Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015


Gəlir bölgüsü üzərindəki təsirləri



Yüklə 0,73 Mb.
səhifə43/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   39   40   41   42   43   44   45   46   ...   171
DovletMaliyesiEnSonHali2015

5. Gəlir bölgüsü üzərindəki təsirləri
Gəlir bölgüsü: bir iqtisadiyyatdakı cəmi gəlirin fərdlər, ya da ailələr arasındakı bölgüsü şəklində ələ alına biləcəyi kimi, cəmi gəlirin müxtəlif istehsal faktorları arasındakı bölgüsü şəklində də şərh oluna bilər. Buna görə gəlir dağlılımı ilə ən yüksək və ən aşağı gəlir əldə edənlər arasındakı fərq və ya əmək sahiblərinin aldığı ödənişlə sərmayə sahiblərinin götürdüyü iqtisadi pay arasındakı fərq ifadə edilmək-dədir. Bu araşdırma üsullarından birincisinə fərdi bölüşüm, ikincisinə funksional bölüşüm deyilməkdədir.
Gəlir bölüşümünün hansı sərhədlər içində daha ədalətli və ya ədalətsiz olduğu-nu təyin edən qəti ölçü və şərhlərin olmamağı səbəbi ilə bəzi ölçülərə görə hər ölkə üçün ayrı-ayrı hesablamalar edilərək edilən dəyərlər beynəlxalq müqayisəetmə-lərdə istifadə edilməkdədir. Bu hesablamalarda istifadə edilən bərabərsizlik ölçü-ləri; Gini əmsalı, loqaritmik sapmaların ortalaması, varyans, Theil indeksi və Atkinson indeksi kimi ölçülərdir.
Gəlir bölgüsü bərabərsizliyinin nümunə olaraq nümayişində, 1905- ci ildən bəri məşhur olaraq istifadə edilən Amerikalı statistikaçı alim Maks Lorenz tərəfindən inkişaf etdirilən və bərabərsizliyi qrafik ilə göstərməyə çalışan nümunə Lorenz əyrisi göstərilməkdədir. Lorenz əyrisində fərd və toplu xalqlarının gəlirləri təcrü-bəli olaraq şaquli oxda iştirak edərkən , bu fərd və toplu xalqlarının təcrübəli əha-lisi üfüqi oxda iştirak etməkdədir. Gəlirləri böyükdən kiçiyə sıralanmış olan fərd və toplu xalqlarının təcrübəli əhalisi gəlirləri ilə müqayisə edilməkdədir.
Gəlir bölgüsündəki dəyişmə dövlətin ortaq həsrəti olan sülh, əmin-amanlıq, təhlükəsizlik, ədalət və rifahın meydana gəlib inkişafında bir vasitə olaraq ələ alındığından, əhəmiyyəti daha yaxşı aydın olmaqda, aşağı gəlirli seqmentlərin nisbi payının pisləşməsinin çox ciddi təhlükələrə səbəb ola biləcəyi ortaya çıxmaqdadır. Bir ölkədə gəlir dağılımının xarab olmasının bir-biri ilə əlaqəsi olan müxtəlif səbəbləri vardır. Bunlardan əhəmiyyətli olanları: əhali artımı, işsizlik, inflyasiya, vergi qoyma siyasətləri, bazar quruluşu, qiymətləndirmə siyasətləri və ictimai kö-mək siyasətləri kimi səbəblərdir.
İqtisadi inkişaf müddətində bazar iqtisadiyyatı öz halına buraxıldığında, gəlir bölgüsündəki ədalətsizlik artmaqdadır. İctimai sabitliyin pozulmamağı və ictimai barışın sürməsi üçün müasir dövlətlər gəlir bölgüsündəki ədalətsizliyi azaldıcı yöndə iqtisadi həyata müdaxilə edərək bir sıra tədbirlər görünməkdədir. Dövlətlərin əlində bu məqsədə çatmaq üçün gəlir dağılımının funksiyasına və böyüklüyünə təsir edəcək çox sayda vasitələr vardır. Bunlar: qarşılıqsız edilən dövlət xərcləri və vergi gəlirləri kimi maliyyə siyasəti vasitələri ilə məşğulluq, ödəniş və qiymət idarələri kimi maliyyə olmayan siyasət vasitələridir.
Dövlət, real dövlət xərcləri ilə bəzi mal və xidmətləri aşağı gəlirli insanlara pulsuz və ya xərcə nisbətən çox aşağı əvəzlə təqdim edərək effektiv tələb üzərində təzyiq göstərməkdədir. Dövlət xərclərinin edilməsi ilə bu xərclərdən faydalanan aşağı gəlirli insanların gəlirləri artarkən tələbdəki artım ilə cəmi məşğulluq və milli gəlir səviyyəsi yüksəlməkdədir. Transfer xərcləri ilə də bu xərclərdən faydalananla-rın vəziyyətinə görə gəlir bölgüsü bərabərlənmə və ya bərabərsizlikləri artırma yö-nündə dəyişməkdədir. Transfer xərclərindən faydalananlar yüksək gəlirli insanlar isə, gəlir bölgüsündəki bərabərsizliklər artarkən aşağı gəlirlilərdə azalmaqdadır.
Dövlətin başda vergilər olmaq üzrə xalqdan almış olduğu gəlirlər yüksək satınalma gücü olanlardan aşağı gəlir qruplarına transfer imkanı verməkdədir. Xüsusilə artan nisbətli vergilər sayəsində yüksək gəlir əldə edənlərin gəlirləri azalarkən, bu gəlirlərin transferi ilə aşağı gəlirlilərin gəliri artmaqdadır. Beləcə, bazarın özbaşına təmin edə bilmədiyi ədalətli gəlir bölgüsü bir mənada dövlət tərəfindən gəlirin yenidən bölgüsü ilə təmin edilməkdədir.
Ancaq büdcə kəsirlərinin artması səbəbi ilə makro-iqtisadi tarazlıqların pozul-ması, dövlətin gəlir bölgüsündə ədalət təmin edici siyasət tətbiq olunmasını çətin-ləşdirdiyi kimi, mövcud gəlir bölgüsünün daha da pozulmasına səbəb olmaqdadır. Büdcə kəsirlərinin aradan qaldırılması üçün vergi nisbətlərinin artırılması və ya yeni vergilərin tətbiq olunması istehlakçı sektorunda gəlirin və tələbin azalmasına səbəb olarkən istehsalçılar üçün xərclərin artmasına, istehsalın düşməsinə səbəb ola bilər. İstehsalın düşməsi də hissizliyi və gəlir bölgüsündə bərabərsizliyi artıra bilər. Ayrıca, inflyasiya səbəbi ilə bilavasitə vergi gəlirlərinin Dövlət gəlirləri içindəki payının getdikcə artması da gəlir bölgüsünü pozmaqdadır. Çünki bu vergilər qiymətlər vasitəsi ilə istehlakçılara doğru asanca əks etdirilə bilməkdədir. Bu cür vergi və fondlar xüsusi sektor firmaları tərəfindən də ödənsə, qiymət mexanizmi yolu ilə və digər aşağı gəlirlilərə əks etdirilməkdədir.
Bağlı bir iqtisadiyyatda boşluqların borcla maliyyəsi faiz nisbətlərində artıma səbəb olmaqdadır. Kəsir bir iqtisadiyyatda əgər təklif və tələb arasında yüksək fərq yoxsa, lazımlı pul xarici sərmayə olaraq gələcəyindən, bəlkə, faiz nisbətləri çox art-maya bilər. Əgər ərz və tələb arasındakı fərq böyük isə xaricdən davamlı borc alın-ması ödəmələr tarazlığındakı kəsirləri artıracaq. Xarici borcların böyüməsi ölkə ris-kini artıracağından, faiz dərəcələrini yenə artıracaq.
Daxili borclanmada dövlət qiymətli kağızlarının doğrudan əhaliyə satılmayıb, banklara satılması da inflyasiyaya səbəb olmaqdadır. Çünki bu vəziyyətdə dövlətin banknot emissiyası yerinə ehtiyatları artan bankların kredit həcminin böyüməsi deməkdir. Dövlətin borcları səbəbi ilə faiz nisbətlərini artırması, daxili bazarda dövlətə borc verən sektorun gəlirlərini sabit və ya aşağı gəlirlilərə nisbətlə artıraraq, ölkədə gəlir dağılının daha da pozulmasına səbəb olmaqdadır. Yüksək xərcli daxili borclanma səbəbi ilə faiz xərclərinin büdcə içindəki payı artdığından, dövlət təhsil, səhiyyə, ədalət kimi əhalinin əksəriyyətini maraqlandıran fəaliyyətlərə yetərli mənbə tapa bilməyəcək hala gəlməkdədir. Beləcə, əksəriyyətin faydalanacağı xidmətlərin qaynağı azalacaqdır.
Xüsusilə inkişaf etməkdə olan ölkələrdə maliyyə bazarlarının dayaz olması səbəbi ilə büdcə kəsirlərinin maliyyəsində faiz nisbətləri yüksəlməkdədir. Bu ölkə-lərdə naməlumluq, yüksək inflyasiyanın meydana gəlməsi və bazarların sərbəstləş-məyə yönəlməsi səbəbi ilə pozulan kurs bazarında sabitliyi təmin etmək üçün də faiz nisbətləri yüksəlməkdədir. Beləcə, kurs qurunda sabitlik təmin edilməyə çalışı-larkən faiz nisbətləri artmaqdadır. Bu da isti pul mexanizminin meydana gəlməsinə səbəb olmaqdadır.
Real faizlərin artıb, kurs qurunun çox artmadığı belə vəziyyətlərdə banklar və s. sərmayə seqmentləri çöldən aşağı faizdən borclanaraq riski aşağı, lakin faizi yük-sək borc vermə əməliyyatları ilə Dövlət sektorundan yüksək gəlirlər əldə etməkdə-dirlər. Dövlətin borclarını ödəmədə çətinlik məcbur edildiyi, vətəndaşların yüksək vergi ödəyicilərinə dözdüyü belə vəziyyətdə sərmayə sektorunun gəlirinin artması gəlir bölgüsündəki ədalətsizliyi artırmaqdadır.
Dövlət büdcəsindəki kəsirlərin maliyyəsi nəticəsində həm faizlərin yüksək ol-ması, həm də emissiyanın artırılması inflyasiyanı artırmaqdadır. Daha əvvəl də ifadə olunduğu kimi, büdcə kəsirləri ilə inflyasiya arasında müsbət bir əlaqənin olduğu görülmüşdür. Artan büdcə kəsirləri ilə inflyasiya da artmaqdadır. İnflyasiya fərdlərin alıb-satdığı mal və xidmətlərin qiymətlərini dəyişdirdiyindən, bəzi insanların gəlir-lərini artırarkən, bəzilərini azaltmaqdadır. Əgər insanların nominal gəlirləri artan inflyasiyadan daha çox artmışsa, iqtisadiyyatdan əldə etdikləri pay artmaqdadır. Lakin insanların gəlirləri ümumi qiymətlər səviyyəsində artmayıb, sabit isə xərcləmə qələmlərini meydana gətirən mal və xidmətlərin qiymətləri artdığından, iqtisadiyyatdan alacaqları pay azalmaqdadır. Buna görə real dəyəri artan varlıqlara sahib olanlar, artan inflyasiyanı çıxardığı və ya satdığı mal və xidmətlərə çox əks etdirənlər inflyasiyadan zərər görməzkən, sabit ödənişlə işləyənlər, təqaüdə çıxanlar artan inflyasiyadan zərər görməkdədirlər.





V FƏSİL

DÖVLƏT XƏRCLƏRİ VƏ ONLARIN TƏSNİFATI


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin