3. Folklorun kommunikativ funksiyası
Bu funksiya istənilən növ informasiyanın ötürülməsini nəzərdə tutur. Belə demək tamamilə doğrudur ki, folkloru insanlararası kommunikasiya yaratmışdır. Və ardınca belə demək də tamamilə doğru olardı ki, kommunikasiyadan doğulan folklor insanlar arasında daha mükəmmə kommunikasiyanın yaranmasını şərtləndirən əsas mədəni təsisat funksiyasını da həyata keçirmişdir. Ünsiyyət üçün lazım olan mühüm şərt ünsiyyətin subyektlərini birləşdirən vahid düşüncə modelinin, vahid yaddaş mexanizminin, vahid təsəvvürlər sisteminin olmasıdır. Folklorun şifahiliyi imkan vermişdir ki, yazının olmadığı dövrlərdə o, əsasən, müəyyən bir etnik toplum üçün vahid düşüncə modeli formalaşdıra bilsin. Tarixən kollektiv təcrübə yalnız sadəcə olaraq nəsildən-nəsilə ötürülmürdü. Təcrübə nəsildən-nəsilə ötürülməklə yanaşı, sinxron olaraq həm də normativləşdirilirdi. Bizim bu gün, əsasən, estetik funksiyalı folklor mətnləri kimi nəzərdən keçirdiyimiz bir sıra nümunələr, xüsusən, paremioloji vahidlər, kiçik həcmli folklor vahidləri özündə qədim dövrlərin mifoloji görüşlərini daşıyan ilkin ünsiyyət trafaretləridirlər. Atalar sözlərinin, məsəllərin, alqışların, qarğışların, duaların və s.-nin monofolklor mədəniyyəti mərhələsinin kommunikasiya aktı kimi nəzərdən keçirilməsi mümkündür. Folklorun kommunikativ funksiyası ilə bağlı rus folklorşünası Sergey Neklyudov internetdə yerləşdirilmiş videorolikdə geniş məlumat vermişdir (3).
Folklorun kommunikativ funksiyası ilə bağlı nəzərə alınması zəruri məsələlərdən biri də bu funksiyanın çoxparametrliliyidir. Yuri Mixayloviç Lotman mətnin sosial kommunikativ funksiyasından bəhs edərkən onun beş istiqamətdə əlaqə tiplərini ayırıb fərqləndirir (4, 129-132).
Həmin əlaqə tipləri baxımından folklorda kommunikasiyanın aşağıdakı istiqamətlərini ayırıb fərqləndirmək mümkündür:
|