Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 1,22 Mb.
səhifə26/72
tarix14.12.2022
ölçüsü1,22 Mb.
#121061
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   72
I ABBASOV R SADIQOV Menecment

Motivlər



Xarici motivlər



Daxili motivlər



Təhsil



Maddi motivlər

Mənəvi motivlər


Ə/h



Dünya görüşü

Orden və medallar



Əlavə ə/h.



Davranış motivləri

Fəxri adlar



Mükafat



Diplomlar

Psixoloji keyfiyyət



Yardım



Fəxri fərman və tərifnamələr


3.4.Marketinq funksiyası

Marketinq menecmentin funksiyası olmaqla, tələb-təklif münasibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı müəyyən etmək, istehsalın həyata keçiril­məsini təmin etmək, hazır məhsulun satışını həyata keçirmək fəaliyyətidir.


Marketinq “market” sözündəndir, hərfi tərcüməsi ba­zar deməkdir. Marketinqə aşağıdakı tərifləri vermək o­lar:

  • marketinq əmtəələrin istehsalçılardan istehlak­çılara çatdırılması ilə əlaqədar fəaliyyəti əhatə edir;

  • marketinq bazarın tələbatının öyrənilməsinə və onun aktiv fəaliyyətinə yönəldilmiş idarəetmənin alt siste­m­i­­d­ir;

  • marketinq ehtiyacların və tələbatın tədavül vasitə­si­lə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür;

  • marketinq bazarın idarə edilməsinin konsep­si­ya­sı­dır.

Göründüyü kimi, verilən təriflər marketinqin müxtə­lif cəhətlərini ifadə edir. Marketinq fəaliyyəti, həmçinin əm­təələrin işlənib hazırlan­masından, bazar tədqiqatlarının apa­rılmasından, əlaqələrin yaradılmasından, bölgünün təş­ki­lindən, rek­lam və servis xidmətlərinin inkişaf etdiril­mə­sindən ibarət­dir.
Bəziləri marketinqin yalnız satış və reklamdan ibarət olduqlarını düşünürlər. Marketinq prosesi istehlak­çılarla baş­layır, istehlakçılarla davam edir və istehlak­çılarla da bi­tir. Deməli, təşkilatlar istehsala başlamamışdan əvvəl is­teh­­lak­çı tələbatını öyrənməli, istehsalı bu tələbatın ödə­nil­mə­si­nə uyğun qurmalı, sonra istehsal olunmuş məhsulu real­laş­dırmaq haqqında düşün­məlidirlər. Marke­tinq bazar­da tələbatı öyrənən, bu məqsədlə istehsalı müəy­yən­ləş­di­rən, istehsal olunmuş məh­sulun satışını təşkil edən, nəha­yət tələbatı ödəməklə gəlir əldə etməyi təmin edən fəa­liyyətdir.
Marketinq insan ehtiyaclarının və tələbatının ödə­nil­­məsi məqsədi ilə mübadilənin baş verməsi üçün ba­zarda aparılan işdir. Mübadilə prosesi zəhmət tələb edir. Satmaq istəyən hər bir kəs alıcıları axtarmalı, onların ehti­yaclarını aşkar etməli, müvafiq malları layihələş­dirməli, an­barlaşdırmalı, alıcılara təqdim etməli, qiymət­ləri razı­laş­dırmalıdırlar. Marketinq konsepsiyası müəs­si­sə­nin ba­zar­la əlaqədar fəaliyyətinin bütün mərhələlərinin nəzəri əsa­sını təşkil edir. Marketinq konsepsiyası müəs­sisələrin satış fəaliyyətinin təşkilinə olan baxışı əks etdirir. Marketinq konsepsiyası aşağıdakı alt konsepsiyaların məc­mu­sundan ibarətdir:

  1. İstehsalın təkmilləşdirilməsi konsepsiyası.

  2. Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası.

  3. Kommersiya səylərinin gücləndirilməsi konsep­si­ya­sı.

  4. Sosial-etik konsepsiya.

  5. Bazar konsepsiyası.

Rəqabətin, elmi texniki tərəqqinin (ETT) geniş vüsət aldığı hazırkı dövrdə istehsal daim təkmilləşir, bazara yeni məhsullar daxil olur. Buna görə də, müəssisə rəqabətə davam gətirmək üçün öz istehsalını təkmilləşdirməyə məc­­­burdur. İstehsal konsepsiyası ETT-nin istehsala tət­bi­qi­ni, yeni texnika və texnologiyalardan istifadə olunmasını tə­ləb edir. İstehsal konsepsiyasına aşağıdakı hallarda ehtiyac duyulur:

  1. Tələb təklifi üstələdikdə. (Bu zaman istehsalın həc­­mini artırmaq lazım gəlir).

  2. Əmək məhsuldarlığını artırmaq lazım gəldikdə.

  3. İnnovasiyalara ehtiyac duyulduqda.

İstehsalın təkmilləşdirilməsi ilə müəssisə və təşki­lat­lar aşağıdakılara nail olurlar:
1. Müəssisəyə yeni texnika və texnologiyalar cəlb olunmaqla, əsas vəsaitlər yenilənir.
2. Əl əməyinin daha da yüngülləşdirilməsinə nail olu­nur.
3. Əmtəənin maya dəyərinin aşağı salınmasına nail olu­­nur.
4. Məhsulun kəmiyyət və keyfiyyət göstəricilərinə təsir olunur.
Bu halda müəssisənin rəqabət qabiliyyəti yüksəlir və onlar bazara rəqabətə davamlı məhsullar çıxarmaq im­ka­nı­na malik olurlar.
Lakin müəssisə malların rəqabətə davamlılığını ar­tır­maq üçün ikinci konsepsiyanı həyata keçirməlidir. İkinci konsepsiya məhsul (əmtəənin mükəm­məlləş­diril­məsi kon­­sepsiyası) konsepsiyasıdır. İstehsalçılar bazar­da yeni məh­sullara, əlverişli və münasib qiymətə satılan ma­l­la­ra daha çox üstünlük verirlər. Çünki istehsalın tək­mil­ləş­di­rilməsi çox vaxt əmtəələrin mükəmməl­ləş­dirilməsinə gə­tirib çıxarmır. Bu konsepsiya yeni, mütərəqqi, daha key­fiyyətli, yaxşı görünüşə və novator xüsusiy­yətlərinə, yük­sək texniki – iqtisadi göstə­ri­cilərə malik əmtəələrin isteh­salına nail olur. Məsələn 30 il bundan əvvəl is­te­hl­ak­cila­rın mobil telefon, internet, DVD pleyer haqqında heç təsəv­vürləri belə yox idi. Hər iki konsepsiya məhsul isteh­sa­lını artırmaq, keyfiyyətini yüksəltmək, əmək məh­sul­dar­lı­ğını artırmaq, maya dəyərini aşağı salmaq, rəqabət qabiliy­yə­tini artırmaq məqsədi daşıyır.
Marketinq bir əməliyyat kimi istehsala qədərki və istehsaldan sonrakı mərhələlərdə və proseslərdə iştirak edir. Marketinqin əsas vəzifəsi tələb və təklifi öyrənməklə ba­zara məhsul çıxarılmasını və satışı təmin etməkdən iba­rətdir. Bununla bağlı olaraq üçüncü konsepsiyanın- sa­tış konsepsiyasının (kommersiya səylərinin güclən­diril­məsi konsepsiyası) həyata keçirilməsi məqsədə uyğundur. Çünki satış sahəsində öz səylərini güclən­dirməklə, müəs­si­sə və təşkilatlar satışdan əldə edilən gə­lirin həc­mi­nin artırılmasına nail olurlar ki, bu da yüksək mənfəət əldə edil­məsinə və geniş təkrar istehsalın təmin olunmasına sə­bəb olur. Satış konsepsiyasının məqsədi isteh­sal olun­muş məhsulu satmaqdan ibarətdir. Bunun üçün kon­sep­si­ya sa­tış sövdə­ləş­mələrinin həyata keçiril­məsinə, alıcıları məh­­­suldan razı qalacaqlarından inandır­mağa çalışır. Amma bu olduqca riskli işdir. Çünki alıcı razı qaldığı təqdirdə, hə­min mal və xidmətlərin keyfiy­yətindən 5-6 nəfərə razılı­ğı­nı bildirirsə, narazı qaldığı təqdir­də isə öz na­razılıqlarını 10-15 nəfərə bildirir. Alıcının narazılığı bu konsepsiya üçün ol­duqca qorxulu haldır.
Satış konsepsiyası aşağıdakı funksiyaların həyata keçirilməsini tələb edir:
1) bazarda müəssisənin imicinin formalaşdırılması;
2) rəqabət qabiliyyətinin artırılması;
3) məhsul və xidmətlərin reklam olunması;
4) satış zamanı alıcılarla ünsiyyət və etik davranış mədəniyyəti;
5) endirimlərin tətbiq olunması.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin