«DƏDƏ qorqud kitabi»nin diLİ


Qazanın qara qıyma gözləri Q



Yüklə 47,41 Kb.
səhifə5/9
tarix15.03.2022
ölçüsü47,41 Kb.
#114849
1   2   3   4   5   6   7   8   9
2. DƏDƏ QORQUD KİTABI

Qazanın qara qıyma gözləri Qan-yaş toldi.

Qan tamarları qaynadı. Qara bağrı sarsıldı. Qonur atını öncələdi. Kafər keçdigi yola düşdi, Getdi.

Xalis şeirdir. İlk misrada alliterasiya yoxdur. Ancaq iki ritmik hissədən (4 x 2) ibarət 8 hecalı bir misradır. Yeddi- səkkizinci misralarda gözlənilən q yerinə k/g gəlir. Ancaq, əvvələn, bunların özündə k/g alliterasiyası var; kafər-keçdigi // geçdigi-getdi // ketdi; ikincisi, müxtəlif türk dillərində və ya bir türk dilinin tarixinin müxtəlif mərhələlərində q/k, k/g səs uyğunluqları olmuşdur (bunu da unutmaq olmaz ki, kafər sözü alınma olduğundan, şübhəsiz, hansı qədim türk sözünü isə əvəz etmişdir). Şeirə aid başqa cəhət: psixoloji gərginlik, dramatizim misra-cümlədən misra-cümləyə artır, hətta son cümlənin xəbərləri atın çapış ritmini verir, getdi söz-misrası uzaqlaşan atın son ayaq səsinin assosiasiyasını yaradır. Düzdür, bəzi sintaktik nümunələrdə alliterasiya nisbətən zəifləyir, seyrəkləşir, ancaq hər halda o, deyilişdə qulaqla duyulur, oxunuşda gözlə görünür:

Haman dəm at saldı. Yel kibi yetdi, yeləm kibi yapışdı. Kafəriŋ cigninə bir qılıc urdı. Geyimini-keçimini toğradı. Altı barmaq dərinligi zəxm irişdirdi. Qara qanı şorladı Qara sağrı soqmanı tolu qan oldu. Qara başı bunaldı, bunlu oldi. Haman dəpdi. Qələyə qaçdı. Yegnək ardından yetdi. Hasar qapusına girmişkən qara polat uz qılıcı ənsəsinə eylə çaldı kim, başı top kibi yerə düşdi (–Qazılıq Qoca oğlı Yegnək boyu‖) - əlbəttə, burada alliterasiya sistem halında deyl, ancaq var: yel kibi yetdi, yeləm kibi yapışdı; Yegnək yetdi, qara qanı şorladı, qara soqmanı qan oldu, qara başı bunaldı, qələyə qaçdı, qara qılıc (hələ söz içindəki səslər də assonans şeir ritminə xidmət göstərir: qara saqrı soqma silsiləsində q, –başı yerə düşdi‖ birləşməsində ş və s). Bu alliterasiya sisteminin seyrəkləşdirilməsi sonrakı nəsrləşdirmə işindən gəlir. Verdiyimiz örnəklərlə Drezden və Batikan nüsxələrinin fərqinə diqqət edək: birinci misalda Drezdendəki Qara bağrı sarsıldı misrasından sonra Vatikan nüsxəsinə Yürəgi oynadı misrası artırılır. Əlavə əvvəlki misraya məntiqcə çox güclü bağlıdır, ancaq alliterasiya prinsipi pozulmuşdur. Yaxud ikinci misalda Qara qanı şorladı cümlə-misrasına Vatikan nüsxəsini köçürən katib qoynu doldı sözlərini artırır- alliterasiya ölçüsü saxlanılır. Deməli, köçürənlər müxtəlif səvviyədə artırma-əskiltmələr edirlər.

Başqa bir misal: –Ġrağından-yaqınundan gəliĢdilər. Gizlü yaqa tutuban iyləĢdilər. Tatlu damağ verübən soruĢdular. Ağ-boz atlar binübən yortuĢdılar. Bəg babası yanına iriĢdülər (–Qanlı Qoca oğlı Qanturalı boyu‖). Əvvələn, cümlələrin sonu qafiyədir: gəliş, iyləş, soruş, yortuş, iriş (hətta 3-cü, 4-cü xəbərlər qalın saitlərdir, 5- ci isə 1-ci və 2-ci kimi incə saitlə gəlir). Bu isə misra deməkdir: cümlə-misraların hər birində ilk və son taktlar 4 hecalıdır: irağından... gəlişdilər, gizlü yaqa... iyləşdilər və s. Aralıqdakı sözlər gah 4 (yaqınından) gah 3 (verübən) hecalıdır. Bu halda ilk misra örnək olmalıdır - sözlərin morfoloji qəlibi uyğundur: iraq-ın-dan, yaqın-ın-dan. Deməli, dəyişiklik sonrakılarda gedib. Məlumdur ki, türkcələrin tarixində və bilavasitə «Kitab»ın özündə- ıban feili bağlanması həm də -ıbanı şəklində işlənir. Nəhayət, sonuncu misrada hal şəkilçisi olmuş ki, sazla oxunuşda ozan onu ikinci təqtin üstündə demişdir. Beləliklə, hər misrası 4 hecalı 3 təqtdən ibarət şeir:



İrağından-/yaqınından/gəlişdilər. Gizlü yaqa /tutubani /iyləşdilər. Tatlu damağ /verübəni /soruşdılar. Ağ-boz atlar /binübəni /yortuşdılar, Bəg babası /nuŋ yanuna /irüşdilər.

Bəzən aydın görünən elementar pozuntulara təsadüf olunur. Atası Qazan bəyə Uruz deyir:



A bəg baba. Dəvəcə böyümişsən, köşəkcə ağluŋ yoq. Təpəcə böyümişsən, tapırca ağluŋ yoq, Hünəri oğul atadanmı görər, ögrənər, yoqsa atalar oğuldanmı ögrənər? (–Qazan bəg oğlı Uruz bəgüŋ tutsaq olduğı bəy‖) - müqayisəyə diqqət verək: oğul atadanmı, atalar oğuldanmı ögrənər. Birinci halda, oğul-ata qarşılığında subyektlər təkbətək götürülür. İkinci halda tərəflərin nisbəti pozulur: atalar-oğul. Halbuki olmalı idi: ata-oğul. Deməli, köçürən mətnin şeir, ya nəsr olmasının fərqinə varmayıb. Şeirsiz-nəsrsiz, bu, adi məntiqcə də yalnışdır (hələ bu bizə çatan iş neçənci köçürənindir? Yəqin əvvəlki köçürənlərdə fərqlər az olub). Mətnin linqvo-poetik təhlili göstərir ki, a bəg baba xitab kimi, hünəri sözü məntiqi vurğu ilə şe‘rin vəznindən kənara çıxarılır. Və hecalar təxminən belə nizamlanar:

A bəg baba.

Dəvəcə böyümişsən, Köşəkcə ağlun yoq. Dəpəcə böyümişsən, Tapıca ağlun yoq. Hünəri
Oğul atadanmı/görər ögrənər-6-5=11.

Yoqsa ata oğul/danmı ögrənər-6-5=11

Deyilənlər təsdiq eləyir ki; 1) Bu nəsr sintaksisi deyil. Sintaksisin leksik-prosodik xüsusiyyətlərinin kompleks halında təhlili göstərir ki, –Dədə-Qorqud‖ oğuznamə başlanğıcında şeirlə yaradılmışdır; 2) «Dədə Qorqud» sintaksisinin əcnəbi təsirə düşməməsinin bir səbəbi də odur ki, bu sintaksis şeir texnikası üzrə qurulmuşdur – əcnəbi təsir həmişə milli şeirimizin yalnız leksikasına aid olmuşdur; 3) alliterasiya və heca vəzni türkcə şeirdə eyni dərəcədə başlanğıcdır; 4) ‖Dədə Qorqud kitabı‖ XVI əsrdə yazıya hökmən başqa, daha qədim bir nüsxədən köçürülüb. Əgər o, XV yüzillikdə ilk dəfə yazıya alınsa idi, ən azı –Şühədanamə‖nin dili kimi redaktə olunardı.

«Dədə Qorqud»un ağızda yaşamamasının əsas səbəbi, görü- nür, xüsusi ifaçı ozan nəslinin kəsilməsidir. Bu gün qırğızların –Manas‖ dastanını hər aşıq deyə bilmir, onu manasçı adlanan xüsusi aşıqlar ifa edirlər – bunlar şaman təbiətli adamlardır, ifa zamanı ətrafdan təcrid olunur, xüsusi hala girir və cildlərlə mətni günlərlə əzbər deyirlər (avazla oxuyurlar). Və manasçılıq irsən keçir, onu dinastiyada növbəti nəsildən kimsə biri qəbul edir. Deməli, bizdə xüsusi qorqudçular olublar, nəsilləri kəsilib, dastanın ağızda deyilməsi dayanıb. Dastanın məhz xüsusi adamlar tərəfindən ifa olunması ibn Aybəkin bu sözlərindən də aydın olur – «Dədə Qorqud» boylarını-nağıllarını nəzərdə tutan müəllif yazır: –Bu nağıllar bu günə qədər ağızlarda dolaşır durur. Bu nağılları Oğuzlar içində ağıllı, bilgili kimsələr əzbərlər və qopuzlarını çalaraq söylərlər. Burada iki cəhət diqqəti çəkir: 1. Bu nağılları ağıllı, bilgili adamlar söylərmişlər – deməli, bunu hər aşıq oxuya bilmirmiş, həmin ağıllı, bilgili sayılan adamlar məhz qorqudçular imiş; 2.Həmin kimsələr bu nağılları əzbərləyib söylərmişlər – nağılı əzbərləmək nə deməkdir, deməli, «Dədə Qorqud» həqiqətən ucdantutma şeir imiş.

«Dədə Qorqud» dilinin yaş faktorunu* realist qavramaq üçün ümumtürk məxrəcini nəzərə almaq, başqa qədim türkdilli abidələrlə müqayisələr aparmaq mühüm söykənəcəkdir. VI-VIII əsrlərə aid Orxon-Yenisey abidələrinin dili ilə, xüsusən leksikası ilə müqayisələr «Dədə-Qorqud kitabı» dilini yuxarıda deyilən hüquqda qavramağa imkan verir, ilk orta əsrlərdə Azərbaycan türkcəsini mükəmməl, yetkin xalq dili faktı və milli dilin başlanğıc dövrünün məhsulu kimi qəbul etməyə haqq qazandırır.




Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin