ƏDƏBİYYAT
1. Anar. Türk dünyasının nadir söz abidəsi / “Kitabi-Dədə Qorqud” ensiklopediyası, I c. Bakı, Yeni nəşrlər evi, 2000, s. 16-23.
2. Cəfərov N. Ön söz / Əhməd Yəsəvi. Divani-hikmət. Bakı, Çaşıoğlu, 2004.
3. “Kitabi-Dədə Qorqud” ensiklopediyası I, II c. Bakı, Yeni nəşrlər evi, 2000.
4. Kitabi-Dədə Qorqud. Bakı, Öndər nəşriyyatı, 2004.
Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü Muxtar İmanov
Nailə ƏSKƏR
F ilologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutunun böyük elmi işçisi
e-mail: qaracantali@live.com
“KİTABİ-DƏDƏ QORQUD” ABİDƏSİNİN NƏŞRİ VƏ
BİBLİOQRAFİYASI TARİXİNƏ BİR NƏZƏR
Xülasə
“Kitabi-Dədə Qorqud” bənzərinə çox az rast gəlinən dünya eposudur. Oğuz tayfalarının tarixi salnaməsi və yaşayış normasıdır. Bu dəyərli abidə bizə əcdadımızın hünər, igidlik, dostluq, sədaqət kimi bəşəri duyğularını və dövətçilik, idarəetmə, savaş, məişət sahəsindəki gələnəklərini miras qoymuşdur. Abidə elm aləminə bəlli olduğu gündən bu yana heç vaxt aktuallığını itirməmiş, həmişə dünya və türk xalqları alimlərinin tədqiqatlarında yenidən həyat qazanmışdır. “Kitabi-Dədə Qorqud” dili, tarixi, coğrafiyası, tərbiyəvi fikirləri, mifoloji cəhətləri, daşıdığı bəşəri dəyərləri və s. ilə nadir dünya folklor nümunəsi və yazılı abidəsidir.
Bu yazıda abidənin nəşr və biblioqrafiya tarixinə bir nəzər salınır, dünya folklorunun incisi “Kitabi-Dədə Qorqud”un H.F.fon Dits tərəfindən elm aləminə tanıdılmasının 200 illiyinə həsr olunmuş, yekunlaşdırmaq üzrə olduğumuz biblioqrafiyanın hazırlanma prosesində iş üslubumuzdan, qarşımıza çıxan çətinliklərdən, bu sahədə olan boşluqlardan bəhs edilir.
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, biblioqrafiya, Azərbaycan, kitab, məqalə, dissertasiya, nəşr
Dostları ilə paylaş: |