Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə16/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   72
I ABBASOV R SADIQOV Menecment

Maliyyə-sənaye qrupları (MSQ). MSQ pul vəsait­lə­lərinin istehsala yönəldilməsi ilə əlaqədar yaradılıb və müəs­sisə, bank, sığorta təşkilatlarının, beynəlxalq ticarət təş­­ki­lat­la­rın, nəqliyyat, reklam şirkətlərinin birliyidir. MSQ-lər həm maliyyə, həm ticarət, həm də istehsal mü­əs­si­sələrinin sahib­ləri olduqlarına görə onlar daha ge­niş in­ves­tisiya fəa­liy­yəti ilə məşğul olmaq imkanı əldə edir­lər.


2.3.Təşkilati-quruluş

Struktur sistemin öz elementlərinin qarşılıqlı əlaqə­ləri ki­mi çıxış edən quruluşu və daxili formasıdır. Təşki­lati-struk­tur dedikdə, strukturun təşkilati baxımdan va­hid­­lərə bö­lünməsi və onların idarəçilik əlaqələri başa dü­şü­­lür. Təş­ki­lati-struktur əmək bölgüsünü və vəzifə funk­siyalarını özün­­də əks etdirən sabit sxemdir. Müəssisə və təşkilat­lar­da ida­rəetmə funksiyalarını həyata keçirmək üçün idarəet­mə apa­ratını yaratmaq və formalaşdırmaq la­zım­­dır. Təş­ki­lati-struktur bu cür aparatı özündə əks etdirir.


Təşkilati-struktur - idarə edən və idarə olunan sis­tem­lər ara­sında qarşılıqlı əlaqəni ciddi tabeçilik əsa­sında təmin edən idarəetmə bölmələrinin məcmu­sudur.
İdarəetmənin təşkilati strukturu özü bir sistemdir. Bu sis­temin tərkibi təşkilatın ayrı-ayrı yarım sistemləri, şöbə­lə­ri və böl­mələrindən, onların ası­lı­lığı və qarşılıqlı əla­qə­sindən ibarətdir.
Təşkilati-struktur 2 istiqamətdə həyata keçirilir. Üfü­qi və şaquli istiqamətlərdə.
Üfüqi istiqamət fəaliyyət sahələrinin idarəetmə funk­si­ya­larını yerinə yetirən ayrı-ayrı müəssisələrin, qurum­ların, şö­bələrin, bölmələrin məcmusudur. Bu istiqamət ayrı-ayrı bə­rabər hüquqlu struktur vahidləri arasında bir­­gə fə­aliy­yəti, qarşılıqlı əlaqələri, əmək bölgüsünü əks et­­dirir. Məsələn maddi texniki təchizat şöbəsi istehsal sxem­­lərini xammal və materiallarla təchiz edir. İstehsal şö­­bə­si satış şö­bəsinə isteh­sal edilmiş hazır məhsulu gön­də­­rir. Satış şö­bəsi isə, hazır məh­su­lu satır və dəyərini ma­liy­yə şö­bə­si­nə və ya mühasibatlığa ödə­yir.
Şaquli istiqamət səlahiyyət və asılılıq dərə­cə­lə­ri­ni əks etdirir. Təşkilati-strukturun şaquli istiqa­məti sahə və əra­zi ta­be­­çi­lik sxemini xarakterizə edir. Bu istiqamət, həm­­­­­çinin ayrı-ayrı struktur vahidlərinin nə dərəcədə ma­liy­yə-iqti­sa­di müs­tə­qilliyini, idarəetmənin mərkəz­ləş­diril­məsini özün­­də əks et­dirir. İdarəetmənin aşağı sə­viy­yə­ləri yuxarı sə­viy­yə­lər­dən asılı­dır. Bu cür tabeçilik müna­sibət­lə­ri şa­qu­li for­ma­da aşağı­dan yuxarıya istiqa­mətlənir.
Təşkilati-struktur əmək bölgüsü üçün əsasdır. İdarə- et­mə­nin təşkilati-strukturu əmək və səlahiyyət bölgüsünü özün­də əks etdirir. Çünki əvvəlcə təşkilati struktur ya­ra­dıl­ma­lı, yeni iş yerləri açılmalı, ştat vahidləri müəyyən olun­­ma­lı, sonra isə həmin vəzifələrə işçilər təyin edil­mə­li­dir­lər. İdarə­etmə strukturu məqsədə nail olmaq üçün hə­ya­ta keçi­ril­məsi tələb olunan funksiyalarla əlaqədardır. Əmək böl­gü­sü zamanı funksiyalar, vəzifələr təşkilati-struk­turun vahid­ləri (şöbələr, bölmələr və s.) arasında bö­lü­nür.
İdarəetmənin təşkilati struktur formaları aşağı­dakı­lar­dan ibarətdir:

  1. Xətti təşkilati struktur.

  2. Funksional təşkilati struktur.

  3. Xətti- funksional təşkilati struktur.

  4. Matris təşkilati struktur.

  5. Şəbəkə təşkilati struktur.

  6. Divizional təşkilati struktur.

Xətti təşkilati struktur idarəetmənin ən sə­mə­­­rəli təş­ki­lati struktur formasıdır. Xətti sistemin ma­hiy­yəti on­dan iba­rətdir ki, kollektivi aşağı idarəetmə sə­viy­yə­sində aşa­ğı rəhbərlər idarə edirlər. Onlar yuxarı rəh­bər­lə­rə tabe­dir­lər. Xətti təşkilati strukturda asılılıq sxemi xətti for­mada yu­xarıdan aşağıya istiqamətlənir. Hər bir işçi ça­lış­dığı şö­bə­nin, bölmənin rəhbərinə, öz növbəsində şö­bə­nin və ya böl­mənin rəhbəri həvalə olunduğu müdir müa­vin­lərinə, müdir mü­avinləri isə müdirə tabedirlər.
Xətti asılılıq sxemində hər bir rəhbər ona həvalə olu­nan strukturları idarə edir. Bu sistemin müsbət cəhəti odur ki, aşağı rəhbərlər kollektivin içərisində olur və kol­lek­ti­vin prob­lemlərini, çətinliklərini daha yaxından iz­lə­yirlər. Aşa­ğı rəh­bərlər kollektivi maraqlandıran məsə­lə­­lərdən da­ha tez xə­bər tutur və rəhbərlik qarşısında mə­sə­lə­lər qal­dı­rır­lar. De­məli, aşağı rəhbərlər kollektivlə yuxarı rəh­bər­lər ara­sında ko­ordinasiya və əlaqə rolu oynayırlar.
İdarəetmənin xətti strukturunda istər vahid rəhbərlik, istər­sə də kollegialılıq prinsipi tətbiq edilə bilər.
Təşkilatın idarə olunmasının funksional təşkilati struk­turu idarəetmədə tez-tez rast gəlinən formadır. Funk­­sional təşkilati struktur ən sadə təşkilati struktur for­ması olub, funksional icraçıların yuxarı idarəetmə həl­qə­sinə tabeçilik sxemini özündə əks etdirir. Funksional ida­rə­et­mə­də məqsəd ondan ibarətdir ki, konkret məsələlər ayrı-ay­rı funksiyaların mütəxəs­sislərinə və ya icraçılarına hə­­va­lə edilir. Funksional icraçılar burada menecerlərin tim­­­sa­lında çıxış edirlər. Funksio­nal icraçılar, yəni me­ne­cer­­lər ona həvalə olunan işi planlaşdırır, təşkil edir, işin ge­­­di­şa­tı­na nəzarət edir, araşdırmalar və təhlillər aparır, fəaliyyət barədə rəhbərlərə müvafiq he­sa­bat­ları verirlər. Funksional formada mene­cer­lər, bəzən xətti formada hər han­sı bir şö­bə­nin gördüyü işi yerinə ye­tirirlər. Əlbəttə ki, bu cür funk­sional idarəetmə ki­çik həcm­­li müəssisələrdə müm­kündür.
İdarəetmənin xətti formasından fərqli olaraq, funk­sio­­nal təşkilati strukturda tabeçilik sxemi aşağı həlqələr üz­rə pay­lanaraq getmir. Bu formada hər sahənin öz fun­k­si­onal icraçıları olur. Yəni bu sistemdə rəhbərlər təş­ki­la­ti strukturu yaradarkən şöbələr və bölmələrə deyil, funk­sional icraçılıq fəaliyyətinə üstünlük verirlər. Məsələn sa­tış fəaliyyətinin təşkili, həyata keçirilməsi və bu sahəyə nəzarət satış mene­ceri tərəfindən yerinə yetirilir. Reklam fəa­liyyəti reklam mene­cerlərinə, maliyyə fəaliyyəti ma­liy­yə menecerlərinə və s. həvalə edilir.
Bu təşkilati struktur həlqəsində bir sahədə paralel olaraq bir neçə menecer fəaliyyət göstərə bilər. Məsələn təşkilatda bir neçə satış menecerləri çalışarsa, onların ara­sın­da regionlar üzrə və ya ayrı-ayrı məhsul çeşidlərinin sa­tı­şı üzrə vəzifə bölgüsü aparıla bilər. Bu zaman hər bir me­­­ne­cer öz üzərinə düşən işə görə məsuliyyət daşıyır.
Lakin elə müəssisələr də vardır ki, orada xətti təş­ki­la­­ti for­maya ehtiyac olmasına baxmayaraq, həmin müəs­si­sənin bir sıra köməkçi struktur sahələrinə də eh­ti­ya­cı olur. Funksional idarəetmə forması ilə yanaşı xətti ida­rəetmə forması da mövcud olur ki, bu da ikili idarəetmə for­masını yaradır. Rəhbərlər müəssisənin bəzi sahələrində idarə­et­mə­nin xətti formasını, digər sahə­lərində isə funk­sio­nal for­ma­sını tətbiq edirlər. Bu cür təşkilati struk­tur formasına xət­ti-funk­sional təşkilati struk­tur deyilir. Xətti-funk­sional for­ma­da struktur vahidləri kimi həm şöbələr və bölmələr, həm də funksional icraçılar fəaliyyət göstərə bilirlər. Bu zaman hə­min müəssisədə geniş və əsas sahələr xətti formada, kiçik və ya köməkçi sahələr isə funksional formada idarə olunur.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin