İqtisadçı alimlərin 1950-ci illərə qədər, əsasən, dövlətin iqtisadi fəaliyyətinin istiqaməti olaraq dövlət gəlirləri üzərində dayandıqları görülmüşdür. Bu sahədə fəaliyyət göstərən elm adamlarının, dövlət gəlirləri yanında dövlət xərclərinin üzə-rinə həqiqətən meyl etmələri və bu mövzudakı işlərini sıxlaşdırmaları 1950-ci illər-dən sonrakı dövrlərdə də daram etmişdir. 1950-ci illərə qədər laqeyd yanaşılan dövlət xərcləri, dövlətin vəzifələrinin tədricən artması nəticəsində, bu dövrdən sonra diqqətləri üzərinə çəkməyə başlamışdır. İctimai xidmətlərin və dövlət xərclərinin artması, ölkədən ölkəyə və zaman içində fərqliliklər göstərsə də, ümumiyyətlə, bəzi oxşarlıqları təyin oluna bilməkdədir. Gəlirlərin artımı, demoqrafik artım, müharibələr və bənzəri səbəblər, ənənəvi ictimai xidmətlərə olan tələbi artırmışdır. Bununla yanaşı, dövlət maliyyəsinin funksiyaları olaraq qiymət sabitliyini, ədalətli bir gəlir bölüşümünü, tam istifadə (məşğulluq) və iqtisadi inkişafı təmin etmə kimi əhəmiyyətli problemlər həll etməklə, bazar iqtisadiyyatının qeyri-kafi olduğu fikrinin ümumiyyətlə qəbul edilməsi, bir çox fəaliyyət sahəsinin dövlətin vəzifələri arasına girməsinə səbəb olmuşdur.
Dövlət maliyyəsinin funksiyaları mövzusundakı bu müxtəlifliklər nəticəsidir ki, dövlət, bu cür vəzifələri ilə iqtisadi və ictimai həyatı, etdiyi müdaxilələrlə yoxlama altında tutmaqda və milli iqtisadiyyata və ictimai həyata istiqamət verə bilməkdədir. Dövlət, beləcə, vəzifə və məşğuliyyət sahəsinin genişlənməsi və çıxardığı mal və xidmət növlərinin çoxalması səbəbi ilə, ümumi qaynaqların getdikcə artan bir nisbətini istifadə etmə vəziyyətində qalmışdır. Bütün bu inkişaflar dövlət xərclərinin iqtisadi və ictimai həyat üzərində laqeydlik edilə bilməyəcək qədər böyük təsirlərinin olduğunu və əhəmiyyətli bir iqtisadi fəaliyyət olaraq ələ alınması lazım olduğunu göstərmişdir.
Dövlət öz funksiyalarını yerinə yetirə bilməsi üçün bəzi xərcləri reallaşdırmalı-dır. İctimai ehtiyacların aradan qaldırılması üçün dövlətin bəzi mal və xidmətlərdən faydalanması lazımdır. Bunu təmin edə bilmək üçün lazımi vəsaitlər, xərcləməyi məcbur etməkdədir. Necə ki, dövlətin qarşıladığı daimi və müddətli əmək haqqı ödənişləri, xüsusi sektordan aldığı və ya özünün istehsal etdiyi mal, vəsait və s. vasitələrə etdiyi xərclər bu məcburiliyin bir nəticəsidir.
İctimai xidmətlərin yerinə yetirilməsi yanında müasir dövlətin üzərinə götürdü-yü iqtisadi vəzifələr də getdikcə xərclər şəklində qarşımıza çıxmaqdadır. Ədalətli gəlir bölgüsünü tənzimləmə, tam məşğulluğu reallaşdırma, iqtisadi inkişafa şərait yaratma kimi məqsədlərin dövləti davamlı olaraq mal və xidmət alımına istiqamət-ləndirməsi bir reallıqdır. Eyni zamanda, bu məqsədlər dövləti, bəzən xüsusi sektora qarşılıqsız yardımlar etməsinə istiqamətləndirməkdədir. Heç şübhəsiz, dövlətin etmiş olduğu bu xərclər, müəyyən hədəflərə çatmaq üçün istifadə etmiş olduğu va-sitələrdir.31 Beləliklə, dövlət xərclərini, dövlətin ictimai mal və xidmət istehsalı üçün etdiyi xərclər olaraq qeyd edə bilərik. Bir başqa ifadə ilə, dövlət xərcləri dövlətin xalis maddi dəyərində bir azalması ilə ifadə edilməkdədir.
Dövlət xərcləri, dövlətin təşkilatlanma formasına uyğun olaraq, dövlət təşkilat-ları tərəfindən edilir. Digər bir ifadə ilə, unitar dövlət sistemində dövlət xərclərinin böyük bir qismi mərkəzi dövlət təşkilatı tərəfindən, bir qismi yerli rəhbərliklər tə-rəfindən və bir qismi də digər dövlət qurumları tərəfindən reallaşdırılır. Dövlət xərcləri ilə əlaqədar işlərdə dövlət xərclərinin sərhədi və hansı dövlət qurumlarının etdiyi xərclərin dövlət xərcləri əhatəsinə girəcəyi mövzusunda müzakirələr vardır. Mərkəzi dövlət təşkilatının və yerli rəhbərliklərin etmiş olduğu xərclərin dövlət xərcləməsi olduğu mövzusunda ümumi görüş birliyi söz mövzusudur. Əsl müzaki-rə, digər dövlət qurumlarının xərcləri mövzusunda olmaqdadır. Bu mövzudakı müzakirələr dövlət iqtisadi qurumlarının və bəzi ölkələrdə ayrı hüquqi şəxsiyy-ətləri olan təşkilatlar tərəfindən icra edilən ictimai təhlükəsizlik xidmətləri üçün edilən xərclər üzərində sıxlaşmaqdadır. Bu müzakirələr nəticəsində dar mənada dövlət xərcləməsi və geniş mənada dövlət xərcləməsi ifadələri ortaya çıxmaqdadır. Dar mənada dövlət xərcləməsi ifadəsinin əhatəsinə, mərkəzi dövlət təşkilatı və yerli rəhbərliklərin xərcləri girməkdədir. Geniş mənada dövlət xərcləməsi ifadəsi isə mərkəzi dövlət təşkilatı və yerli rəhbərliklər yanında dövlət iqtisadi qurum-larının, ictimai təhlükəsizlik qurumları kimi digər dövlət təşkilat və qurumlarının xərcləri ilə vergi xərclərini əhatə etməkdədir. Vergi xərcləməsi, dövlətin vergi ola-raq alması lazım olan miqdarlardan müxtəlif səbəblərlə və müxtəlif adlar altında imtina etdiyi miqdarı ifadə etməkdədir.32 Məsələn: vergi istisnası, vergidən azad olma, investisiya endirimi, vergi endirimi kimi adlarla dövlət alacağı vergi miqdarı-nın bir qismindən və ya hamısından imtina etməkdədir. Dövlət xərcləri ilə əlaqədar edilən işlərdə, ümumiyyətlə, dar mənada dövlət xərcləməsi ələ alınmaqdadır. Çünki mərkəzi dövlət təşkilatı və yerli rəhbərliklərin xaricindəki quruluşların xərclə-rindəki sistemlilik və tətbiq güclükləri, bu xərclərin hesablanmasını çətinləşdirmək-dədir.