D ədə Qorqud ● 2016



Yüklə 2,43 Mb.
səhifə80/154
tarix01.01.2022
ölçüsü2,43 Mb.
#103364
1   ...   76   77   78   79   80   81   82   83   ...   154
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy

Dürnisə SƏFƏROVA

A MEA Folklor İnstitutunun doktorantı

e-mail: dseferova@qu.edu.az
FOLKLORŞÜNASLIQDA KONTAMİNASİYA HADİSƏSİNƏ

ÜMUMNƏZƏRİ BAXIŞ
Xülasə

Kontaminasiya süjetlərin təhrifi və dolaşıqlıq kimi qiymətləndirildiyi üçün folklorşünaslıqda uzun müddət onun öyrənilməsinə əhəmiyyət verilməmişdir. Yalnız keçən əsrin II yarısında M.P.Ştok­mar və N.M.Vedernikovanın araşdırmaları sayəsində bu hadisənin yaradıcılıq tərəfləri üzə çı­xa­rıl­mış, bun­dan sonra süjet birləşmələrinə maraq artmışdır. Məqalədə kontaminasiya hadisəsinə dair aparılmış araşdırmalar təhlil olunaraq söylənilən fikirlər ümumiləşdirilmiş və gəlinən qənaətlər ifadə edilmişdir.

Folklorşünaslıqda kontaminasiyaya münasibətdə tədqiqatçılar iki qrupa ayrılır: bir qismi yara­dıcı, digərləri isə mexaniki birləşmələri kontaminasiya hesab edir. Onlardan fərqli olaraq, bu məqa­lədə mexaniki və yaradıcı birləşmələr eyni prosesin müxtəlif tərəfləri kimi səciyyələndirilir və qeyd olu­nur ki, təcrübəli, usta söyləyicilərin repertuarında birləşmə yaradıcı şəkil alır, əsas süjetin inkişafına, obra­zın, personajların açılmasına xidmət edir, təcrübəsiz və səriştəsiz söyləyicilərin yaradıcılı­ğında isə me­xaniki şəkildə baş verir və unudulan, yaddan çıxan hissəni doldurmağa xidmət edir. Bununla belə, hər iki halda biz kontaminasiya hadisəsi ilə qarşılaşırıq.

Açar sözlər: kontaminasiya, süjet birləşməsi, nağılçılıq ənənəsi, nağıl, təsnifat, N.M.Veder­nikova.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin