D ədə Qorqud ● 2017


Nümunə 5. “Yay gəlsəydi, şortik geyinənlərə pis baxardıq” Nümunə 6



Yüklə 2,56 Mb.
səhifə109/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   105   106   107   108   109   110   111   112   ...   184
Nümunə 5. “Yay gəlsəydi, şortik geyinənlərə pis baxardıq”

Nümunə 6. “Qardaş gəldi gedərdi. Arvaddan bərk yapış”


Eyni zamanda o xalq arasında geniş yayılmış paremik ifadələrin modern dün­yanın şərtlərinə uyğun yenidən interpretasiyasını təqdim edən obraz kimi də çıxış edir:








Nümunə 7.

Dəvəyə deyiblər ki, boynun ni­yə əyridi? Anası cavab ve­rib ki, telefonla oynamaqdan”

Nümunə 8.

Balama qurban



chipsilər.

Balam haçan cip sürər?”

Nümunə 9.

“Bir qızın ən yaxşı

cehizi,

kredit açılmamış adıdı”


Burada (Nümunə 7) azərbaycanlıların geniş yayılmış paremik ifadələrindən biri “dəvəyə deyiblər, boynun niyə əyridi, deyib ki, haram düzdü ki, boynum da düz ola?” əsasında formalaşmışdır. Lakin bu nümunə tamamilə yeni məzmunda, müasir dövrün aktual mövzuları əsasında meydana çıxmışdır. Mexanizm eyni olsa da, məzmun müasirdir, günümüzün reallıqlarına əsaslanır. Burada gülüş doğuran məhz dəvənin boynunun əyriliyi ilə telefonla həddindən artıq vaxt keçirənlərin müqayisə olunmasıdır. Zahirən nə qədər komik görünsə də, fikrin mahiyyətində dərin bir tənqid, aktual bir problemə çağırış vardır.



Həmçinin digər fakt (Nümunə 8) Azərbaycan folklorunda mövcud olan “oxşa­ma” (uşaqlar haqqında söylənilən ritmik deyimlər) nümunəsidir ki, burada da həmin proses baş vermişdir. Böyüklər tərəfindən uşaqların əzizlənməsi məqsədilə deyilən bu ifadələrdə, adətən, uşağın tezliklə yeriməyə başlaması, dil açması, əl çalması və s. kimi arzu və niyyətlər ifadə olunur. Buradakı “chipsi” (çipsi – qızar­dılmış kartof dilimləri) sözü ilə “jeep” (cip – hündür minik maşınlarına deyilən ümu­mi ad) sözü­nün səslənişindəki (çipsi və cip) oxşarlıq hesabına yeni folklor nümunəsi yaranmışdır ki, bu da ənənəvi folklorda müqayisə olunan predmetlərdən tamamilə fərqlidir. Lakin bu ifadənin məhz Albert Eynşteynin şəkli üzərində əks olunması, yəni onun “dilindən” ifa olunması yeni bir situasiya yaradır. Mənbəyini ənənəvi folklor qəli­bindən götürən bu nümunə virtual mühitdə xalq biliyinin rəqəmsallaşma texno­logiyasını açıq şəkildə bizə təqdim edir. Belə ki, virtual kommunikativ mühitdə geniş populyarlıq qazanmış, başqa şəkildə desək, virtual folklorun ənənəvi obrazına çev­rilmiş Albert Eynşteyn ünsiyyət zamanı situasiyaya münasibətin formalarından birinə çevrilmişdir. Yəni hər hansı bir müzakirə zamanı İnternet istifadəçisi hadisəyə və yaxud da “status”a (sosial şəbəklərdə hər hansı bir şəxsin öz profilindən paylaşdığı fikir) “comment” (koment – şərh) verərkən birbaşa özünün “adından” deyil, Eyn­şteynin şəkli üzərində dəyişiklik etməklə, sanki onun “adından” reaksiya bildirmiş olur. Bu isə, təbii ki, hər hansı adi, sadə bir şəxsin deyil, özü ilə bərabər daşıdığı məna cərgəsini də aktuallaşdıran Albert Eynşteyn ictimai tribunasının da emosional-ekspressiv semantikasını daşıyır. Fikrimizin təsir imkanlarını artırmaq, legitimliyini təmin etmək üçün atalar sözü modelindən istifadə etdiyimiz kimi, virtual folklor nümunələrində də Albert Eynşteyn obrazından istifadə olunur.

Yaxud (Nümunə 9.) ölkəmizdə son 10-15 ildə insanlar arasında “kreditə pul götürmək” geniş yayılmışdır və onunla bağlı müxtəlif tipli söhbətlər populyarlıq qazanmışdır. Təbii ki, milli zəmində sosial gərginlik yaradan belə bir “tema”nın kollektiv yaradıcılıq nümunələri ortaya çıxarması, çox təbiidir. Əvvəla, onu deyək ki, xalq arasında bu ifadənin əsli belədir: “Bir qızın ən yaxşı cehizi, abır və ismətidir”. Burada isə, həmin qənaət və ya tövsiyyədən, ümumiyyətlə, söz getmir. Bu, bir tərəfdən, müasir dövrdə “abır”, “həya”, “ismət” və s. kimi anlayışların prioritetliyini itirdiyinə ironik şəkildə işarə vurmaqdırsa, digər tərəfdən də populyarlıq qazanmış başqa bir “tema”nın da “reytinq”inin yüksəkliyini nəzərə çarpdırmaqdır. Çünki bu­rada əsl ifadəyə, yəni həmin ifadənin kəsb etdiyi dünya görüşünə, fəlsəfəyə alternativ irəli sürülür. Yeri gəlmişkən onu deyək ki, virtual sosial şəbəkələrdə meydana çıxan yeni folklor yaradıcılığı nümunələrində müşayiət olunan bu tipli proseslər – yüksək reytinq qazanmış mövzular, ənənəvi deyim və ifadələrə alternativlərin meydana çıxması, onların kəsb etdiyi mənalar bütövlükdə cəmiyyətdə sosial proseslərin “nəbzinin” tutulması, analizi və proqnozlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, yuxarıdakı nümunə də bu cəhətdən kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Həmin mövzunun Albert Eynşteynin adından səsləndirilməsi isə virtual folklor yaradıcılığında müşahidə olunan tendensiyalardan biridir.





Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin