D ədə Qorqud ● 2017


Sofiyeva Tahirə Müslüm qızı, 1960-cı il təvəllüdlü. Sarıbaş kəndi



Yüklə 2,56 Mb.
səhifə157/184
tarix01.01.2022
ölçüsü2,56 Mb.
#102842
növüXülasə
1   ...   153   154   155   156   157   158   159   160   ...   184
Sofiyeva Tahirə Müslüm qızı, 1960-cı il təvəllüdlü. Sarıbaş kəndi

D ədə Qorqud ● 2017/ I
Sarıbaşlılar deyir, İlisuda qala var,

Sarıbaşda Tala var.

Sizin Tovla-tala olan kimik

Bizin də Xinqal tala var.


İlisulular diyi, İlisuda qala var,

Qaxda karvansara var.

Sizin Sarıbaş yekalıx,

Bizin Tovla-tala var.


At-ülgənin yatağı,

Qızılgülün putağı.

Qardaş, mübarək olsun,

Təzə tikən otağı.


Qardaş, qoyun kimindi,

Sana qor, neçə mindi.

Soruşmağ ayıb doqul,

Sen sevən qız kimindi?

155

Qoyun geliy iziynən



Ayağının toziynən.

Qardaş mennən yad oldu,

Yad qızının sözüynən.
Forma papağ təpəsi,

İçində gül sənəsi.

Senin ananmı yoxdur,

Sağa çarə tapası.


İlisu bi bucaxdı,

Gülü qucax-qucaxdı.

İlisuya koçan qız

Cennəti qoracaxdı.


İlisunun meşəsi,

Ətirli bənöşəsi.

Sizə salam göndəriy,

Seyidəlilər məhləsi.



Asiyət nənə. İlisu kəndi, Tovla tala məhləsi ( Söyləyici vəfat edib).
Əzizinəm, a dağlar,

Üsdü qar basdı dağlar.

Həmməşə toy-busatdı

İndi də yaslı dağlar.



Məmmədova Əfruz, 1945-ci il təvəllüdlü. Təqaüdçü, İlisu kəndi
OYUNLAR

Tonqay Məlik

I mətn

Ənənələrimiz zəngindi. Məhşur Tuğay Məlik rəqsi var. İki kamanda oluy. Deyişmə oluy. Biri diyi:

Bağa bi qoç giripdi, Tonqay Məlik

O biri diyi:

Qoçun buynuzu sinipdi Salaməleyküm.

Həblə deyişməynən davam eliy.



Yəhyayev Rəcəb Yəhya oğlu. 1954-cü il təvəllüdlü. Ali təhsilli, riyaziyyat müəllimi. Sarıbaş kəndi
II mətn

Sarıbaş kəntinə məxsus Tonqay Məlik folklor ansamblı olupdu. 6-8 qız. Bi qarı nənə gəliy əlində palaz. Palazı sala-sala diyi, eh bu qız koçumax nə çətin işdi. Gərək yun darıyasan, ip əyirəsən, palaz toxuyəsən. Camaat 3-4 qız koçuruy. Görəsən, mən bircə qızımı nicə koçuracam diyəndə bi cavan qız əlində səhəng elə bil, ötiy yoldan. Diyi, ay Sənəm nənə, noolub, niyə belə ah-vay eliyisən? O da diyi, necə ah-vay elə­mi­yim? Qabaxda xeyir işim, bircə köməyim də yox. Kömək məndə, Sənəm nənə, - diyip qız səhəngi də götürüp çıxıy səhnədən. Gəlin qızlar, diyip bi sürü qızı yığıp gətiriylər. Ortada Sənəm nənə, yanında da qızlar uturuylar. Biri yun didiy, biri corab toxiy, biri onu, biri bunu eliyi, qız koçumağa hazırrığ gidiy. Qız da cehizinə öz toxuduğu şeylərdən qoymalı imiş. Sənəm nənə qorıy, hamısı sakit duriylər, diyi, ay qızlar, niyə sakit duriysiz, deyin, gülün, şənlənin. Qoy gecəniz xoş keçsin. Qızlardan biri diyi, ay Sənəm nənə, elin adəti var, böyük olan yerdə kiçik danışmaz. Əvvəl siz deyin, soora da biz başliyəx. Sənəm nənə də qoca arvaddı. Qızları güldürməkdən ötrü oxiyi:

Ay doğdu, pəri, pəri

Yaylığın ucu zərri.

Girəydim yar qoynuna,

Çıxaydım, tərri-tərri.

Qızlar da zarafatnan "ay Sənəm nənə, sənin belə işlər də varmış?" Sənəm nənə də diyər, həyindi siz diyin, mən qulağ asım. Qızlar bayatı diyillər. Sənəm nənə diyi, hər şey yaxşı, bi rəqs də olsa, lap yaxşı. Qızlar ayağa duruylar, həmən bizin Sarıbaş rəqsi çalınıy. Qızlar oyna-oyna iki dəstə düzülüylər. Başlıylar oxumağa:

Məhlədə qoç yatıpdı, Tunqay Məlik,

Qoç buynuza çatıpdı, Salaməleyküm.

Birinci dəstə gəliy qabaana. Sonra başlıyı:

Heyf, qoçun qolları, Tonqay Məlik,

Quru yerdə qalıpdı, Salaməleyküm - diyə dala çekiliylər.

Sora başlıyi, o biri dəstə gəlməğa:

Sarıbaşın yasdı yolu, Tonqay Məlik,

Sel gəldi basdı yolu, Salaməleyküm.

Getmişdim yar görməyə, Tonqay Məlik,

Düşmənlər kəsdi yolu, Salaməleyküm.

Məhlədə atım izlər, Tonqay Məlik,

Yardan doymadı gözlər, Salaməleyküm.


..............................

Salam-dua yazdıran

Dilivə yara çıxsın,

Arada söz gəzdirən.

Rəqs qurtalannan soora Sarıbaş rəqsiynən gəlip Sənəm nənənin başı üsdə ayaq üsdə duruylar. İki qız:

Əzizim, yad olmasın

Ömründə şad olmasın.

Unudulsun unudan

Ömründə şad olmasın.

Bunnan sora Sənəm nənəni qaldıriylər. Yenə Sarıbaş mahnısiynən Sənəm nənə özü ounuya, qızlar da yanında biri cəhrəni qotura, biri tarağı, biri yunu qaturub səhnədən çixiylar.

Oyunun tarixini mən cavan olanda mədəniyət evində işləndə nenədən soruşmuşdux. Nenənin əsli tərəkəməydi. Bura ərə gəlipdi. Minəxatın əədə çox gözəl ağlabatan didi. Tonqay Məlik adı dildən dilə keçdikcə elə olupdu. Belində donqarı olan Məlik adında bi kişi olupdu. Hona salam veriysənsə, o sağa şeirnən cavab qaytarıymış. Əleyküm salamı şeirnən qaytarırmış. Adama salam verəndə də həmən salamı bayatıynan diyiymiş. Ho cümlə işlətmirmiş. Honu sözlərdi Tonqay Məlikdə işlənən. Bizə gəlip çatıncan Donqar Məlik olupdu Tonqay Məlik, Tunqay Məlik.

Zəli-zəli

Bizin variydi Zəli-zəli mahnısı:

Ay zəli-zəli, vay zəli-zəli

Bağçada itirdim nazlı yarı.


Titrə bənövşə

Titrə bənööşə öyüni vardı ha. Nenə də rəhmətə gitdi, ildən ilə kəntdə də oğul-uşax azaldı, eləmədıx. Bi Tonqay Məlik öyununu saxla bildix.




Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin