Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə41/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   37   38   39   40   41   42   43   44   ...   171
DovletMaliyesiEnSonHali2015

3. Tam məşğulluğa təsirləri
Tam məşğulluq biri dar, digəri geniş olmaq üzrə iki cür təyin olunmaqdadır. Geniş mənada tam məşğulluq: bir iqtisadiyyatdakı əmək, sərmayə, təbii mənbələr və texnoloji imkanların (istehsal faktorlarının) hamısının istehsalda istifadə edilmə-sini ifadə edərkən, dar mənada tam məşğulluq isə, iqtisadiyyatda işləmək istək və arzusunda olan bütün yetkin insanların işlədiyi vəziyyəti ifadə etməkdədir. Təbii ki, dar mənada tam məşğulluğun təmin edilməsi ilə əmək xaricindəki istehsal faktor-larının əksəriyyətinin də istehsala qatılacağı düşünülsə, dar mənadakı tam məşğul-luq ilə geniş mənadakı tam məşğulluq arasında yaxın bir əlaqənin var olduğu aydın olar.
Tam məşğulluq texniki bir termin olaraq istifadə edilməkdədir. Real həyatda bütün iş gücünün iş tapıb çalışması bəzi səbəblərdən ötəri qeyri-mümkündür. Bu səbəblər: iqtisadiyyatın içində olduğu konjonktura, işsizlərin iş tapmasına kömək edən iş və işçi tapma kimi təşkilatların varlığını ehtiva edən iş gücü bazarının təşki-latı, iş gücünün demoqrafik quruluşu, qismən işsizlik sığortasının varlığına bağlı olan daha yaxşı iş axtarma istəyi kimi səbəblərdir. Buna görə iqtisadiyyat tam tutumda işləsə və uzun dövr potensial böyümə nisbətinə yaxınlaşsa belə, meydana gələcək olan bir işsizlik nisbəti vardır. Milton Friedmana görə uzun dövrlü strukturca fak-torlar tərəfindən təyin olunan friksiyonal, struktural və klassik işsizliyi ehtiva edən bu işsizlik nisbətinə təbii işsizlik nisbəti deyilir.
İşsizlik: iş gücü və istəyində olan şəxslərə həm işsiz qaldıqları müddətcə gəlir itkisinə yol açmaqda, həm də onların dərrakələrinə təsir edərək işə yaramayan biri olma psixologiyasına girmələrinə, ictimai eroziyaya səbəb olmaqdadır. İşsizliyin insan psixologiyası üzərində səbəb olduğu təzyiq stresslə əlaqədar xəstəlikləri ço-xaltmaqda, işsiz insan birliklərinin dəyər mühakimələrindəki ədalətsizliklər cinayət hadisələrini artırmaqdadır. Eyni zamanda, işsizlik iqtisadiyyatda potensial böyümənin altında böyüməyə səbəb olduğundan, mənbələrin israf edilməsinə səbəb olmaqdadır. Məsələn, yalnız bir işim olsun deyə aldığı təhsilə uyğun olmayan işlərdə və ödənişdə işləmək məcburiyyətində olmaq, işsizliyin səbəb olduğu mənbə israflarından biri olaraq qiymətləndirilə bilər.
İqtisadiyyatda işsizliyi azaltmaq üçün:
1) Dövlət minimum məvaciblərə maaş köməyi edə bilər;
2) Qanuni olaraq məcburi olan minimum məvacib səviyyəsi salına bilər;
3) İşləyənlərə və işə götürənlərə təsir edən digər qanuni zərurətlər xərclənə bilər;
4) Sosial müdafiə rüsumları azaldıla bilər;
5) Minimum ödənişlilərdən alınan gəlir vergiləri azaldıla bilər;
6) İşləməyənlərə işsizlik pulu ödəmək yerinə məşğulluğu azaldıcı vergilər azaldıla bilər.
Dövlət sektorunda işləyən məmurlar ilə əlaqədar xərclər həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə cəmi xərclərin əhəmiyyətli bir qismini mey-dana gətirməkdədir. Bu səbəblə ictimai sektorda tətbiq olunacaq ödəniş və məş-ğulluq siyasətlərinin təbii işsizlik nisbəti üzərində müxtəlif təsirləri olacaq. Bunun üçün əvvəlcə məşğulluq siyasəti ilə ödəniş siyasəti arasındakı əlaqəni ələ almaq lazımdır. İctimai sektorunda ödəniş təyin edilməsi xüsusi sektordan fərqli olduğun-dan, xüsusi sektor idarəçilərinin əksinə boş heyətlərin doldurulmasına istiqamətli bir maliyyə təzyiqi olmadığı kimi maaşlar reallıqdan çox isə, rəqabətli özəl sektor qurumları qədər maliyyə çətinliyinə girməsi də söhbət mövzusu deyil. Xüsusi sektor əmək gücünün məhsuldarlığına görə məşğulluğa təsir edərkən, ictimai sektorda, ümumiyyətlə, başqa faktorların təsiri vardır (Siyasi və qeyri iqtisadi).
İnkişaf etməkdə olan ölkələrdə, ümumiyyətlə, ictimai sektorda çalışanların sayı ehtiyacdan çoxdur. Bu səbəblə ictimai sektorunda ortalama real ödənişlər düşsə də sürətli məşğulluq artımı səbəbi ilə personal xərclərinin cəmi xərclər içindəki payı artmaqdadır. Çox məşğulluq mənbələrin israfına səbəb olduğundan büdcə kəsirlərinin önlənməsində xərcləri qısmaq üçün Dövlət işçilərinin azaldılmasına istiqamətli tədbirlər alınmaqdadır. Bu tədbirlər: Xəyali işçilərin ixtisar edilməsi, keçici işçilərin işlərinə son verilməsi, işə qəbulların dayandırılması, dövlət məmur-luğu siyasətində məhdudlaşdırıcılığın olması, istəyə bağlı təqaüdə çıxma və ya istefa, erkən təqaüd, işdən çıxarma və özəlləşdirmə kimi tədbirlərdir. Ancaq tətbiq nəticələrinə görə keçici və ya part time işləyənləri işdən çıxarmaq daha asan və az problem yaradarkən topdan işdən çıxarma siyasətlərini tətbiq etmək mümkün ola bilməməkdədir. İşləyənləri işdən çıxarmaq yerinə yeni personal alımını dayandır-maq, heyət tələblərini mərkəzi idarə və yoxlama altında saxlamaq daha asan ol-maqdadır. Lakin tətbiq olunan siyasət nə olursa - olsun, ictimai sektorda məşğul-luğu azaltmanın qısa və orta vəd edən bir xərci vardır.
Dövlətin etdiyi cari və investisiya xərcləri cəmi xərclər içində əhəmiyyətli yer tutmaqdadır. Bu xərclərdəki artım əlaqədar sektorlarda məşğulluğu artırmaqdadır. Ayrıca, dövlətin iqtisadiyyatda inkişafını istədiyi istehsal budaqları üçün vermiş ol-duğu subsidiyalar da yeni istehsal və məşğulluq artımlarına səbəb olmaqdadır. Dövlət kəsirləri səbəbi ilə bu xərclərdəki qənaətlər yeni məşğulluq imkanlarını azaltmaqda, hətta mövcud məşğulluq səviyyəsində enişlərə səbəb ola bilməkdədir.
Büdcə kəsirlərinin səbəb olduğu faiz nisbətlərindəki artımın xərcləri artırdığı, özəl sektor mənbələrinin dövlət sektoru tərəfindən istifadəsi səbəbi ilə xüsusi sektorun sıxışdırıldığı, kəsirlər səbəbi ilə artan inflyasiyanın iqtisadiyyatda istiqraz-sızlıqları artıraraq proqnozlara mənfi təsir etdiyi daha əvvəl ifadə olunmuşdur. Buna görə büdcə kəsirləri səbəbi ilə faizlərdəki artım xərcləri artırdığından, istehsalın qazanclılığını azaltmaqda investisiyalar dayanmaqdadır. Hətta büdcə kəsirlərini bağlamaq üçün tətbiq olunan tələbqısıcı siyasətlər səbəbi ilə mövcud istehsallar da azalmaqdadır. Yeni investisiyaların olmamağı, mövcud istehsalın azalması xüsusilə əhalisi sürətlə artan inkişaf etməkdə olan ölkələrdə məşğulluq problemlərini artırmaqdadır.
Ayrıca, büdcə kəsirlərinin səbəb olduğu inflyasiya, iqtisadiyyatda sabitliyi poz-duğundan, qənaətləri azaltmaqda, naməlumluqları artırmaqda, investorların proq-nozlarına mənfi təsir etməkdədir. Gələcəklə əlaqədar mənfi proqnozların olduğu bu naməlumluq mühitində yeni investisiyaların olması, yeni iş sahələrinin qurulması da mümkün olmamaqdadır. Büdcə kəsirlərinin səbəb olduğu inflyasiya bir çox makro-iqtisadi balanssızlığın səbəbi olduğu kimi, işsizliyin də əsl səbəbini meydana gətirməkdədir. Hətta İngiltərə baş nazirlərindən Harold Wilsona görə işsizliyin anası da atası, da inflyasiyadır.
İqtisadiyyatda işsizliyin azaldılması üçün daha əvvəl ifadə olunduğu kimi, döv-lətin edə biləcəyi bəzi fəaliyyətlər vardır. Büdcə kəsirlərinin makro-iqtisadi taraz-lıqlar üzərindəki mənfi təsirləri mövcud məşğulluq səviyyəsinə mənfi təsir edərkən, dövlətin bu cür fəaliyyətlərlə işsizliyi azaltması mümkün olmayacaqdır. İqtisadiy-yatda yeni məşğulluq sahələrinin meydana gətirilməsi və işsizliyin azaldılması üçün iqtisadi sabitliyi pozucu əsaslı ünsür olan büdcə kəsirlərinin aradan qaldırıl-ması lazımdır. Bunun üçün Azərbaycanda Prezident cənab İlham Əliyevin 2003-2008 – ci illərregionların sosial inkişafı və prezident seçkiləri zamanı qoyduğu hədəflər istiqamətindəki fəaliyyətlər bir nümunə ola bilər. 2003-2009 -cu illərdə Azərbaycanda 450-500 min iş yeri açılmış və işsizliyin həcmi ciddi şəkildə azalmış, hətta Azərbaycana ətraf dövlətlərdən də ucuz işçi qüvvəsi axını başlamışdır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin