yanacaq;

  • respublika ərazisindən tranzitlə daşınan mallar;

  • təkrar ixrac üçün nəzərdə tutulan mallar istisna edilməklə, malların respublika ərazisinə müvəqqəti idxalı;

  • təkrar ixrac üçün nəzərdə tutulan mallar və girovla təminat verilən mallar.

Aksizli malların siyahısı və vergi dərəcələri113
Aksizli mallar aşağıdakılardır:

Azərbaycan Respublikasına idxal edilən aksizli mallara tətbiq olunan aksizlərin dərəcələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içki-lərə və tütün məmulatlarına aşağıdakı aksiz dərəcələri tətbiq edilir:

  • içməli spirt (o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırıl-mamış etil spirti; tərkibində 80 %- dən az spirt olan denaturlaşdırılmamış etil spirti) - hər litrinə 0.8 manat;

  • araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 0.5 manat;

  • konyak və konyak materialları - hər litrinə 0.2 manat;

  • şampan şərabı - hər litrinə 0.2 manat;

  • şərablar və şərab materialları - hər litrinə 1 manat;

  • pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər – hər litrinə 0.08 manat;

  • bütün növ tütün məmulatları – 12.5 faiz;

Minik avtomobilləri

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin