Ġbrahimi tutdurdiŋ, Xam gönə çulğaduŋ, Götürib oda atdırdun. Birligünə sığındum, Əziz Allah!
Bu misraların Quran əsası:
–Əl-Ənbiya (Peyğəmbərlər) surəsinin 68-69-cu ayələridir. –Qalū harrı qühu vansuru Əlihətəkum in kuntum fə‘ilinə. Qulnə ya nəru küni bərdən va sələmən ‘alə İbrahimə (Nəmrud və ətrafındakılar) belə dedilər: Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin‖. Biz də: –Ey atəş, İbrahimə qarşı sərin və zərərsiz ol‖ – deyə buyurduq ).*
Şübhəsiz, bu misralarda İbrahim Peyğəmbərlə bağlı islam dünyasında yayılmış əfsanə və rəvayətlərdən də istifadə olun- muşdur. Yəni ayələr hərfən tərcümə edilmir. Məqsəd islamı yeni qəbul etmiş türklərə Allahın qadirliyi, böyüklüyü, bənzər- sizliyi haqqında inamı təlqin etmək olub. Və burada əfsanələrlə ayələrin birləşməsi daha dolğun poetik kompozisiya yaradır. Nəticədə inamın qavranması nağıl gücünə gəlir. Bu inamın vəsfində türkcənin qüdrəti Qur‘anın dili səviyyəsinə qalxır. Peyğəmbərin oddan zərərsiz qurtarması belə şairanə ifadə olunur:
Dostları ilə paylaş: |