DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Mərvan ibn Məhəmmədin Dərbəndə hakim



Yüklə 0,98 Mb.
səhifə10/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

Mərvan ibn Məhəmmədin Dərbəndə hakim

təyin olunması haqqında

Hijri tarixilə 120-ji ildə xəlifə Hüşşamın əmrilə Mərvan ibn Məhəmməd Dərbənd şəhərinə hakim təyin olundu. Şəhərə gələn­dən sonra Dərbəndə su arxı çəkdirdi, şəhərə istehkam verib, ja­hada himmət bağladı. Dörd tərəfdən yenidən xəraj qoydu ki, Dər­bənd mübarizələrinə verələr. Tuman və Qumuq tayfasına yüz min dirhəm ağça və iyirmi min batman buğda müğərrər etdi. Kübçü tayfasına dəxi altı min dirhəm ağça, Tabasaran üzrə beş min dirhəm ağça və iyirmi min batman buğda, Qara Qaytaq üzə­rinə beş min dirhəm ağça qərar verdi. Kürə, Qurah və Axtı üzə­rinə qırx min dirhəm ağça və yüz min batman buğda müqərrər olundu. Tabasaranın bəzi, Dərbəndin ətrafında olan kəndlərinə Dərbəndin küçələrinin təmizlənməsi tapşırıldı. Şirvan haki­min­dən əlli min dirhəm ağça və on iki min batman buğda müqərrər olunub, fərman verdi. Göstərilən vilayətlərdən xərajlar alınıb xə­zinəyə yığdı. Anbarxanalar və su quyuları tikdirib, gəliri Dər­bənd şəhərinin mübarizləri arasında bölüşdürdü.

Bu əsnada xəlifə Hüşşam Dərbəndin hakimi olan Mərvanı yanına çağırıb, onun yerinə Səid ibn Ömər Jəraşini Dərbənd hö­kumətinə təyin etdi. Səid Dərbəndə gələn kimi dərhal şəhərin la­zım olan yerlərinə istehkam verib, çəkinmədən müharibəyə baş­ladı.

Pəs Səidin gözlərinə qara su gəlib, gözləri kor oldu. Hüşşama məktub yazıb, əhvalatı ona bildirdi. Hüşşam yenidən Mərvan ibn Məhəmmədi Xəzər tayfasının üzərinə və Dərbənd şəhərinin höku­mətinə və mühafizəsinə göndərdi.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin