Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev
Sevinc ƏLİYEVA
A MEA Folklor İnstitutunun doktorantı
e-mail: aliyev-n88@mail.ru
FOLKLORDA QURBANVERMƏ MOTİVİ PROBLEMİNİN
NƏZƏRİ-METODOLOJİ VƏ RİTUAL-MİFOLOJİ ƏSASLARI
Xülasə
Azərbaycan folklorunda qurbanvermə motivinin ritual-mifoloji semantikasının öyrənilməsi folklorşünaslığın aktual mövzularındandır. Qurbanvermənin ritual və folklor konseptləri bir-biri ilə sıx bağlıdır. Qurbanvermə canlı ritual, qurbanvermə motivi isə onun folklor mətnindəki obrazıdır. Qurbanvermə ritual vahidi kimi “subyekt – qurban – kult” sxemi üzrə təşkil olunur. Ağac və daş pirləri ilə bağlı qurbanvermədə ağac və daş ilkin əcdad haqqında mifik təsəvvürləri özündə qoruyur. O cümlədən müqəddəs kultlarla bağlı qurbanvermədə də ilkin əcdad kompleksini bərpa etmək mümkündür. “Oğuznamə”lər qurbanvermənin arxaik şəkilləri ilə zəngindir. Nağıllarda insan qurbanvermənin izləri bərpa olunur. Əfsanələrdə qurbanvermə xaosdan kosmosun yaradılması mexanizmi kimi çıxış edir.
Açar sözlər: folklor, qurbanvermə, motiv, ritual, mifologiya, qurban, kult
Dostları ilə paylaş: |