Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə52/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   48   49   50   51   52   53   54   55   ...   171
DovletMaliyesiEnSonHali2015

b- Hüquqi funksiya
Büdcələr şəkil baxımından bir qanundur. Çünki digər qanunlar kimi, hökumət tərəfindən hazırlanmaqda, səlahiyyətli orqan tərəfindən baxılmaqda və imzalan-maqdadır. Əslində isə onun bir qanun deyil, bir idari sənəd olduğu fikri vardır.
Maliyyəçilərin bir qismi büdcənin bir qanun, digər bir qismi isə inzibati sənəd olduğunu qəbul etməkdədirlər. Büdcənin hazırlıq və işlək dövrlərindəki mərhələlər qanunla edildiyinə görə, büdcənin hüquqi funksiyasını aşkar hala gətirməkdədir. Dövlət gəlirlərinin toplanması və dövlət xərclərinin edilməsi, hüquq qaydaları ilə olur; bütün dövlət idarələri bu maliyyə qanunlarına əməl etməlidirlər.
c- Siyasi funksiya
Büdcələr cəmiyyətin gələcəyə aid fəaliyyət planlarını göstərdiyinə, dövlət gə-lirlərini toplamaq və xərclərini etmək səlahiyyəti də hökumətə aid olduğuna görə, bu vəziyyət hüquqi gücün idarəedici orqana olan üstünlüyünü ifadə edir. Ayrıca, demokratik rejimlərdə, hökumətlərin fəaliyyət proqramlarının həyata keçməsi büd-cə ilə mümkün olmaqdadır. Büdcənin siyasi funksiyası ancaq parlamentli sistemin olduğu ölkələrdə mümkündür.
d- İqtisadi funksiya
Dövlət xərcləri büdcəyə uyğun olaraq edilir. Bunların xərclənəcəyi xidmət növ-lərinin seçilməsi və miqdarlarının təsbit olunması bir tərəfdən inzibati, digər tərəf-dən də iqtisadi bir hərəkətdir. Dövlət əli ilə iqtisadiyyata edilən müdaxilədə ən va-cib nöqtə dövlət xərclərindən əmələ gələcək məcmu faydanın şəxs əli ilə edilən xərclərdən daha çox olmasının vacibyidir.
Büdcənin iqtisadi funksiyası dövlətin gəlir və xərcləri arasında bir bərabərlik yaradılmasının vacibliyi və büdcə siyasətinin bir iqtisadi ünsür halına gəlməsi halın-da, müasir büdcə anlayışı baxımından vacib olmaqdadır.
e- Sosial funksiya
Sosial tərəfdən büdcə, gəlirlərin paylanmasına üstünlük verən bir ünsür olaraq, son dərəcə lazımlı olmaqdadır. Büdcə, xərclər yolu ilə bəzi şəxslərdən alınan vergi-ləri digər şəxslərə paylamış olmaqdadır. Bu yolla dövlət cəmiyyətin müxtəlif təbə-qələri arasında bir tarazlıq yaratmaqdadır.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin