Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235


  Bank əməliyyatlarının gəlirliliyi, riskləri və



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə37/114
tarix01.01.2022
ölçüsü1,92 Mb.
#106937
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   114
bank emeliyyatlari

2.4.  Bank əməliyyatlarının gəlirliliyi, riskləri və 
sığortalanması 
 
Bankın  gəlir  və  xərclərinin  təsnifatı  bank  fəaliyyətinin 
mühüm  göstəriciləri  olan  bankın  maliyyə  sabitliyi,  hər  qrup 
əmanət  üçün  orta  itkisiz  gəlirlilik  kimi  göstəricilərin  hesablan-
masına  imkan  verən  nəticələrin  marcinal  təhlili  metodunun 
istifadəsi  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Bank  fəaliyyəti 


 
 
 
 
57 
təhlilində  məqsəd  bank  gəlirləri  həcminin  dəyişməsinin  son 
maliyyə 
nəticələrinə 
(bank 
gəlirinə) 
təsir 
səviyyəsinin 
müəyyənləşdirilməsindən ibarətdir.  
Bank  fəaliyyətinin  itkisizlik  modelinin  qurulması  zamanı 
bir sıra təklif və məhdudiyyətlər nəzərə alınır:  
-  təhlil  əməliyyatların  həcminin  mövcud  istehsal  amilləri 
ilə  məhdudlaşdığı  qısamüddətli  zaman  çərçivəsində  həyata 
keçirilir; əməliyyatların miqyası nəzərdən keçirilir;  
-  təhlil  olunanlardan  başqa  bütün  dəyişən  vəsaitlər  dəyiş-
məz olaraq qalır; 
 -  bankın  bütün  xərcləri  daimi  və  dəyişən  vəsaitlərə  bö-
lünür;  
- ümumi xərclər  və  bank əməliyyatları həcmindən  ümumi 
gəlirlərin asılılığına yol verilir; 
 - yatırılmış vəsaitlərin həcmi üçün dəyişən xərclər və faiz 
dərəcəsinin səviyyəsi müəyyənləşdirilir.  
Əsas  təhlil  elementləri  əməliyyatın  gəlirlilik  dərəcəsi  və 
maliyyə  sabitliyi  ehtiyatı  göstəriciləridir.  Əməliyyatın  təsir 
qüvvəsi  göstəricisinin  iqtisadi  məzmunu  aşağıdakılardan 
ibarətdir:  bank  gəlirlərinin  15%  dəyişməsi  onun  mənfəətinin  də 
həmin  faiz  nisbətində  dəyişməsinə  gətirib  çıxarır.  Bank 
xərclərinin şərti-daimi və şərti-dəyişən xərclərə bölünməsi onların 
bir hissəsini itkisiz fəaliyyət məqsədilə aktiv əməliyyatlardan əldə 
edilən  gəlirlərlə  bağlanmalı  olan  xərclər  kimi  müəyyən  etməyə 
imkan  verir.  «İtkisizlik  nöqtəsi»  anlayışı  bankın  gəlir  əldə 
etmədiyi,  lakin,  xərclərin  də  baş  vermədiyi  minimal  yol  verilən 
gəlir  başa  düşülür.  Minimal  yolverilən  gəlir  mühüm  təhlil 
göstəricilərindən biri olan maliyyə sabitliyinin səviyyəsini (MSS) 
hesablamağa imkan verir. Maliyyə sabitliyinin səviyyəsi dedikdə, 
bankın ümumi gəliri daxilində minimal yol verilən gəlirin tutduğu 
yer nəzərdə tutulur. Bankın minimal yolverilən gəlirnin həcmi nə 
qədər aşağı olarsa, bankın maliyyə sabitliyi ehtiyatı da bir o qədər 
yuxarı  olar.  Maliyyə  sabitliyi  ehtiyatı  (MSE)  ümumi  gəlirin 
səviyyəsinin  azalmasını  göstərir.  Bankın  daimi  xərclərinin  bütün 


 
 
 
 
58 
növ  gəlir  əməliyyatlarına  bölünməsinin  mürəkkəb  proses  olması 
səbəbindən  bütün  cəlb  olunmuş  vəsaitlər  üçün  şərti-daimi  xərc-
lərin ödənilməsi əmsalını qiymətləndirməyə imkan verən minimal 
yol  verilən  gəlirin  hesablanmasının  asanlaşdırılmış  metodu 
mövcuddur.  
Bank  fəaliyyətinin  itkisizlik  nöqtəsinin  hesablanmasının 
digər metodları da mövcuddur. Belə metodlardan biri bankın sıfır 
gəlir marcasının (BM) hesablanması əsasında yaranmışdır.  
Bankın  gəlir  marcası  –  aktiv  və  passiv  əməliyyatların 
dərəcələri  arasındakı  minimal  uyğunsuzluqdan  ibarətdir.  Bu, 
bankın  fəaliyyəti  üçün  ümumi  xərcləri  ödəməyə  imkan  verir, 
lakin  gəlir  gətirmir.  Daha  doğrusu,  faiz  şəklində  gəlir  gətirən 
yerləşdirilmiş  bank  vəsaitlərindən  əldə  edilmiş  komissiya  haqları 
və digər gəlirlər hesabına ödənilmiş xərclərin həcmini xarakterizə 
edir.  Göstəricinin  həcmi  nə  qədər  aşağı  olarsa,  bankın  gəlirləri 
artırmaq  ehtimalı  da  bir  o  qədər  çoxdur.  Yuxarıda  qeyd  edilmiş 
metod  analoci  olaraq  ehtiyatların  və  gəlir  (sıfıra  bərabər) 
marcasının  orta  real  dəyəri  əsasında  hesablanmış  faiz  dərəcəsi 
sıfıra bərabər  marcanın  məbləği və  cəlb  edilmiş ehtiyatların orta 
dəyəri  kimi  yatırımların  orta  minimal  zəruri  gəlirlilik  dərəcəsini 
müəyyən  etməyə  imkan  verir.  Lakin  bir  çox  banklar  üçün  gəlir 
marcasının hesablanması kreditləşdirilmənin üstün fəaliyyət növü 
olması  və  əksər  hallarda  bankın  ümumi  xərclərinin  faizsiz 
xarakterli  gəlirlərlə  tam  olaraq  ödənilməsi  səbəbindən  sıfıra 
bərabər marcanın mənfi rolunun yaranması ilə mürəkkəbləşir. Bu 
uyğunsuzluğun  aradan  qaldırılması  üçün  adətən  əməliyyatların 
daxili  dəyər  əmsalının  (DDƏ)  hesablanmasına  müraciət  edilir. 
Bank  əməliyyatlarının  daxili  dəyər  əmsalının  qiymətləndirilməsi 
çərçivəsində  həmin  əmsalın  dəyişikliyə  uğramasına  səbəb  olan 
əsas  amillərin  aşkar  edilməsi  məqsədilə  faktor  təhlilinin  həyata 
keçirilməsi  məqsədəuyğundur.  Təhlilin  sonrakı  mərhələlərində 
bankın  xalis  gəlirinin  formalaşmasının  təhlilini  keçirmək  tövsiyə 
edilir.  Bununla  əlaqədar  olaraq  bankın  xalis  gəlirinin  geniş 
yayıldığı  multiplikativ  modelinə  müraciət  etmək  olar.  Bu  model 


 
 
 
 
59 
bankın  nizamnamə  kapitalının  gəlirlilik  göstəricisi  əsasında 
yaranır və bankın nizamnamə kapitalının (NK) həcmi səviyyəsinə 
təsirini  göstərir.  Bankın  müştərilərinin  tərkibi  bank  riskinin  və 
onun  səviyyəsinin  hesablanması  metodunu  müəyyən  edir.  Kiçik 
borcalan  iri  borcalana  nisbətən  təsadüfi  bazar  iqtisadiyyatından 
daha  böyük  asılılığa malikdir. Eyni  zamanda  bir  borcalana və  ya 
bir  qrup  borcalana  verilən  iri  kreditlər  adətən  bankın  müflisləş-
məsinə  səbəb  olur.  Bu  səbəbdən  iri  kreditlərin  verilməsi  riskinin 
tənzimlənməsi 
metodlarından 
biri 
onun 
həcminin 
məh-
dudlaşdırılmasından ibarətdir.  
Kredit riskinin səviyyəsi həmçinin ona zəmanət verilməsi, 
sığortalanması  və  digər  tənzimlənmə  metodlarından  da  asılıdır. 
Kredit siyasətini formalaşdırarkən kommersiya bankı depozitlərin 
səviyyəsinin  dəyişməsi  kateqoriyasının  xüsusiyyətini  nəzərə 
almalıdır.  
Kreditin  risk  səviyyəsinin  azaldılması  üçün  banklar  de-
pozitlərdən  asılılıq  əmsalının  hesablanması  metodunu  işləyib 
hazırlamalıdır.  Bundan  əlavə,  bank  balansının  dəyərliliyinin, 
reytinq  qiymətləndirilməsinin,  Mərkəzi  bank  tərəfindən  iqtisadi 
normativlərinin  yerinə  yetirilməsinin  qiymətləndirilməsində 
müxtəlif  vasitə  və  metodlardan  istifadə  etmək  də  mühüm 
əhəmiyyət  kəsb  edir.  Depozitlərin  formalaşması  və  kredit 
əməliyyatlarının  keçirilməsi  zamanı  yaranan  faiz  riskinin  də 
nəzərə alınması mühümdür.  
Bankın  kredit  siyasətinin  formalaşması  zamanı  ümumilik-
də  ölkə  iqtisadiyyatının  inkişaf  səviyyəsini,  onun  pul-kredit 
münasibətlərini və həmin bankın fəaliyyəti və ya onun müştəriləri 
ilə bağlı olmayan xarici riskləri də nəzərə almaq lazımdır. Bu risk 
qrupuna  siyasi  risklər  (müharibələr,  inqilab,  milliləşdirmə, 
ölkədən  kənarda  ödənişlərin  aparılmasının  qadağan  edilməsi, 
borcların  konsolidasiyası,  məhdudiyyət  qoyulması  nəticəsində 
yaranan itkilər), təbii fəlakətlə bağlı  risklər, zəlzələ,  yanğın  və  s. 
aid edilə bilər.  


 
 
 
 
60 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin