Gəlin-məleykə
Bir gəlin malaykemiş. Bunun qaynanası dünyada heç kimə yaxşılıq eləməmişdi. Bir dənə qonşusuna qara çömçə, bir dənə süpürgə verir. Biz can verəndə bizim başımızı kəsillər axı. Qaynana can verəndə gəlin məlaykə idi axı. Gedir durur kənarda, əri görub qeyzlənir. Sora mafa gedende malaykə görür, biz görmürüy axı. Görür qara cölməynən süpürgə cala-cala gedir. Gəlin şakqanaq cəkib gülür. Əri dilin-agzın ceyniyir ki, bu niyə gülür?! Ananı məzara qoyaram, bu arvadnan başlıyaram. Ogul gəlib arvadın cagırır. Diyir:
– Neynirsən?
Diyir ki, bura gel, bura! Mənim anam can verirdi, ebele ehali oturmuşdu sən niyə şakqanaq çəkib gülürdün?!
Dedi:
– Soruşma, peşmanciliyin çəkərsən.
Onda diyir yaxşı, mafa gedendə niyə şakqanaq çəkib gülürdün?! Dedi:
– Soruşma, peşman olarsan.
Oğul bir də soruşdu. Gəlin dedi:
– Yaxşı, anan can verəndə munun başın kəsdilər. Camaahat hamı otdi qanın icində, mən onda oturmadım, getdim oturdum qıragda. İkinci mafa gedəndə sənin anan dünyada hec yaxşılıq eləmib, bir qara cölməy, bir də qara süpürgə verib qonşuluğda. Onnar mafanın arxasınca gedirdi. Mən də ona gülürüm. Bunu deyib gəlin gözdən itdi. Malaykə idi də. Oğul başinə, qıçinə döydü. Arvat da əldən getdi, ana da getdi.
Naxələf oğul
Bir arvad, bir kişi olur. Buların heç evladı olmur. Əlin açır Allah dərgahına. Degir, Ya Rəbbim Allah, bizə bir evlad verginən. Yeddi qurban kəsərəm. Allah-tala bulara bir oğul payı verir.
Bu uşağ böyüyür, çıxır küçiyə. O uşağnan oyniyır, onu vurur, bunu vurur. O zad var e, ater. O uşağın gözün kor eliyir, bu uşağın gözün kor eliyir. Bir gün, iki gün, o gəlir ki, uşağın mənim uşağımın gözün çıxardıb, bu gəlib ki, uşağın mənim uşağımın gözün çıxardıb. Bu kişi bilmir ki, neyləsin. Genə əlin açır Allahın dərgahına. Deyir:
– Ya Rəbbim, boyun almışdım ölməyinə, ginə də yeddi qurban kəsərəm, alginən onu mənim əlimdən.
Allah-tala həmən uşağı alır onun əlindən. (Canı əğriyəndə balasın əyağının altında qoyur axı.)
Allaha şükr etmək
Bir kişinən arvad varmış. Buların neçə oğlu var imiş. Kişi Peyğəmbərlərdən imiş. Bir gün bu kişinin bədənin qurd basır. Bədəni belə olir ki, mən nə deyim sənə. Arının zadı olur e, biçör. Bir gün şeytan gəlir ki, bu kişinin imanlığın əlindən alsın. Kişi helə diyirmiş ki, Allah məni bundan da pis günə qoysa, ginə də diyəcəm, min şükür. Bir gün bu kişinin bir oğlu rəhmətə gedir. Deyir, Allaha çox şükür. Bir neçə gündən sora ikinci oğlu rəhmətə gedir. Kişi əlin açır, Allaha çox şükür eliyir. Şəri-şeytan gəlir kişinin yanına. Diyir:
– Sənin başua bu işdər gəlib, ginə diyirsən ki, Allaha min şükür.
Kişinin gəlinləri də ölür. Ginə kişi əlin qaldırır Allahın dərgahına deyir:
– İlahi, sənə çox şükür, İlahi, sənə min şükür.
Yarım saatdan sora kişi oldi cavan bir oğlan. Oğlanları da gəldi, gəlinləri də gəldi, ayləsi də dirildi. Deməli, şeytan bunun ürəyin ala bilmədi.
İnsan Nəfsi
Həzrət Əliyə sual verillər ki, ən mundar şey nədir dünyada?
Deyillər:
– Donuzdu.
Deyir:
– Yox.
Deyillər:
– İtdi?
Deyir:
– Yox, ən mundar şey insanın nəfsidi.
Peyğəmbərin uzaqgörənliyi
İmam Hüseyn gəlir görür ki, yeməy yoxdu, qardaşı Həsən də uşağıdı. Peyğəmbər deyir ki, nədi? Deyər, nədi? Qızı Fatimə deyir ki, evdə yeməy yoxdu.
Peyğəmbər qızı Fatiməyə deyər ki, keç o üzdən yeməy gətir. Keçər o tərəfə, görər cənnətdən gələn xurma. Gətirər verər atasına.
Peyğəmbər çıxardar bir dənə qoyar İmam Həsənin ağzına, öpər dodağınnan. Bir dənə də qoyar İmam Hüseynin ağzına, öpər onun boğazınnan. Çıxanda Fatimə deyər:
– Baba, sən niyə belə elədün?
Deyir:
– Vaxt gələcəy, bunun ailəsi buna zəhər verəcəy. O qoy ölümü yüngül olsun. Vaxt gələcəy, Şümür olacağ bir dənə Şümürüstandan. Bu Şümür ən yaxın dostu olub İmam Hüseynin. Sonra keçib o biri tərəfə. Şümürün taleyini soruşublar ki, kimdi, bu deyib, üzr istəyirəm, filankəsdən əmələ gələnnərdi, 6-7 kişidən əmələ gələndi. Onun ürəyində qalmışdı da o, İmam Hüseyn düz danışmalıdı, danışdı da. Deyir, öpürəm onun boğazının altınnan ki, kafirlər bunun boğazını qoy kəsə bilməsinnər. Budu da, kəsə bilmir.
Loğmanın şağirdi
Loğmanın ən böyük təbibi olub. Günnərin bir günü loğman imtahan götürürmüş. Bütün tələbələr gəlir imtahan verir tibbdən. Axırda nəzəri imtahan imiş, elə-belə imtahan. Görüm bunun biliyi, səviyyəsi çatacaq, çatmayacağ? Bura qoyullar kəlbətin, isti köz, bir də kül. Kim gəlib əlin atıb götürür, yanır əli. Ərəstun baxıb o üzə-bu üzə, gedib külü götürüb, deyib, hə, indi qoyun mənim ovucuma bunu. Qoyublar, keçib imtahannan.
Günnərin bir günü loğman səfərdəymiş. Bunun arvadı möhkəm xəstələnir. Bütün həkimlər yığılar, dayı loğmanın ailəsidi də, xəstələnib, gedəllər bunun yanına. Müalicə eliyə bilməzlər bunu, heç zad yemir. Günü-günnən arığlıyar. Ailəsi gələr deyər ki, Ərəstun, sənin müəlliminin yoldaşı xəstədi, həkimlər onu müalicə eliyəmmir. Sən də get dəy. Səninçün də zəhmət çəkib, sənin müəllimin olub, təbibin olub. Gedər, görər bütün müalicələr olub.
Deyər:
– Deyin görüm mənə, bu loğmanın yoldaşının əsli, nəsli, zatı hardandı?
Deyillər:
– Bunun zatı dağdandı.
Deyib:
– Buna pendir verün, doşab verün, lavaş verün, bal verün, dağ suyu verün. Bunu eliyənnən sora qadın düzələr.
Yolda loğmana deyillər ki, Loğman, bəlkə də ailən indi gedib rəhmətə.
Gələr, görər arvad sağdı. Bütün əhvalatları danışar. Deyər:
– Səni kim sağaltdı?
Deyər:
– Sənin şagirdün Ərəstun.
Deyir:
– Sənə nə dedi?
Deyir:
– Mənə dedi ki, sənin kökün, nəslin hardandı, dedim dağdan. Müalicələr yazdı. Mən onnan sağaldım.
Deyir:
– Əhsən ona.
Loğmanın möhləti
Bir dəfə Əzrayıl Loğmana deyir ki, sənin canıvı alacam.
Deyir ki, mənim canımı gedək o çəmənniyin, çayın qırağında al.
Gedir.
Deyir:
– Oxxay, necə yaşamalı dünyadı.
Əzrayıl deyir:
– Loğman, sən niyə dedin mənim burda canımı al?
Deyir ki, onsuz da öləcəm, dedim, gözəl bir təbiət namında ölüm.
Dostları ilə paylaş: |