DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu


Bəni-Abbasilər sülaləsinin hökmranlığı haqqında



Yüklə 0,98 Mb.
səhifə12/38
tarix07.01.2022
ölçüsü0,98 Mb.
#84459
1   ...   8   9   10   11   12   13   14   15   ...   38
Bəni-Üməyyə xilafətinin sonu.

Bəni-Abbasilər sülaləsinin hökmranlığı haqqında

Hijri tarixi ilə 130-ju ildə Əbu Müslüm Müstəjabüddəvə fərmanı ilə ki, xüruj edib iddiayi…….. ali-Məhəmməd edərdi, Bəni Üməyyələrdən bulunduğu kimsənəni qətl edərdi. Əbu Müs­lüm Kufənin nayibi və əhalisini adinə məsjidinə toplayıb Mər­van ibn Məhəmmədi xilafətdən əzl və Bəni Abbas sülaləsindən Abdulla ibn Məhəmməd ibn Əli ibn Abdulla ki, Səffah ləğəbilə adlanırdı və künyəsi Əbülabbas idi xəlifə seçdilər. Bu Abbasilər sülaləsinin ilk xəlifəsidir. Mərvan bu xəbəri eşitjək Şama yola düşdü. Xəlifənin əmisi olan Abdulla ibn Əli xəlifənin əmrilə çox­lu qoşunla Mərvanı təqib etməyə göndərildi. Mərvanı isə bu şə­hərdən o şəhərə qaçırdı. Eyn üş-şəms adlı şəhərə çatanda Ab­dulla ibn Əli onu tutub öldürdü. Bununla Bəni Üməyyə sülalə­sinə son qoyuldu. Mərvanın ləqəbi «Əl-himar» idi. Əbülabbas xəlifə olan kimi islam vilayətlərinə namə yazdıqdan sonra Dər­bənd əhlinə və orada olan mübariz və qazilərə çox mehriban olub, şəhərə mətanət və istehkam verib, xəzərliləri zəlil etdi, Qoy­su tərəfindən bu tərəfə keçməyə qoymadı.

Əbülabbas üç il doqquz ay xilafət edib 130-ju ildə vəfat edib, qardaşı Əbu Jəfər mənsur yerində xilafətə əyləşdi. Yezid ibn Əsədi Dərbənd hökümətinə təyin etdi. Yezid ibn Əsədin hökm­ran­lığı dövründə, yəni hijri tarixilə 146-jı ildə Xəzər tayfaları Dərbənddən keçib, gəlib şəhəri mühasirə eylədilər. Bir neçə gün müharibə edəndən sonra gejə vaxtı bürjlərin və hasarın dibinə ağaj və kəsməçələr töküb, şəhərə girmək tədarükün görəndə qala əhalisi xəbər tutub, əhvalatı Yezid ibn Əsədə xəbər verdilər. Yezid dərhal bürj və barulara neft tökdürüb, od vurub ağajları yandırdılar. Nəhayət Xəzər tayfası şəhəri almaqdan ajiz qalıb, öz vilayətlərinə qayıtmağa məjbur oldular.

Bu müqəddəmədən sonra xəlifə Əbu Jəfər Mənsur Dərbən­din hakimi olan Yezid Əğləbüssəlmini-yerində nayib təyin edib, Xəlifə hüzuruna yola düşdü.

Xəlifə Yezidi görjək xəbər aldı ki, ya İbn Əsəd, Dərbənd şə­hə­rini Xəzər tayfasının şərrindən nə dürlü mühafizə müyəssər olur?

Yezid ibn Əsəd ərz eylədi kim, Dərbəndin həvalisində şimal tərəfində bir neçə qala və kəndlər vardır ki, xarab olubdur. Əgər onları təmir edib, əhalini orada sakinləşdirsək, Dərbəndin müha­fi­zəsi asan olar.

Pəs xəlifə yeddi min ev Şam, Jəzayir, Mosuldan, on min sair ətrafdan ki, jəmi on yeddi min ailə olur Dərbəndə yola salıb, ora­da sakinləşdirdi. Sonra lazım olan yerlərdə qalalar və kəndlər tə­mir edib, sakin oldular.

Bunlardan başqa on beş min bahadur Xorasandan, on min mübariz Şamdan oraya göndərdi. İbrahim ibn Ovfu və Haşım Səl­mini onlara sərkərdə təyin edərək, Yezid ibn Əsədin sərənja­mına göndərdi.

Pəs ibn Əsəd jümləsinə fərmanfərma olub Dərbəndə gəlib, hal-hazırda Baruçay adlanan Səddül-beynə çatdı. Çay üzərində ordu saldılar. Ol günün sabahı islam qoşunu hazırlaşıb, yola düş­dülər. Bu halda Yezid ibn Əsəd və İbrahim ibn Övfə və Haşım atlarından enib hər biri altı kərpiç atlarına bağlayıb, yola düşüb gəlib Rekal qalasına çatdılar. Yezid ibn Əsəd Rekalın ab-havasın xoşlayıb, bir müddət orada dayandılar. Yezid İbrahim ilə Haşımı düşmən üzərinə göndərdi. Ondan dəxi köçüb Qəsəb dərəsinə qondular.

Yezid ibn Əsəd ilk növbədə Dərbənd şəhərində qalalar və kəndlər salmağı əmr etdi. Sonra xəzərlilərin məmərgahı olan Kə­rivələrdə möhkəm qalalar yapdırdı. Ondan sonra Qulusuvari, Mətai, Kamaxı və Sinan qalalarını tikdirdi. Sonralar Sinan qalası Çərəki adlandırdı. Çərəki qalası xarab olub, indi də Tabasaranın şimalında onun xarabalıqları durur. Həmin qalaları təmir etdirib, evlər ilə doldurub, sakin qıldılar. Öz qardaşını bunların üzərinə hakum qoydu. Ondan sonra qala Yersini, Dərvaqı və Həmidini tikdirdi. Dəxi Xeylüs-süğəra və Xeylül-kübəranı bina qıldırdı. Altı ay müddətində həmin qalaları qurtardı. Həməs əhalisini Həmidədə, Mosul əhalisini Dərvaqda, Ərdəbil əhalisini Yerisidə sakin etdirdi. Bu şəhərlərə Dərəbuş deyilir.

Pəs bu şəhərlərin əhalisinə qəti tapşırıq verdi ki, növbətlə yollarda və Kərivələrdə qaravullar qoyub, xüsusilə Qalasüvarda hər gün min nəfər gözətçi qoysunlar ki, Dərbənd şəhərinin sakin­lərini düşmənin şərrindən qorusunlar.

Yenə də Yezidiyyə adlı və Sərtəkiyyə adında qalalar yap­dırıb, öz qəbiləsindən evlər gətirib, sakin eylədi.

Ondan sonra Məqatiri, Müərrəqəni və Məljədi abad eylədi. Bunları qoşun ilə doldurdu. Məljədi əvvəldən Babül-hədid idi. Darvaza, bürjlər və hasarının əlamətləri qızıl kərpiçləri, daş ilə yapılmış indi də görünür. Yerində kənd yerləşir. Bunlardan baş­qa Dərbəndin bir fərsəxində qiblə tərəfində dağ dibində bir qala yapdırdı. Bu qalada sakin olanlar Dərbəndin su arxını mühafizət edirdilər. Bu qala sonralar xarab olmuş, Şah Abbas onu abad etmiş və onun adı ilə Abbasabad adlanmışdır. İndi yenə də xarab olub, şəhərin əlamətləri və məzaristanı görünməkdədir. Lakin yuxarıda adları qeyd olunan qalalar kənd halında indi də möv­juddur. Qədimi adı ilə məşhur olunmuşlar. Beləliklə Dərbəndin əhvalı qayətlə fəraqət üzrə olub, dəxi Xəzər tayfası Qoysudan bu tərəfə keçmək imkanı qalmadı.

Babül-əbvab Dərbəndin fəziləti aləmə məşhur olub, günbə­gün izzəti artıb, ölkənin xərajı əvəlki qanun ilə əxz olunub, xə­zinəyə təhvil verilir və qeydə alınırdı.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin