«DƏDƏ qorqud kitabi»nin diLİ


Azərbaycan türkcəsində ilk tərcümə



Yüklə 47,41 Kb.
səhifə6/9
tarix15.03.2022
ölçüsü47,41 Kb.
#114849
1   2   3   4   5   6   7   8   9
2. DƏDƏ QORQUD KİTABI

Azərbaycan türkcəsində ilk tərcümə. Bu tərcümə adi dildən deyil, ‖Qur‘ani-Kərim‖in yazıldığı ərəbcədəndir və adi tərcümə deyil, məhz «Qur‘ani-Kərim»in özündəndir – ilk ədəbi-yazılı abidəmiz olan «Dədə-Qorqud kitabı»nda Qur‘andan tərcümədir. Və dilimizdə indiyə qədər gördüyümüz tərcümələrin ən gözəli, ən mükənməlidir. Yə‘ni «Dədə-Qorqud kitabı»nın dili qədər mükəmməl və şairanədir. Elə bil ki, tərcümə olunmayıb, o da Qur‘anın özü kimi, ancaq türk dilində göydən nazil olub.

Bu, «Dədə-Qorqud kitabı»nın dastan dili kimi şeirlə tərcümədir. Ona görə də əzbərlənə bilir, yadda qalır. Qur‘anı bütünlüklə bu şeir dilində tərcümə etmək mümkün olsaydı, namazı türkcə qılmaq, ayələrdən misalları türkcə gətirmək olardı. Qur‘an ərəbcədə qafiyəli dillə (səc‘li nəsr) olduğu üçün asan əzbərlənir, asan yadda saxlanır. Bu tərcüməni oxuyanda M.Kaşğarinin XI əsrdə dediyi –ərəbcə ilə türkcə atbaşı gedir‖ ** sözü əyani görünür. Həmin tərcümə budur:



Yucalardan yucasan,

Yuca Tanrı!
Kimsə bilməz necəsən, Görkli Tanrı!

Sən anadan doğmaduŋ,

Sən atadan olmaduŋ.

Kimsə rizqüŋ yemədüŋ,

Kimsəyə güc etmədüŋ.

Qamu yerdə əhədsən,

Allahu səmədsən.

Adəmə sən tac urduŋ, şeytana lə‘nət qılduŋ,

Bir suçdan ötri

Dərgahundan sürdiŋ.

Nəmrud gögə oq atdı,

Qarni yaruğ balığı Qarşu tutdıŋ.

Ululuğa həddüŋ, Sənüŋ boyıŋ, qəddün Yoq.

Urduğıŋ ulıtmayan, Ulu Taŋrı!

Basdığuŋ bəlürtməyən, Bəllü Taŋrı!

Götürdugiŋ gögə yetürən Görkli Taŋrı!

Qaqdığun qəhr edən Qəhhar Taŋrı!

Birligünə sığındum Çələbüm, Qadir-Tanrı! Mədəd səndən!

Tərcümədə Allahın sifətləri, Tanrının xislətini göstərən keyfiyyətlər əks olunmuşdur. Quranda Allahın sifətlərini bildirən ayrıca bir surə var: –Əl-ixlas (–Yalnız Allaha məxsus olan sifətlər‖) surəsi‖. Həmin surənin müasir dilimizə təfsirlə tərcüməsi budur:

1. [Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə] de ki: –[Mənim Rəbbim olan] O, Allah birdir [heç bir şəriki yoxdur];

2. Allah [heç kəsə, heç nəyə] möhtac deyildir! [Hamı Ona möhtacdır; O, əzəli və əbədidir];

3. O nə doğmuş, nə də doğulmuşdur [Allah özünə heç bir övlad götürməmişdir];

4. Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur! 1 Yığcam əsli belədir: 1. De ki, O, Allah birdir; 2. Allah möhtac deyildir; 3. O, nə doğmuş, nə də doğulmuşdur; 4. Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur!

Tərcümənin əsasında –Əl-ixlas‖ surəsi durur. Ancaq türk Tanrıçılığının müqabilinə çıxarılan islamın Tanrısı-Allah haq- qında türkün düşüncəsində bütöv təsəvvür yaratmaq üçün burada başqa surələrdən də istifadə olunmuş, Allahın Kərim, Qəhhar, Cabbar adlarına da müraciət edilmişdir. Nəticədə türk Qur‘andakı əhatə dərəcəsində Allah haqqında aydın təsəvvür alır.

- Ucalardan uca. Ərəbcəsi: Əl-ə‘la- lillahi əl-məsəlul-ə‘la (ən uca sifət Allaha məxsusdur). Ən-Nəhl [Bal arısı] surəsi, 60- cı ayə.

- Uca Tanrı. Ərəbcə: Aliyyun (Allah-təalanın gözəl adla- rından biri ) – innəllahə kənə aliyyən kəbiran (Əlbəttə, Allah uca və böyükdür). Ən-nisa [Qadınlar] sürəsi, 34-cü ayə.

- Kimsə bilməz necəsən (Allah-Təalə hər şeyi bilir, ancaq O, dərk olunmazdır). Ərəbcəsi: Tə‘ləmi məfi nəfsi va lə aləmu məfi nəfsinə (sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm).Əl-Müdə [Süfrə] surəsi, 116-cı ayə.

- Görkli Tanrı (Bu, sufizmdəki mütləq gözəl anlayışıdır - bu mütləq gözəl Allahdır. Nəsimi: Görklü yüziŋ nurindən aləm münəvvər oldi, Şirin söziŋ qatında şəkkər mükərrər oldi.

- Sən anadan doğmadun, Sən atadan olmadun.



Qamu yerdə əhədsən, Allahu səmədsən.

Əl-ixlas surəsindən ayələrdir: Qul huvallāhu əhadun. Allāhüs-samədu. Ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvan əhadun.

- Adəmə sən tac urdun (Allah-Təalanın Adəm peyğəmbəri Yer üzərində xəlifə etməsi nəzərdə tutulur). –Va iz qalə rəbbukə lilməlaikəti: inni cəilun filardi xəlifətən (sənin rəbbin mələklərə: –Mən Yer üzərində bir xəlifə yaradacağam‖ -dedi). Əl-Bəqərə (–İnək‖) surəsi, 30-cu ayə.

- şeytana lə‘nət qıldın. Bir suçdan ötri Dərgahundan sürdin (Allah-Təalanın Şeytanı öz dərgahından qovması nəzərdə tutulur). - İn yəd‘unə min dunihi illə inəsən va in yəd‘unə illə Şeytanən məridən. Ləanəhul-lahu (onlar Allahı qoyub qadın bütlərə və asi Şeytana tapınırdılar. Allah ona (Şeytana) lə‘nət etdi). Ən –Nisa surəsi, 117-118-ci ayələr.

Sonrakı misralarda da Ali-İmran (İmran ailəsi), Əl-Ən‘am (Davar), Hud Əl-Əraf (Sədd), Yusif, TaHa, Fələq (Sübh) və başqa surələrdən Allahın sifəti ilə bağlı keyfiyyətlər əxz olunub tərcümə edilmişdir.

Şeirin dilində 13 ərəb (rizq, əhəd, Allah, səməd, şeytan, lə‘nət, nəmrud, hədd, qədd, qəhr, qəhhar, qadir, mədəd) və bir fars sözü (dərgah) var. Əlbəttə, şe‘rin cəmi 59 sözünün miqdarında bu rəqəm kiçik deyil – 25.4 faiz təşkil edir. Ancaq bu sözlər şeirin qavranmasında zərrəcə ləngimə yaratmır. Bunların içərisində bugünkü türkcəmizdə olmayan 3 söz işlənib: əhəd, səməd, nəmrud. Bunlardan əhəd (Allahın tək olması) və səməd (Allahın heç nəyə möhtac olmaması) sözləri hər gün beş vaxt qılınan namazların içində dəfələrlə təkrar olunur, namaz qılan türkün qulağı üçün bu sözlər doğma səslənişə çevrilib. Nəmrud (lüğəti mənası: daşürəkli, üzü gülməz) hökmdarın zülmkarlığı haqqında xalq içində çoxlu rəvayətlər, əfsanələr söylənmişdir və insanlar arasında Nəmrud məlum bir anlayış olub. Yəni anlaşma baxımından türk sözləri ilə buradakı ərəb, fars sözləri arasında fərq yoxdur. İslamın türklər tərəfindən mənən mənimsənməsində «Dədə-Qorqud kitabı» böyük rol oynadığı kimi, ərəb sözlərinin türklərin ünsiyyətinə girməsində də çox iş görmüşdür. Burada qədim türk şeiri üçün tipik olan 4 və 7 hecalı misralar çıxış edir. Sərrast və orijinal qafiyələri var: ucasan – necəsən; həddin – qəddin. Qədim türk şeirinin başqa bir ritm nizamlayıcı faktoru alliterasiya fəaldır: urduğun, ulutmayan, ulu, basdığın bəlirt-məyən bəlli, götürdüyün gögə yetirən görklü, qaqdığın qəhr edən qəhhar.

Bütövlükdə Qur‘an Allahın şəxsiyyətini təcəssüm etdirən kitabdır – bu tərcümə misralarında Allahın qüdrəti, ən böyük ucalığı poetik əksini tapır və türkün düşüncəsinə yetirilir:


Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin