Allah yox, məhz Tanrı işlədilir. Güman sözü şübhə mənasındadır. Yəni: Allahın birliyinə Ģübhə yoxdur. Bu, –Əşhədu ən la ilahə iləllah‖ (Şahidəm ki, Allahdan başqa Allah yoxdur) ayəsinin tərcüməsidir. Tərcü- mənin dəqiqliyi və poetikliyi göz qabağındadır. Görünür ki, həqiqətən türk dili ərəbcə ilə –atbaşı gedir‖. Bu dil ilk orta əsrlərdəki (X əsrə qədərki) türkcəmizin səviyyəsidir. Bir müqayisə: XI-XIII əsrlərdə ərəbcədən Avropa dillərinə qızğın tərcümələrdə ingilis dili iştirak edə bilmir. Çünki ingilis dili ərəbcədəki elmi məzmunu əks etdirməyə hazır deyildi. İngilis dili tarixçisi Kekstopun sözünə görə XVI əsrə qədər ingilis ədəbi dili –bəsit və inkişaf etməmiş‖ idi.1 Biz bir az sonra XVI əsrə qədərki Azərbaycan dilinə ərəb və fars dillərindən çoxlu və mükəmməl tərcümələrin şahidi olacağıq.
«Dədə-Qorqud kitabı»ndakı bu tərcümə indiyə qədər bizə məlum olan ilk tərcümə nümunəsidir. Bu nümunədə türkcəmizin mükəmməlliyi ilə yanaşı, həm də yüksək tərcümə mədəniyyəti görürük. Eyni zamanda tərcümə sənətinə müasir yanaşma münasibəti diqqəti çəkir: yeri gələndə dəqiq, hərfi, yeri gələndə sərbəst, yaradıcı tərcümənin şahidi oluruq. Adətən tərcümə zamanı tərcüməçi dil (bu halda türkcə) tərəf- müqabilinin qrammatik təsiri altına da düşə bilir. Burada ancaq leksik-terminoloji alınmalar var, heç bir morfoloji müdaxilə görünmür, türkcəmiz saf sintaksisini saxlayır – bu, türkcəmizin yetkin sintaksisinin mövcudluğu deməkdir. Həmin tərcümə uzun tarixə malik tərcümə ənənəsi üstündə duran bir nümunə təsəvvürü yaradır. Bu təəssürat dilimizin qrammatik quruluşunun yüksək inkişaf səviyyəsinə sahib olmasının nəticəsidir.
Dostları ilə paylaş: |