Büdcənin ən əsas xüsusiyyəti dövlətin gələcək bir il içində edəcəyi xərclər ilə bu xərcləri qarşılayacaq gəlir təxminlərini göstərməsidir. Bu xüsusiyyətində dolayı büdcə dövlət üçün vacib bir planlama vəsaitidir.
Büdcənin başqa bir vacib xüsusiyyəti isə səlahiyyətli orqanlara dövlət adından xərclərin edilməsini və dövlət gəlirlərini toplamaq səlahiyyətini verməyidir.
Dövlətin biri iqtisadi, digəri hüquqi olmaq üzrə iki əsas xüsusiyyəti ortaya çıx-maqdadır. Büdcənin iqtisadi tərəfi, dövlətin hər il istehsal olunan ÜDM-nin bir qis-mini vergi və bənzər yollarla toplamaq, dövlət xərcləri yolu ilə təkrar iqtisadiy-yata qaytarılmasını təmin etməktədir.
Büdcənin hüquqi tərəfi isə, büdcənin bir qanun olmasını və büdcə qanununda yer alan bütün hökmlərə əməl olunmasının məcburiliyini ifadə edir.
6.3. BÜDCƏNİN FUNKSİYALARI
Büdcənin doğru mənasını ortaya qoya bilmək üçün müxtəlif tərəflərdən baxı-laraq araşdırmaq lazımdır. Büdcənin funksiyaları, klassik və müasir olaraq ikiyə ayrılmaqdadır. Klassik iqtisadçı və maliyyəçilərə görə, büdcənin funksiyaları ma-liyyə, hüquqi və siyasi olaraq sinifləndirilmişdir. Müasir iqtisadçılar isə dövlət an-layışındakı inkişaflara paralel olaraq, xüsusən, iyirminci əsrdə ümumi maliyyə anlayışının vacibyinin qalmadığını və dövlət xidmətlərinin artdığını, dövlət gəlir və xərclərinin dəyişdiyini və bunların məcmu tələbdəki təsirinin genişləndiyini ortaya qoymuşdurlar.39
6.3.1. KLASSİK FUNKSİYALAR
a- Maliyyə funksiyası Büdcələr gələcəkdəki bir dövr üçün xərclənəcək xərclərin və əldə olunacaq gəlirlərin müqayisəsini və təxminini göstərən bir lövhədir. Ancaq bütün gəlir və xərc lövhələri büdcə deyildir. Düzgün mənada büdcə gələcəkdəki gəlir və xərcləri təxmin etmək, bir-bir göstərmək, miqdarlarını təqdir etmək və müqayisə etmək deməkdir. Başqa sözlə, büdcə dövlətin gəlir qaynaqlarını və bu qaynaqların xərclənmə yerlərini göstərməkdədir.
Büdcələr əsas olaraq maliyyə funksiyasına sahibdir: ancaq, bu gün iqtisadi baxımdan güc qazanmağa başladığı üçün maliyyə və iqtisadi funksiyaları bir yerdə görülməkdədir. Çünki dövlət xidmətlərinin bir maliyyə planı içində edilməsi və təxminlərin bildirilməsi çətin hala gəlmişdir. Məqsəd ən az maliyyə qaynağı ayıraraq, ən yüksək dövlət faydası əldə etməkdir.