ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 2,19 Mb.
səhifə29/40
tarix10.02.2018
ölçüsü2,19 Mb.
#42641
1   ...   25   26   27   28   29   30   31   32   ...   40

Qanlı göl əfsanəsi

Kəndin cənub-şərq tərəfində uzaq keçmişdə ətrafı cən­gəl­liklərlə əhatə olunmuş bir göl olub. Adına Çandıq de­yiblər. Gölün üzərini çox vaxt çən, duman örtərdi. Bəlkə də, gölün adı­nın Çandıq olmasında elə çənin rolu olmuşdu. Belə ki, əv­vəllər yerli camaat tərəfindən “çənni yer”, “çənnik” kimi de­yi­lə-deyilə, nəhayət, Çandıq kimi bizim dövrümüzə gəlib çıxaraq belə adlandırılmışdır.

Yaşlı kişilər belə danışırdılar ki, keçmiş zamanlarda kən­din ovçuları buraya ova gedərmişlər. Bir dəfə yenə gölün kənarında olan quş və heyvanlardan ovlamaq ücün ora gedən ovçular bir hadisədən heyrətə gəlirlər. Görürlər ki, gölün kə­na­rında bir ana maral yaralı halda uzanıb. Maralın yarasın­dan axan qan suya qarışırmış. Gölün suyu qan rəngində olub. Ən maraqlısı o olub ki, maralın yanında təzəcə doğulmuş bala maral dayanıb heyrətlə o yan-bu yana boylanırmış.

O vaxtdan bu gölün adı “Qanlı göl” qalır.


Cənnət məkan

Belə rəvayət edirlər ki, insanlara torpaq paylanarkən bir qrup xalq bu mərasimə kecikir. Gecikənlər arasında indiki "Talış-Muğan" zonasında yaşayanların babası da olur. El ağ­saqqalları məsləhətləşib öz nümayəndələrini Allahın yanına gön­dərirlər. Nümayəndələrin başçısı olan Muğan çox ağıllı, cə­sur, müdrik və mömin bir adam idi. O, Allaha gəlişinin məq­­­sədini bildirib, yalvarış etməyə başlayır. Allah məşvərət etdikdən sonra onun yalvarışlarını eşidirlər. Cənnət üçün apar­­­dığı torpaqlardan bir hissəsini kəsib tayfanın başçısı Mu­ğa­na verməyi qərara alır. Xahişə gələnlərin arasında talışların da nümayəndəsi varmış. O da Muğanla birgə gəlmiş imiş. Ona görə də o torpaqlarda yaşamaq üçün talışlara da yer ver­mə­yi Muğana tapşırırlar. Elə o vaxtdan bu torpaqlar "Talış-Muğan zonası" adlanır.


Xırmandalı

Nəql olunur ki, ötənlərdə mehribançılıqda, hörmətçil­lik­də və nəfsitoxduqda ad çıxarmış iki qardaş bu oymaqda bir əkər, bir biçər, dəni dəyirmanda bir üyüdərmişlər. Bölgüyə gələndə hər kəs qədərincə götürüb bəsimdi,” deyərmiş… Günlərin bir gün qardaşlar xırmandan paylarına düşən məhsulu öz evlərirnə aparırlarmış. Böyük qardaş evliymiş, düşünür ki, mən evli-eşikli adamam, güzaranım da pis deyil. Qoy kiçik qardaşımın payı çox olsun! Bu gün-sabah ailə qurar, ehtiyacı olar… Elə bu fikirlə öz payından bir hissəni ayırıb qatır qardaşının payına…

Subay qardaş da öz-özlüyündə götür-qoy edir ki, böyük qardaşım evli-eşiklidir, bir çətən külfəti var, mənimsə nə ye­yənim var, nə dağıdanım, qoy məhsulun çoxunu o aparsın. Və öz payında böyük bir hissəsini qatır qardaşının payına… Bu minvalla paydakı nişan hər gün pozulur. Xırmandan məhsul tükənmək bilmir. El-obaya hay düşür ki, balam bu qardaşların xırmanı hey aşıb-daşır, xırmanı dolu qaldı…

Sonralar bu qardaşları el arasında nişan verəndə de­yər­mişlər ki, «Xırmanıdolu» filankəslər. Çox-çox əvvəllər yaşa­yan ağsaqqalların dediyinə görə bizim Xırmandalı kəndinin adı bu əhvalatdan binə tutub.


Qızılgül əfsanəsi

Bir gün mənə dedilər qızılgülün mənası nədi? Dedim mən belə billəm, belə eşidmişəm. Mənası odu ki, Leyli Məc­nun o vaxtı bir-birini sevillər. Valideynləri də vermirmiş. Ver­miyəndə Məcnun da dəli olur, dərdinə əlac olmur. O da deer mən dəli dööləm, mən sevirəm, onun dəlisiyəm. Nə qədər adam qızın atasına göndərib eliyillər ki, bu qızı ver ki, bu oğ­lan çöllərə düşməsin. Deer yox, vermirəm ki, vermirəm. Leyli də Məcnun da vəfat eliyillər qubardan.

Olar ölənnən sora ikisin də yan-yana basdırıllar. Ancaq oların arasına bi dənə qarı girir, pis qarı. Xəbər aparan. Ley­li­nin qəbri üsdə qızılgül bitir. Allahtala orda qızılgül bitirir, Məc­­nunun qəbri üsdə isə sırğeyigül bitirir. O qızılgülnən sır­ğe­yigül gəliilər bitişillər bi-birinə yuxarıda. O qarı ortadan qa­ra­tikanı bitirir, orda da qoymur oları birrəşməyə.
Söyləyicilər:
Hacı Nüsrət Nəsrullayev, doğum tarixi 1947, təhsili ali, Qızılağac kəndi

Mənsurə Abdullayeva, doğum tarixi 1933, təhsili yoxdur, Qızılağac kəndi

Əlizaman Baxış, Hacıtəpə (Keçmişdə və indi), B., 2010

«Совет кянди» гязети, 26 ийул 1985

Gülcahan Ələkbərova, 75 yaş, təhsili yoxdur, Qızılagac kəndi
Toplayan:

Füzuli Bayat Gözəlov



6. HƏM MƏZƏLİ, HƏM QƏRİBƏ ƏHVALATLAR




Sənin eşşəyin

Şəkililərdə belə bir şey var. Biri gedir Şəkiyə gəzir Şəki­ni, Şəki dağlıq yerdi, axı, Şəkini gəzəndən sonra bu azır. Azan­dan sonra gəlir çıxır bir yeməkxanaya, deyir:

– Salam əleyküm oturmaq olar?

Deyir:


– Həblə oturun.

– Nə var yeməyə?

– Həblə quş südü, can dərmanı. Nə istiyirsən var.

Deyir:


– Mənə bir dənə kabab gətir, bir az da çörək. Başqa bir şey lazım deyil.

– Həblə baş üstə. Gedir gətirir.

Gətirəndən soora bu yeyir, deyir, afisant, gəl pulu apar deyir. Çox sağ ol qonağpərvərliyivə görə. Deyir:

– Nə verəcəm?

Deyir:

– İyirmi manat.



Deyir:

– Başuva dönüm, bir dənə kabab yemişəm, bir tikə də çörək, uzağı eləsin beş manat, iyirmi manat hardandı?

Hay-küy qalxanda şef povur çıxır:

– Həblə nə hay-küydü?

Deyir:

– Görmürsən, yeyibdi pulunu vermir.



Deyir:

– Sən kimsən pulunu vürmirsən?

Deyir:

– Məni prokuror təyin ediblər. Bəs sən kimsən?



Deyir:

– Sənin eşşəyin.



Sizə ətsünnət olmağdansa burda ətsünnət olaram

Bir dənə molla ətsünnət olmuşdu. Baxır dala görür bir dənə qəşəng, gözəl-göyçək arvaddı deyir:

– Bacı?

Deyir:


– Nədi?

Deyir:


– Ətsünnət olmuşam.

Dedi:


– Hə, qardaş.

Dedi:


– Əyalın yoxdu?

Dedi:


– Yoxdu.

Dedi:


Şəriyyətdə bir var kəbin, bir də var siyğa. Kəbini mol­la kəsir, deyir bacı sıyğanı oxuyum özümə. Ətivi verəcəm, ya­ğı­nı verəcəm, paltaruvı verəcəm. Deyir, razısan?

Dedi:


– Razıyam.

Dedi:


– Yaxşı, bilirsən, neçənci arvadım olacağsan?

Dedi:


– Yox.

Dedi:


– On üçüncü.

Dedi:


– İstəmirəm.

Dedi:


– Niyə?

Dedi:


– Sizə ətsünnət olmağdansa, burda ətsünnət olaram.


Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin