İmam Hüseynlə Əli Əkbər
Bir gün İmam Hüseyin Ağa küsüb çıxmışdı Kufədən. Ancağ ordan o qədər məktublar gəldi. Ya Hüseyin, sən burdan gedibsən, bizim günümüz çox çətindi. Sən gəl səni burda xəlifə qoyaq. Məktublar Kufədən gəlmişdi. Bəyəm atamı qılınclamağ yadınızdan çıxıb? Bəyəm qardaşıma zəhər verib öldürməy yadınızdan çıxıb? Mənə nə qədər əziyyətlər verdiyiviz yadımdan çıxıb? Yenə məktublar gələndə İmam balalarına iki nəfər – birinin adı Aqil, birinin adı Tofiq, qoşub onları göndərdi ora. Bu uşağlar getdi, dedilər ki, İmam Hüseyin gəlir. Hər yerdə hər zaman özünün söz gəzdirəni var, aravuran var.
O vaxtı Allah-tala Adəmi də yaratmamışdı, bizdən qabağ ki, Adəmi yaratmamışdı, bütün ruhları yığdı bir yerə, pərdəni götürdü, bir dənə də bayrağ qoydu ora. O pərdəni götürəndən sonra Kərbəla müsübətini ruhlara göstərdi. Dedi, bu bayrağı kim götürə bilər. Bunu Əli Əleyhisalam istədi, İmam Həsən istədi, Əyyub Peyğəmbər istədi, İmam Hüseyin getdi götürdü.
Bunları qarşıladılar, onda Yezit Şamda idi. Şama getdilər ki, ay evin yıxılsın, oturubsan burda, İmam Hüseyin gəlir. Xəlifə keçəcək. İki dənə də uşağ göndərib. Gəldilər bir nəfərin evinə yığışıb əyləşmişdilər. O, uşağları tutdular, hamı qaçdı, hərə bir yerə. O uşağları qətlə yetirdilər.
Bunu eşidən İmam Hüseyin çox kədərləndi, adamlarını da götürüb Kufəyə yola düşdü. İmam Hüseyin Ağa gəlib Kərbəlaya çatdı. Nə qədər istiyir ki, bunun miniyi getsin irəli, getmədi. Düşdü aşağı, başını qoydu sinəsinin üstünə dedi:
– Ay Allah, bura mənim sonumdu, niyə yerimirsən?
Özü də baxıb gördü ki, on bir dəstə qoşun dayanıb. Uşağlar deyir, ata, biz bu yolu gəlib keçəndə heç burda əriy ağacı yoxdu. Burda nə qədər əriy ağacı var. İmam Hüseyin bilir, uşağlara demir. Çox qəmlənib oturmuşdu, Allah Salmana rəhmət eləsin. Ürəyini o qədər imamlara vermişdi ki, Imamın balaları buna əmi deyirdi.
Bir gün günəş yerindən çıxmışdı. Əli Əkbər çadırın böründə, günçıxana sarı durmuşdu. Yəmən şəhərinin şahına dedilər:
– Evin yıxılmasın, gör iki dənə çadır qurulub. Gecənin bir günü keçsə, bizi qıracağlar. Dedi:
– Qalanını biz qırağ da.
Dedi:
– Yox, özüm gedərəm.
Səhər-səhər şah gələndə gördü ki, çadırın böründə elə bil ay canlanıb. Əgər gecə qaranlığ olsa, işıq verər. Gün hava bulud olsa, gün şaxıyar.
Bu şahın bir qızı var idi. Dedi:
– Nə olaydı, bu cavan mənim qızımı alaydı.
Əli Əkbər gördü ki, şah gəlir, yeridi irəli, salam elədi, görüşdü.
Dedi:
– Sən kimin oğlusan?
Dedi:
– Mən İmam Hüseynin oğluyam.
Dedi:
– Atan hardadı?
Dedi:
– Çadırda əyləşib.
Gəldi keçdi içəri, salam eylədi, görüşdü. Əli Əkbər atasından haya eliyib içəri daxil olmadı.
Dedi:
– Ya Hüseyin, sən kimsən?
Dedi:
– Əli oğlu Hüseyinəm.
Dedi:
– Nə işdi, belə?
Dedi:
– Mənimlə vuruşmağa gəliblər.
Yəmən şahı dedi:
– İcazə ver onları bir saatın içində qətlə yetirim.
Dedi:
– Yox. Müharibə belədi. Ana oğulsuz qalar, gəlin yarsız qalar, qız qardaşsız qalar. Bəlkə onlarnan danışaram, razılaşar. İstəmirəm qan tökülsün.
Dedi:
– Ya Hüseyin, bir qızım var onu bu cavana verəcəm. İmam Hüseyin bilirdi ki, günortayacan Əli Əkbər qətlə yetiriləcək.
Dedi:
– Allah mübarək eləsin.
Şahın o saat qəlbi şad oldu. Bu sözü gəldi qızına dedi:
– Qızım, səni bu cavana vermişəm. Günü Günəş əvəz eliyər, gecəni Ay əvəz eliyər.
Dedi:
– Ata, nə o məni gördü, nə mən onu görmüşəm.
Dedi:
– Qızım, görməmiş vermişəm səni ona.
Səhər oldu, müharibə başladı. Allah Salmanı rəhmət eləsin. Aldılar əhatiyə uşağları, böyükləri yığdılar ora. Qəmli-qəmli oturmuşdu İmam Hüseyin Ağa. Düşməndən elçi gəldi dedi, nəyə oturmusan? Nəhlətə gəlmiş dedi, Arvad kimi başıvı aşağı salmısan. Gəl, müharibə eliyirəm. Gəl, qan tökməyə.
Dedi:
– Yox.
Dedi:
– Səni öldürməsəm, getmiyəcəm.
İmam Hüseyin hazırlaşırdı ki, Əli Əkbər gəldi. Dedi:
– Ata, meydana mən gedəcəm.
Dedi:
– Yox, oğul, özüm gedəcəm.
Dedi:
– Ata, sən mənim gözümün qabağında şəhid olsan, mən dözə bilmərəm, özüm gedəcəm.
Dedi:
– Onda anannan vidalaş, ondan sora get. Əli Əkbər gəldi ximələrinə gördü, ana elə qəmli oturub ki. Nə oğulun nitqi olmadı anaya bir söz deməyə, nə də ananın. Onsuz da Əli Əkbər gedir. Durdu ayağa dedi:
– Ya Əli Əkbər, bir ayağ saxla. Sənin tellərinə əl çəkməmişəm, oğul, sənə toy eləməmişəm, əllərə xına yaxmamışam, axı mən qəribəm. Qayda budu. Ana öləndə onu məzara oğul aparır.
Ana-bala vidalaşdılar. Əli Əkbər gəldi, getdi meydana.
Mən aşiq qarğamışa.
Ya Hüseyin.
Ya İmam Həsən.
Ya Imam Hüseyin.
Qar yağar qar qamışa.
Sizin o zülümlərinizə.
Dözərmi qarğamışlar.
Dedi:
– Ey uşağ, sən kimin oğlusan?
Dedi:
– Mən İmam Hüseyin oğluyam.
Dedi:
– Sənin ağzınnan süd iyi gəlir, sən get.
Dedi:
– Az danış, biz həmişə fürsəti düşmana vermişik. Əvvəl sən başla.
O ki onnan döyüşən şəxs fırlatdı qılıncı, düşdü Əli Əkbərin başına. Gördü qan gözlərini tutur, əl atdı torpağ götürdü, çəkdi başına ki, qan gəlməsin. Sora fırlandı, onun başına bir qılınc çəkdi ki, elə bil yerdən duman qopdu. Göydə mələklər əhsən, dedi.
Dedi:
– Sənə demədim uşağsan?!
Dedi:
– Haran sancdı?
Dedi:
– Ürəyimin başı.
Dedi:
– Allah sənə lənət eləsin. Sənin alnın möhür görmüyüb. Sənin dilin “La İlahə İllAllah” demiyib. Ürəyində Allah xofu, Əli xofu yoxdur. Ona görə ürəyin sancdı.
Orda düşmən pəhlivanı ikiyə parçalandı.
Nuh peyğəmbərin yazısı
Nuh Peyğəmbər bilirsiz ki, ikinci Adəmdi. Nuhun gəmisi qərq olandan sonra onun qalıqlarını tapdılar. Bir dənə lövhə tapdılar, onun üstündə yazılar var idi. Dünyanın səkkiz dənə dilçi alimi gətirdilər bunu oxumaq üçün, heç biri də müsəlman deyil. Oxudular onu. Nuh Peyğəmbər yazıb, Ya Rəbbimsən bu beş kimsə üçün bu aləmi yaratmısan. Bu beş kimsəyə görə bizə kömək eylə. Olar da Muhəmməd, Əli, Həsən, Hüseyin, Fatimə. (O dua yazan var ha, onun yaxşısınada lənət eliyib pisdiyirlər.)
Dostları ilə paylaş: |