Real xərcləmə və transfer xərcləməsi təsnifləndirməsi Analitik təsnifləndirmə əvvəlində dövlət xərclərinin iqtisadi təsnifləndirməsi-nin əsasını, müəyyən bir dövrdəki dövlət xərcləri ilə o dövrün istehsalı arasındakı əlaqə meydana gətirməkdədir. Dövlət maliyyəsində bu əlaqə nəzərə alınaraq, real xərclər-transfer xərcləri, cari xərclər-investisiya xərcləri, məhsuldar xərclər-səmə-rəsiz xərclər kimi müxtəlif təsnifləndirmələr edilmişdir. Real xərcləmə-transfer xərcləməsi ayrı-seçkiliyinin banisi A. C. Pigou olmuşdur. Müxtəlif mü-təfəkkirlərin təsiri ilə təsnifləndirmə olduqca açığa çıxarılmış və bu təsnifləndirmə içindəki real dövlət xərclərinin cari və investisiya xərcləməsi olaraq ikiyə ayrılması çox istifadə edilən bir üsul olmuşdur. Real dövlət xərcləri, cari xərclər və inves-tisiya xərcləri olaraq ikiyə ayrılınca, dövlət xərclərinin iqtisadi təsnifatında cari xərclər, investisiya xərcləri və transfer xərcləri formasında bir ayrı-seçkilik söz mövzusu olmaqdadır.
Real xərclər, ümumi tələbin bir elementini meydana gətirən və bu xüsusiyyəti ilə cari dövr istehsalı, ya da qiymət səviyyəsinə təsir edən xərclərdir. Bu xərclər, əsas olaraq, cari istehsaldan dövlətin bir pay ala bilmək üçün ödədiyi qiymət xüsu-siyyətini daşıyır. Haqqında danışdışığımız xərclər dövlətin ictimai ehtiyaclarını qarşılaya bilmək və öhdəsindəki vəzifələri yerinə yetirə bilmək üçün satın aldığı mal və xidmətlərin son istifadə məqsədi nə olursa-olsun ələ alınan dövr istehsalından götürdüyü bir paydır. Bu səbəblə bunu təmin edən xərclərə Real xərclər deyilir. Real dövlət xərclərinin cari xərclər və investisiya xərcləri olaraq iki qrupda toplanmağının, çox istifadə edilən bir ayrı-seçkilik olduğuna daha əvvəl toxunmuşduq.
Dövlət investisiya xərcləri, iqtisadiyyatın istehsal gücünü doğrudan artırmağa istiqamətli olan xərclərdir. Gələcək dövrlərə qalıcı varlıqlara edilən xərclər, inves-tisiya xərcləri xüsusiyyətində olub, sərmayə mallarına əlavələr, ya da anbar inves-tisiya məqsədi ilə edilən xərclərdir. Cari xərclər anlayışına isə qısa dövrdə doğru-dan, istehsalı artırıcı təsiri söz mövzusu olmaya bilən və faydası bir dövrlə məhdud sayıla biləcək xərclər girər. Bu xərclər mövcud olan istehsal tutumunu istifadə etmək üçün lazımi mal və xidmətlər üçün edilir. Bəzi dövlət xərclərinin təsir və faydaları eyni dövrdə yox olmadığı, gələcək dövrlərə də saxlanılmaqdadır. Başqa sözlə, ölkənin istehsal gücünə təsiri göstərməyəcək qədər açıq olan və bu xüsusiy-yətləri daşıyan təhsil və səhiyyə xərcləmələrinə “inkişaf cariləri” adı verilməkdədir.
Transfer xərcləri, cari dövr istehsalına qazanc dövlət tərəfindən doğrudan bir tələb yaratmamaqla birlikdə, bəzi qaynaqların, dövlət büdcəsi vasitəsilə şəxslər və təşkilatlararası qarşılıqsız əl dəyişdirməsi xüsusiyyəti daşıyan dövlət xərcləridir. H. Brochier və P. Tabatoni, transfer xərclərini, milli gəlirdə bir müxtəliflik yaratma-yan və yalnız satın alma gücünün fərdlər və ictimai qruplar arasında əl dəyişdir-məsinə səbəb olan xərclər olaraq təyin etməkdədirlər. Bu şərh formasından transfer xərclərinin ümumi tələbi, başqa sözlə, cari istehsala heç bir şəkildə təsir etməyəcəyi mənasını çıxarmamaq lazımdır. İfadə olunmaq istənən, bu cür bir istehsal əlaqəsinin ilk mərhələdə birbaşa ortaya çıxmadığı, lakin daha sonra satın alma gücünün əl dəyişdirməsinə bağlı olaraq ortaya çıxmasıdır. Real xərclərdə dövlət, mal və xidmət formasında olmaq üzrə bir qarşılıq əldə etməkdədir. Halbuki transfer xərclərinin belə bir qismində, ödəmənin edildiyi fərd və təşkilatlar tərəfindən dövlətə bir xidmət edilməsi və ya bir mal təslimi söz mövzusu olmamaqdadır. Bu xərclər, dövlətin, ümumiyyətlə fərd və təşkilatlardan bir qarşılıq gözləmədən etdiyi xərclərdir.
Bunun yanında transfer qəbul edilən digər bir qrup xərcləmə isə qarşılıqsız deyil. Bu cür transfer xərcləri qarşılığında dövlət bir qisim sərmayə malları ilə fərd və təşkilatlardan dövlətə qarşı xidmət öhdəçilikləri (məcburi xidmət qarşılığı tə-qaüdlər, başa-başın altında təhvil-ixrac şərtləri kimi) əldə edər. Bunlar hissə sənədi, istiqraz kimi maliyyə sərmayə ola biləcəyi kimi, bina, ərazi kimi real sərmayə də ola bilərlər. Bu vəziyyətdə bu cür transfer xərclərini real xərclərdən ayıran xüsu-siyyət, xərcləmənin qarşılığı olan dəyərlərin cari dövrdə çıxarılmamış olmalarıdır. Daşınmaz əmlak əhatəsinə girən ərazi yenidən çıxarıla bilməyəcəyinə görə, bu cür alımlar üçün edilən dövlət xərclərinin bütünü "sərmayə təşkili üçün transfer xərclə-məsi " xüsusiyyətindədir. Bina və strukturlar üçün istehsal ili, əlaqədar xərclərin bir dövlət investisiyası, yoxsa investisiya təşkili üçün transfer xərcləməsimi olduğu müəyyənləşdirəcəkdir. Məsələn, dövlətin satın aldığı bina, daha əvvəlki illərdə ta-mamlanmış isə edilən xərcləmə sərmayə təşkili xüsusiyyətindəki bir transfer xərcləməsidir.
Real xərcləmələr içərisində doğrudan istehsal tutumunu artırıcı təsiri olmayan və bu cür xidmətlərə yönəlməyən və faydası bir dövrlə məhdud sayıla biləcək xərcləmələr (personal xərcləri, ezamiyyət xərcləri, istehlak malları və vəsait alışları kimi) cari xərcləmə olaraq qəbul edilməkdədir.
Real xərcləmələr içərisindən iqtisadi istehsal gücünü birbaşa artırmağa istiqa-mətli və gələcək dövrlərə qalıcı varlıqlara edilən xərcləmələr də (dərs-proyekt xərc-ləri, quruluş təsis və böyük təmir xərcləri, maşın təchizat və nəqliyyat vasitəsi alış-ları) investisiya xərcləmələri olaraq xarakterizə edilməkdədir.
Transfer xərcləmələri, ictimailəşdirmə və bina satın alışları, təşkilatlara qatılma payları və sərmayə təşkilləri, iqtisadi transferlər, maliyyə transferləri, ictimai trans-ferlər və borc ödəmələri xərcləmə qələmlərindən meydana gəlməkdədir.
5.3. Dövlətin böyüklüyünün ölçülməsi
Dövlətin böyüklüyü və dövlət xərcləmələrinin böyüklüyü mövzusu, bazar me-xanizmi yerinə, siyasi qərarlarla nə ölçüdə ictimai sektora mal və xidmət çıxara biləcəyinin araşdırılması mənasını verməkdədir. Real dövlət xərcləmələri, yalnız siyasi qərarlara bağlı qaynaq bölgüsünü deyil, eyni zamanda, cari dövrün ümumi istehsalından dövlət sektorunun istədiyi payı da təyin etməkdədir. Bir qədər əvvəlki modulda da toxunulduğu üzrə, transfer xərcləmələri eyni qiymətləndirməyə tabe tutula bilməz.
Bunlardan dövlətin sərmayə malları əldə etməsini təmin edənlər, cari dövrdəki istehsala olmasa dı keçmiş dövrlərin istehsalına qarşı dövlətin tələbi mənasını verən və nəticədə dövlət sektorunun sərvətinin artımına gətirib çıxaranlar fərqli qiymətləndirilməlidir. Bu xüsusiyyəti ilə sərmayə təşkili üçün edilən xərcləmələr, dövlət və xüsusi sektor arasındakı qaynaq bölgüsü baxımından, real xərclə-mələrdən fərqli deyil. Halbuki, xatırlanacağı üzrə transfer xərcləmələrində, dövlət tərəfindən edilən xərclər qarşılığı hər hansı bir mal və xidmətin satın alınması söz mövzusu deyil. Bu istiqamət ilə qarşılıqsız transfer xərcləmələri, dövlət sekto-runun birbaşa istehsalla əlaqəli bir tələbini göstərməz. Ancaq, qarşılıqsız transfer xərcləmələrinin də siyasi qərar nəticəsi şəxslərə keçdiyini unutmamaq lazımdır.
Dövlət xərcləmələrinin rəqəm olaraq böyüklüyü, başqa böyüklüklərlə, məsələn iqtisadiyyatın bütünü ilə müqayisə edilmədiyi müddətcə mənasızdır. Cəmi xərc-ləmələr artarkən, fərdi gəlir, qiymətlər, əhali kimi digər böyüklüklər də artıq ola bi-lər. Dövlət xərcləmələrinin rəqəm artımından çox, müqayisə edildiyi böyüklüklərə nisbətlə artıb-artmadığı əhəmiyyətlidir. Dövlət sektorunun nisbi böyüklüyü ümu-miyyətlə ümumi milli məhsuldakı yeri ilə müqayisə edilərək ölçülür.
Dövlət xərcləmələrinin iqtisadiyyatdakı yerini göstərəcək olan dövlət xərclə-məsi, ümumi milli hasilə nisbətinin payındakı və məxrəcindəki dəyərlər araşdırıl-maq istənən mövzunun xüsusiyyətinə görə fərqliliklər göstərə bilər. Araşdırmanın xüsusiyyətinə görə, pay dövlət xərcləməsi, geniş əhatəli dövlət xərcləməsi və ya dar əhatəli dövlət xərcləməsi, yaxud da real xərcləmə və ya cəmi xərcləmələr formasında təyin olunaraq müəyyən edilə bilər. Dövlət sektorunun böyüklüyünün ölçülməsində ilk edilməsi lazım olan, dövlət sektorunun statistik olaraq təyin olunmasıdır. Xüsusilə ölkələrarası müqayisədə, bəzi ölkələrin dövlət sektoru içərisində dövlət iqtisadi qurumlarını, ictimai təhlükəsizlik qurumlarını daxil etdiyi, bəzilərinin isə bu qurumları dövlət sektoru xaricində tutduğu bilinməkdədir.
Xülasə olaraq, dövlətin iqtisadiyyatda cəmi xərcləməyə olan təsirinin dərəcəsi öyrənilmək istənirsə, cəmi dövlət xərcləmələrinin ümumi milli hasilata olan nis-bətinin tapılması lazım olduğu deyilə bilər. Eyni şəkildə dövlətin iqtisadiyyatda qaynaq bölgüsünə müdaxiləsi mövzusu araşdırılmaq istənirsə, transfer xərcləmələri xaricindəki dövlət xərcləmələrinin qeyri-safi milli hasilata olan nisbətinin hesab-lanması söz mövzusu olmaqdadır. Yuxarıdakı şərhlərdən də aydın olacağı üzrə, dövlət xərcləmələrinin artımının üst sərhədi milli gəlirin özüdür. Həqiqətən, ölkə-dəki bütün istehsalın istifadə formasına siyasi orqanın büdcə ilə qərar verməsi, bütün bu ehtiyacların dövlət sektoru tərəfindən qarşılanacağı mənasını daşımaqda-dır. Ancaq, bu nəzəri vəziyyətə çatmadan əvvəl vergi gəlirləri ilə bəslənən bir büdcənin bir üst sərhədinin olduğu müdafiə olunmuşdur. 1945 -ci ildə Amerikalı iqtisadçı Kolin Klark vergilərlə qarşılanan dövlət xərcləmələrinin milli gəlirin 25 %' -ini aşa bilməyəcəyini irəli sürmüşdür. Bu sərhədin aşılması halında, büdcə ver-gilərlə maliyyəyə edilirsə, işçilərin iş istəkləri azalacaq və bu səbəbdən milli gəlir düşəcək. Ancaq irəli sürülən bu fərziyyənin müxtəlif ölkələrdəki tətbiqi bəzi səhvləri ortaya çıxarmışdır. Bu səbəblə dövlət xərcləmələri sərhədinin, ölkələrin ənənələrinə, xüsusiyyətlərinə və iqtisadi strukturlarına bağlı olaraq dəyişə biləcə-yini söyləmək ən doğru ümumiləşdirmə olacaq.