«DƏDƏ qorqud kitabi»nin diLİ



Yüklə 47,41 Kb.
səhifə4/9
tarix15.03.2022
ölçüsü47,41 Kb.
#114849
1   2   3   4   5   6   7   8   9
2. DƏDƏ QORQUD KİTABI

Anuŋ ardınca, görəlim, kimlər yetdi....

Oğuz bəgləri ilə Tondar sağa dəpdi. Cilasun-yigitləri ilə Qarabudaq sola dəpdi. Qazan kəndü dopa dəpdi. Təkür ilə ġökli Məlikə həvalə oldu. Bəgirdübəni atdan yerə saldı. Alça qanın yer üzərinə dökdi. Sağ tərəfdə Qara Tükən Məlikə Tondar qarĢu gəldi. Qılıcladı, yerə saldı. Sol tərəfdə Buğacıq Məlikə Qarabudaq qarĢu gəldi. Sancubanı yerə çaldı‖. – «Dədə-Qorqud kitabı»nın dilindən gətirilmiş bu parçada (qalan hissələrdə də vəziyyət bu nisbətdədir) türkcə leksikon bütövlükdə XV əsr Azərbaycan dilinə uyğundur. Bu, deyildiyi kimi, Azərbaycan dili əsas lüğət fondunun təşəkkülünün qədimliyi ilə bağlıdır. Ancaq elə leksik-frazeoloji nümunələr də var ki, artıq XVI əsr üçün passivdir, arxaizm dərəcəsində görünür; onların müasir dildəki müqabilləri isə işləkdir. Məs. üstünə yığnaq etmək müqabilində –ətrafına toplamaq‖, qapub alan yerinə –zəbt etmək‖, yaxud sadəcə –alan‖, ər böcürdən əvəzinə –çığırdan‖, çapar (yetmək) yerinə –cəld‖ (yetmək), dopa dəpmək məqamında –mərkəzə, ortaya cummaq‖, alca qanın yer üzərinə dökdi yerində –al qanın yerə tökdü‖ və ya sadəcə –al qanın tökdü‖ (əslində –yer üzəri – forması alliterasiyanın qalığıdır -əsli: yer yüzəri ) XVI əsr dili üçün daha səciyyəvidir. Ərəb-fars mənşəli leksikon, əvvələn, cüzidir, hətta XV-XVI əsrlərdəki xalq şeirimizin dilində olduğundan da azdır, ikinci tərəfdən, bunlar azərbaycanlıların bugünkü canlı danışığında və ədəbi dilində mövcuddur: hacət (diləmək), ağzı dualı, əyan, allah-taala, hamilə (olmaq), müddət, həvalə (olmaq). Müasir Azərbaycan dilində sabitləşmiş ərəb-fars sözlərinin hamısı XIII-XVI əsrlərin yazılı abidələrində işlənmişdir. Bir halda ki, «Dədə-Qorqud kitabı»ndakı alınma (ərəb-fars mənşəli) sözlər müasir canlı dilimizdə qalır, bu bir daha təsdiqləyir ki, müasir Azərbaycan dilinin əsas lüğət fondu həmin dövrdə mövcud olmuşdur və dastanı XVI əsrdə yazıya alarkən müasirləşdirən şəxs əcnəbi materialın canlı ünsiyyətə girmiş qismindən istifadə etmişdir. Bu, dastanların dil poetikasına münasibdir – dastanın (və ümumiyyətlə, xalq yaradıcılığının başqa nümunələrinin ) dili həmişə canlı dillə səsləşməlidir. Təbii ki, bütün dövrlərdə canlı danışıq ədəbi dildən fərqli olaraq əcnəbi materialı güclü süzgəcdən keçirib, yüzdən-mindən birini qəbul edir. Və XI, ya XVI əsrdə «Dədə Qorqud» dastanını «Kitab» adı ilə yazıya alan şəxs həmin prinsipi gözləmiş, XI ya XVI əsrdə azərbaycanlıların canlı ünsiyyətində vətəndaşlaşmış ərəb-fars sözlərinə müəyyən qədər yer vermişdir. Ancaq həmin şəxs sintaksisə, o sıradan intonasiya sintaksisinə dəyməmiş və ya dəyə bilməmişdir. –Şühədanamə‖ ilə müqayisədə dastanımızın cümlələri saf milliliyi ilə seçilir: cümlələrin danışığımızdakı, gündəlik ünsiyyətimizdəki yığcamlığı, bağlayıcı vasitələrin milliliyi onun üstündən əcnəbi rüzgar əsmədiyinin şahididir.

«Dədə-Qorqud kitabı»ndakına qarşı duran əcnəbi sintaktik intonasıya XIII-XVI əsrlərin ədəbi-yazılı nəsrində normativ mahiyyət qazanmışdı. «Kitab»ın intonasiya sintaksisi həmin normadan kənarda qalır. Ədəbi dilin hər bir normativ faktının, təbii ki, müəyyən ənənəsi yaranır. Nəsr dilindəki əcnəbi sintaktik intonasiya norması da Azərbaycan yazılı ədəbi dilinin tarixində uzun zaman davam etdi. «Dədə-Qorqud kitabı»nın intonasiya ənənəsi isə həmin müddətdə xalq şeiri janrlarının dilində yaşayır (xalq şeiri janrlarının sintaksisi heç zaman əcnəbi sintaktik təsirə məruz qalmamışdır). Əcnəbi sintaktik intonasiyanın təsiri yazılı nəsrdə o dərəcə qanuniləşir və kütləviləşir ki, hətta orta əsrlərdə yazıya alınan xalq dastanının dilinə də nüfuz edir. ‖Şəhriyar və Sənubər‖ Azərbaycan dastanının XVIII əsrdə –Şəhriyar‖ adı ilə yazıya alınmış nüsxəsinə baxaq. Dastanın yazılı improvizasiyasında şeir örnəkləri öz milli intonasiyasını eynən saxlayır. Ancaq yazıya alan katib-müəllif ədəbiləşdirmə, yazılı ədəbi nitqə uyğunlaşdırma üçün onun sintaktik intonasıyasına müdaxilə edir – dastanların dili üçün səciyyəvi olan xalq danışıq sintaksisini əcnəbi intonasiya təsirli yazılı nəsr məcrasına salır. Bir nümunə: –Sizdən təvəqqə budur ki, cümlə siz anuŋ ilə müsahibət edəsuz ki, anuŋ xatirinə qübari-küdurət yetiĢməyə və həmiĢə sizin söhbətü müsahibətiŋiz ilə xoĢhal və xürrəm olıb və baisi-mə‘rifət və adəmiyyət ola‖ - (–Şəhriyar‖, tərtibçi: Ə.Səfərli. Bakı, Yazıçı, 1987, s. 33 ). Bu kiçik parçanın dilindəki əcnəbi lüğət bolluğu, fars izafətləri (qübari-küdurət, baisi-mə’rifət, söhbətü müsahibət), ərəb morfologiyası (müsahibat, adəmiyyət), –‖lərin tezliyi onu xalq dastanının dilindən daha çox klassik yazılı nəsr nümunəsinə oxşadır.

«Dədə-Qorqud kitabı»nın sintaksisi ilə bağlı başqa bir cəhət. Dastanın sintaktik vahidlərinin-söz birləşmələri və cümlələrinin leksik sistemi göstərir ki, bu, yaradılışında nəsr sintaksisi olmayıb; ilkin poetik formalarının sonrakı şəkil dəyişmələri ilə onda az-çox nəsrləşdirmə işi aparılmışdır. Bununla belə dəyişmə əməliyyatları dastanın dilini ilkin poetik mahiyyətdən –təmizləyə‖ bilməmiş, başlanğıcında onun şeir dili olmasına dəlalət edən çoxlu faktorlar qalmışdır. Müxtəlif naşirlər bunlardan bir qismini şeir texnikası ilə düzüb təqdim edirlər. Ancaq dastanın nəsr kimi verilən hissələri də şeirlə və ya şeir tələblərini ödəyən qisimlərlə doludur. Sintaktik vahidlərin düzülüşündə, prosodik təşkilində qədim şeir arxitektonikası özünü göstərir. Söz birləşmələri və cümlələrdə alliterasiya (söz əvvəlinin ahəngi), qafiyə (söz sonunun ahəngi), assonans (sözün müxtəlif hissələrinin ahəngi) və sintaktik paralelizim (ritm simmetriyası) geniş yer tutur. Bu əlamətlər həmin faktorlardır ki, «Kitab» naşirlərinin şeir kimi düzdüyü hissələr məhz onlarla səciyyələnir. Sintaqmatik təzahürlərin hamısı ritmik tənəffüslə müşayiət olunur. Naşirlərin nəsr kimi verdiyi hissələrdən fikrimizi əsas- landıran bir neçə örnəyin üstündə dayanaq.

–Bu halları gördügində Qazanun qara qıyma gözləri qan- yaş toldi. Qan tamarları qaynadı. Qara bağrı sarsıldı. Qonur atını öncələdi. Kafər keçdigi yola düşdi, getdi‖ ( –Salur Qazanın evi yağmalandığı boy–) – bu, nəsr sintaksisi kimi bir abzasdır. Ancaq cümlələrdəki sözlərin fonetik başlanğıcı, söz əvvəlinin sistemli harmoniyası nəsr dilinə məxsus keyfiyyət deyil. Dastanda müxtəlif naşirlərin alliterasiya şeiri kimi verdiyi parçaların prinsipi üzrə bu da şeirdir:



Bu halları gördügində


Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin