«DƏDƏ qorqud kitabi»nin diLİ


yum vermək, uru turmaq, qu qılmaq, bağır basmaq, yürüyü vermək, sığraq sürdürmək, yarımasın



Yüklə 47,41 Kb.
səhifə2/9
tarix15.03.2022
ölçüsü47,41 Kb.
#114849
1   2   3   4   5   6   7   8   9
2. DƏDƏ QORQUD KİTABI

yum vermək, uru turmaq, qu qılmaq, bağır basmaq, yürüyü vermək, sığraq sürdürmək, yarımasın-yarcımasın, ağız-dildən görklü salam vermək, ağ tozlu qatı yay, ov ovlamaq-quş quşlamaq, qadınım ana, qara polad uz qılınc, at ayağı külük- ozan dili çevik olur, qılıcıma toğranayım, oxıma sancılayım, topraq kibi savrılayım və s.

‖Dədə-Qorqud‖un dilindəki arxaikləşmənin bir qismini semantik arxaikləşmə təşkil edir. Yəni dastanın leksikasının müəyyən qismi dilin sonrakı mərhələlərində, bugünkü milli dildə həmin əski fonetika-morfologiyası ilə qalır, ancaq başqa lüğəti məna daşıyır: oxumaq –çağırmaq‖, mırlamaq –guruldamaq‖, hayqırmaq, halal –həyat yoldaşı‖, dövlət –‖ağıl‖, qayırmaq –qorxmaq‖ –darıxmaq‖, dərilmək –yığılmaq‖, –toplanmaq‖, qat –yan‖, –dəfə‖, baba –ata‖, qaba –böyük‖, –bərk‖, kəpənək –yapıncı‖, banlamaq –əzan vermək‖, səxt olmaq “ pərt olmaq‖, uğur –yol‖, ər –kişi‖, ürkmək –qaçmaq‖, yortmaq –getmək‖ (insana aid), –yemək‖ –xörək‖, toy –qonaqlıq‖, yürütmək –tanıtmaq‖, kişi “adam‖, oğul/oğlan –övlad‖ (qız və oğlan xeylağı), qarı “qadın‖, bitmək –yetişmək‖ (bəbəkləri bitsin-balaları olsun- yetişsin) və s. Belə leksik-semantik təkamül Azərbaycan dilinin təşəkkülündə müxtəlif türk tayfalarının iştirakı ilə şərtlənir. Təsadüfi deyil ki, bu sözlərin müəyyən qismi müasir dövrdə başqa türk dillərində həmin Qorqud semantikası ilə işlənir, indiki Türkiyə türkcəsində baba-ata, qarı-qadın, həyat yoldaşı, ər-kişi , kişi - adam mənalarındadır və s.

«Dədə Qorqud»un dilində eyni zamanda xalq dilinin ilk təşəkkül mərhələsinin bəzi xüsusiyyətləri müşahidə olunur- bunlar XIII əsrdən sonra epizodikdir, hətta bəzən nadir hadisədir. Bu əlamətlərdən biri odur ki, dastanın dilində köməkçi nitq hissələri zəifdir, bağlayıcı xeyli azdır, onun funksiyasını intonasiya yerinə yetirir. Bu, abstraksiyanın aşağı mərhələsinin xüsusiyyətidir. Köməkçi nitq hissələrindən ən yüksək abstraksiya ilə bağlı olanı modal sözlərdir. Təsadüfi deyil ki, –Dədə-Qorqud‖-un dilində ən zəif kateqoriya modal söz qatıdır.

Müəyyən sözlər tarixi inkişaf nəticəsində müstəqil leksik vahid hüququnu itirmişsə də, indi söz tərkibində özünü xatırladır. «Kitab»da ut - abır, həya; utlu/udlu - abırlı, həyalı; utsuz/udsuz - abırsız. İndi utanmaq, utancaq sözlərinin tərkibində qalır: ut+an; «Kitab»da al – hiylə. İndi aldatmaq feilində: al+dat; yalan=(y)al+an, yaltaq=(y)al+taq sözləri də həmin köklə bağlı olmalıdır. «Kitab»da dan-dansux - söz-sov, xəbər, məzəndə. İndi: dan+ış, dan+la, dan+maq.

Abidədə müxtəlif dil yaruslarında təşəkkül dövrünün əlamətlərindən biri kimi faktların paralelliyi müşahidə olunur. Eyni məfhumun verilməsi üçün müxtəlif mənşəli leksik vahidlərdən, yaxud sözlər arasında eyni tipli əlaqə üçün müxtəlif morfoloji göstəricilərdən istifadə olunur. Həmçinin bir söz bir neçə fonetik variantda söylənir. Əlbəttə, bu, dildə mövcud olan adi sinonimlik, yaxud ədəbi dil üçün səciyyəvi olan variantlılıq tipindən fərqlənir. Müəyyən leksik vahidin, morfemin və ya fonetik təzahürün seçilməsində, hansına üstünlük verilməsində ixtiyarilik yoxdur, formalaşmış münasibət müəyyənləşmir. Eyni zamanda bu müxtəlifliyi qarmaqarışıqlıq kimi də qələmə vermək olmaz. Yaxud belə də demək olar ki, bu, sistematik qarışıqlıqdır. Müəyyən inkişaf mərhələsində dövrün tarixi koloriti kimi təzahür edir: bir tərəfdən, müxtəlif türk tayfa dillərinə məxsus faktlar xalq dilində sinonim kimi işlənir, ikinci tərəfdən, danışıq dili və ədəbi təzahürlər differensiasiya tapmayıb, üçüncü tərəfdən, başqa dillərdən-ərəb və fars dillərindən mənimsəmələr hələ vətəndaşlaşmayıb. Bu, ümumiyyətlə, ədəbi dilin başlanğıc mənzərəsidir. Abidənin həcminə, böyük söz tutumuna uyğun olaraq bu paralellikdə-qarışıqlıqda xüsusi rəngarənglik görünür, burada ilk dövrlər ədəbi dilimizin bütün mənzərəsi öz təzahürünü tapır. Şübhəsiz, həmin ümumi təzahürdə –Dədə- Qorqud‖un özünəməxsus cizgiləri vardır ki, bu da dövrün möhürü ilə yanaşı və ondan əlavə, həm də əsərin bədii-üslubi fərdiyyəti ilə müəyyənləşir.

Müxtəlif tayfa dillərindən gələn leksik paralelizim: demək- ayıtmaq, etmək-qılmaq, sunmaq-vermək, getmək-varmaq, dağ- yumru, sağ-əsən, alp-yigit, çalış-döyüş-vuruş. Ərəb, fars və türk mənşəli sözlərin paralelizmi: pir-qoca, cəng-savaş, allah- tanrı-təala, ayaq-sürahi, axirət-son uc, yazı-biyaban, sağ- salamat, evrən-dünya-aləm...

Leksik paralelizmin təzahüründə yekrənglik yoxdur. Bəzən ekvivalentlər mürəkkəb söz məqamında işlənir:


Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin