Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə17/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   72
I ABBASOV R SADIQOV Menecment

Matris forması daha mürəkkəb formadır. Matris for­­­ma­sında xətti asılılıq pozulur. Matris riyazi məfhum olub, sis­tem xarakterini daşıyır. Həmin sistemin bütün ele­ment­ləri bir-birindən qarşılıqlı formada asılıdır. Matris for­masında idarə­etmənin yuxarı rəhbərləri özündən aşa­ğı­da olan bütün struktur vahidlərini idarə edirlər. Yəni aşa­ğı rəh­bərlər özündən yuxarıda olan bütün rəhbərlərə tabe olur­lar.
Şəbəkə təşkilati struktur regional və ərazi struk­tur­ları, divizional struktur isə iri təşkilatların, ittifaq və birliklərin ayrı-ayrı fəaliyyət sahələrini özündə birləşdirir.
Təşki­latı-struktur və idarə­etmənin səmə­rə­liliyi. Təş­­kilati-struk­tu­run səmə­rəliliyi daha az vaxt və qüvvə sərf etməklə daha mükəmməl nəticə əldə olun­masını xa­rak­­­terizə edir. Təşkilati-struk­turun səmə­rə­li­liyi fəaliyyət üçün yaxşı şərait və mühit yaradır.
Təşkilati-strukturun səmərəliliyinə qiymət vermək üçün idarəetmənin aşağıdakı parametrlər üzrə təhlilini apa­r­­­­­­maq lazımdır:

  1. Müəssisənin təşkilati-strukturunun təhlili. Yəni təş­kilati strukturda qarşılıqlı əlaqə təmin olunurmu?

  2. Müəssisənin maliyyə durumu mövcud təşkilati struk­turun saxlanılması üçün nə dərəcədə əlverişlidir?

  3. Təşkilati-strukturun bölmələrinin tərkibi və sayı sə­mərəli idarəetmənin həyata keçirilməsinə imkan verir­mi?

  4. Strukturun həlqələri arasında hakimiyyət və tabe­çilik münasibətlərinin formalaşması vəziyyəti.

  5. Təşkilati-strukturun hansı forması seçilmişdir? Bir formadan digərinə keçməyə ehtiyac duyulurmu?

  6. Müəssisədə çalışan işçilərin sayı və tərkibi. Peşə tərkibi, ixtisası, ustalığı, təhsili, elmi dərəcəsi səmərəli ida­rəetmənin həyata keçirilməsinə imkan verirmi?

Maliyyə göstəricilərinə əsasən idarəetmənin səmə­rə­li­yinin təhlili aşağıdakı parametrlər üzrə aparılır.

  1. İdarəetmə işçilərinin sayının istehsal işçilərinin sayına nisbəti.

  2. İdarəetmənin səmərəlilik əmsalı (yəni idarəetmə məsrəflərinin əmtəəlik məhsulun həcminə nisbəti).

Əgər təşkilat istehsalın təkmilləşdirilməsinə, yeni tex­­­­ni­kanın tətbiqinə, əsas vasitələrin yeniləşdirilməsinə, əm­­tə­ələrin mükəmməlləşdirilməsinə, əl əməyinin yün­gül­­ləş­di­rilməsinə nail olmuşdursa, bu idarəetmənin səmə­rə­lili­yi­nin təzahürüdür. Kollektiv arasında sağlam mühit, xoş mü­nasibət, birgə fəaliyyət, işə maraq forma­la­şar­sa bu hal key­fiyyətli idarəetmədən xəbər verir. Təşkilati-struk­turun və­ziyyəti və səmərəliliyi idarə olu­nan obyektin fəaliy­yə­ti­ni xarakterizə edən gös­tə­ri­ci­lər­lə qiymət­lən­di­rilir. Bu gös­təri­cilər mənfəət, gəlir, sosial inkişaf, əmək haqqı göstə­rici­lərin­dən ibarətdir.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin