DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu


Əfqan: Ay işığı süd kimi, Arxalığın çit kimi. Gəlmə bizim məhliyə, Öldürəllər it kimi. Eldar



Yüklə 1,49 Mb.
səhifə69/131
tarix04.01.2022
ölçüsü1,49 Mb.
#56519
növüXülasə
1   ...   65   66   67   68   69   70   71   72   ...   131
    Bu səhifədəki naviqasiya:
  • Əfqan
Əfqan:

Ay işığı süd kimi,

Arxalığın çit kimi.

Gəlmə bizim məhliyə,

Öldürəllər it kimi.
Eldar:

Dağlarda, meşələrdə,

Şam yanar şüşələrdə.

Sən girdin yar qoynuna,

Mən qaldım küçələrdə.
Əfqan:

Oxuyan Sənəmdimi?

Gözündəki nəmdimi?

Camahatdan soruşun

Əvvəlki Sənəmdimi?
Eldar:

Xəncərimi bağlaram,

Düşmənimi dağlaram.

Yar yadıma düşəndə

Yüz il kimi = uşax kimi ağlaram.
Əfqan:

Gülüzanın yollarında

Morux bitər kollarında.

Ay Allah, öldür məni

Nazlı yarın qollarında = qucağında.

Eldar:

Mazımçayın1 haçası,

Bir sirrim var açası.

Bakıda2 bir qız gördüm,

Mən götürüb qaçası.
Əfqan:

Car yolunu düz gördüm,

Üsdündə bir qız gördüm.

Saçları beş yüz manat,

Mən hələ ucuz gördüm.

“Çay daşı, çaylax daşı” havasının adı bu hava üstündə oxunan hayladan götürülmüşdür. Həm Əzizə Cəfərzadənin yazdığına görə, həm də söy­lə­yi­ci­lə­rin dediyinə görə, Sənəm bu havanı çox gözəl ifa edirmiş. Rəhmanov Əfqan Zey­bəd­din oğlu həmin havanın üstündə bizə aşağıdakı haylaları oxudu:

Çay daşı, çaylax daşı,

Çaylağın xırda daşı.

Getmişdim iməciyə,

Verdilər lobya kaşı3.


Tənəkdə üzüm qara,

Dərib göndərdim yara.

Məni yardan ayıranı

Rahat getməsin gora.


Reyhanı səpdüm düzə,

Göyərib çıxdı dizə.

Ay istəkli sevgilim,

Gəl danışaq üz-üzə.

Bölgə insanlarının xatirələrində dambırçıların bədahətən hayla deməsi ilə bağ­lı xeyli əhvalat dolaşır. Hayla, adətən, bədahətən söylənir. Yəni yaxşı hayla deməyi bacaranlar yeri gələndə fikirlərini hayla ilə ifa edirlər. Balakəndə müxtəlif situasiyalarla bağlı yaradılmış haylalar haqqında əhvalatların bir qismi də Sənəm haqqındadır. Onlardan birini də bizə Dambırçı Nizam danışdı. “Sənəm əyninə sırıxlı geyinərmiş. Bir Əjdər Əsədov adında katib varmış. Görüb Sənəm gəlir. Yanın­da­kılara deyib: “Habı istidə bu niyə sırıxlı geyinib? İsti olmurmu, görəsən?” Sənəm də elə bil bunun dediklərini hiss eliyibmiş. Bunların yanına çatanda deyir:

Sinavar duran yerdə,

Burğusun buran yerdə.

Ət gedib, sümük qalır,

Qocalıx duran yerdə.

Yəni isti havada əyninə sırıqlı geyinməsinin səbəbini izah edir ki, qocalmı­şam, soyuq olur. Deyir, katib birbaşa yüzdüyü qaşqasına yapışdırıf ki, halaldı sanıa.” Dam­bırçı Nizam Sənəmin bir neçə haylasını da bizim üçün dambırda çalıb oxudu. Onun dediyinə görə, məclislərdə dambır çaldığı zaman bəzən məclis iştirakçıları on­dan Sənəmin də haylalarını oxumasını istəyirlər və o zaman aşağıdakı haylaları de­yir:

Əzizim, Gülüzana,

Gün düşüb Gülüzana.

Sənəmi görmək istiyən,

Gəlsinnər Gülüzana.


Çağırdım Sənəm deyib,

Hay verdi: “Mənəm deyib”.

Əyil, üzünnən öpüm,

“Bu mani sənin” deyib.


Hayla diyən Sənəmdimi?

Gözlərində nəmdimi?

Bir Sənəmnən soruşun siz,

Həminki Sənəmdimi?

Bu bayatının nəqarətli formasını da qeydə ala bildik. Söyləyicinin dediyinə görə, bu, asta oxunan haylaydı. Qızlar oxuyurmuşlar:

Gələn Sənəmdimi aman, aman, yarım?

Gözündəki nəmdimi, nazik bədən?

Görənlərdən soruşuram, aman,

Aman yarım Sənəm ol, Sənəm.

Deyilmi nazik bədən?


Nəqarət:

Ay nazik bədən,

Səndən ayrılmışam, gözəlim.

Dambırçı Nizam sonda özündən əvvəlki sənətkarlara hayla ilə rəhmət oxumağı da unutmadı:

Qoy Nizamın adı olsın,

Həmişə ağızda dadı olsun.


Cəmi ölən sənətdəkilərin,

Qoy ruhları şad olsun.




Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin